QHT və MEDİA
A- A A+

“Heydər Əliyev və Qarabağ” sənədli filmi təqdim olunub

2019-06-27 17:25:58

.

Ümummilli Lider Heydər Əliyevin 14 iyul 1969-cu ildə Azərbaycanda hakimiyyətə gəlməsinin 50-ci ildönümünün qeyd olunması münasibəti ilə “Mədəniyyətin və Milli Ənənələrin Təbliği” İctimai Birliyi icra etdiyi “Heydər Əliyev və Qarabağ” sənədli filminin çəkilməsi” layihəsini yekunlaşdırıb.

Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyilə reallaşdırılan layihənin yekun tədbiri Beynəlxalq Mətbuat Mərkəzində keçirilib.

Tədbirdə dövlət qurumlarının rəsmi nümayəndələri, ictimai xadimlər, QHT rəhbərləri, KİV nümayəndələri iştirak ediblər.

Ümummilli lider Heydər Əliyevin və Azərbaycanın ərazi bütövlüyü, suverenliyi və sərhədlərinin toxunulmazlığı uğrunda mübarizədə canlarından keçmiş şəhidlərimizin xatirəsini bir dəqiqəlik sükutla yad edilməsi ilə başlayan tədbir “Heydər Əliyev və Qarabağ” sənədli filminin nümayişi ilə davam edib. Filmdə ulu öndər Heydər Əliyevin 14 iyul 1969-cu ildə Azərbaycanda hakimiyyətə gələnə qədər və bundan sonrakı dövrlər müqayisə olunur, 14 iyul 1969-cu il tarixinin Qarabağda yaşayan azərbaycanlıların həyatında oynadığı roldan, Heydər Əliyev dühasının müstəqil Azərbaycanın qurulmasında əhəmiyyətindən bəhs olunur.

Qeyd edək ki, layihənin rəhbəri “Mədəniyyətin və Milli Ənənələrin Təbliği” İctimai Birliyinin sədri Büllur Məmmədova, “Heydər Əliyev və Qarabağ” sənədli filminin ssenari müəllifi və rejissoru Etibar Məmmədovdur.

Sənədli filmə baxışdan sonra tədbir müzakirələrlə davam edib. Tədbir iştirakçıları 14 iyul 1969-cu ilə qədər Azərbaycanın Dağlıq Qarabağ bölgəsində yaşayan insanların durumunu təsvir edərək onların qarşılaşdığı problemləri xatırladılar. Vurğulanıb ki, 14 iyul 1969-cu il tarixində Heydər Əliyevin Azərbaycanın rəhbərliyinə gəlişi ilə beyinlərdəki təsəvvürləri dəyişdi: insanlar Heydər Əliyevə inandı və onu özlərinə arxa-dayaq kimi qəbul etdilər. Heydər Əliyevin fəaliyyəti nəticəsində insanların şüurunda “Vətən” obrazı daha konkret sərhədlər aldı, mənəvi dəyərlərlə zənginləşdi. Tədbirdə o da xüsusilə qeyd edildi ki, 14 iyul 1969-cu ildə insanlar Yeni Azərbaycanda dünyaya göz açdılar. O Azərbaycanın müəllifi Heydər Əliyevdir. 14 iyul – Yeni Azərbaycanın doğulduğu gündür.


Kateqoriya : QHT və MEDİA Baxış sayı : 387

QHT və MEDİA

2019-11-13 10:00:32

QHT və MEDİA
Dinin siyasiləşdirilməsi bütün bəşəriyyə...
Dinin siyasiləşdirilməsi bütün bəşəriyyə...

Fact-info.az Trend-ə istinadən xəbər verir ki, bunu Prezident Administrasiyas...

2019-11-11 08:50:12

QHT və MEDİA
“Modern Diplomacy” portalında Ermənistan...
“Modern Diplomacy” portalında Ermənistan...

Məşhur “Modern Diplomacy” portalında Ermənistanda Qaregin Njde də daxil olmaq...

CƏMİYYƏT

2019-11-14 10:20:06

CƏMİYYƏT
Daşkənddə rus tarixçinin “Qarabağ münaqi...
Daşkənddə rus tarixçinin “Qarabağ münaqi...

Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin (AMM) lay...

2019-11-12 09:45:14

CƏMİYYƏT
Konstitusiyamız və milli ideologiyamız...
Konstitusiyamız və milli ideologiyamız...

Müstəqil Azərbaycan Respublikasının ilk Konstitusiyasının qəbul edilməsindən ...

İQTİSADİ

2019-11-13 10:20:32

İQTİSADİ
Vyanada Azərbaycan turizminin təqdimatı ...
Vyanada Azərbaycan turizminin təqdimatı ...

Dövlət Turizm Agentliyi, Azərbaycan Turizm Bürosu, Azərbaycan Mədəniyyət Mər...

2019-11-11 10:20:07

İQTİSADİ
Azərbaycanın nəqliyyat infrastrukturu və...
Azərbaycanın nəqliyyat infrastrukturu və...

Azərbaycanın nəqliyyat infrastrukturu və siyasi sabitliyi "Bir kəmər, bir yol...