QHT və MEDİA
A- A A+

Səfir Polad Bülbüloğlu: “Müharibə hələ bitməyib”

2019-06-27 07:40:15

“Ordu quruculuğu Azərbaycan üçün ən vacib məsələlərdəndir. Çünki biz müharibə şəraitində yaşayırıq. Müharibə hələ bitməyib. Müharibəninyalnız birinci mərhələsi bitib”

APA-nın Rusiya bürosunun verdiyi məlumata görə, bu fikirləri Azərbaycanın Rusiyadakı fövqəladə və səlahiyyətli səfiri Polad Bülbüloğlu Moskvada xarici ölkələrin hərbi attaşelərinin iştirakı ilə keçirilən Azərbaycan Silahlı Qüvvələrinin yaranmasının 101-ci illiyinə həsr olunan qəbulda çıxışı zamanı bildirib.

“Bizim əsas vəzifəmiz ərazi bütövlüyümüzü bərpa etməkdir. Dağlıq Qarabağ Azərbaycanın əzəli tarixi toprpağıdır. Azərbaycan xalqı əsrlər boyu bu torpaqlarda yaşayıb və yaradıb. Beynəlxalq hüquqa əsasən Dağlıq Qarabaö Azərbaycanın ayrılmaz tərkib hissəsidir. Rusiyada daxil olmaqla, bütün dünya ölkələri, beynəlxalq təşkilatlar Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyir. Son illər dünyanın aparıcı beynəlxalq təşkilatları Dağlıq Qarabağ münaqişəsi ilə bağlı çoxsaylı qətnamələr və qərarlar qəbul edib. Onlardan birincisi BMT Təhlükəsizlik Şurasının qəbul etdiyi dörd qətnamədir ki, orada Ermənistan Silahlı Qüvvələrinin şərtsiz olaraq işğal etdikləri torpaqlardan çıxarılmalı olduğu göstərilib. Bu qətnamələr icra olunmamamlarına baxmayaraq, hələ də qüvvədədirlər”,-deyə diplomat vurğulayıb.

Səfir Polad Bülbüloğlu Ermənistan tərəfindən Azərbaycan xalqına qarşı etnik təmizləmə siyasətinin aparıldığını xatırladıb: “Bir milyondan çox insan özdədə-baba yurdundan qaçıqın və məcburi köçkün düşüb. Xocalı soyqırımı törədilib, hansı ki, bu soyqırımı aktını dünyanın 10-dan çox ölkəsi tanıyıb.

Anlamaq lazımdır ki, Azərbaycan xalqı heç vaxt işğalla barışmayacaq, öz ərazi bütövlüyünü bərpa edəcək. Bunun üçün biz güclü ordu yaratmışıq, hansı ki, ən müasir silahlar və texnika ilə təchiz olunub.

Azərbaycanda istehsalı olunan çoxsaylı hərbi təyinatlı məhsullar günü gündən ordumuzun potensialını möhkəmləndirir. Bununla yanaşı Azərbaycan bir çox ölkələrdən, o cümlədən Rusiyadan ən müasir silah və texnika alır. Bu məsələ Ali Baş Komandan, Azərbaycan Prezidenti İlham Əliyevin şəxsi nəzarəti altındadır. Onun rəhbərliyi altında Azərbaycan ordusunun daha müasir və daha güclü olması üçün hər şey edilir”.

Diplomat Azərbaycanda vətənpərvərlik ruhunun yüksək olduğunu qeyd edib: “Azərbaycan ordusunun döyüş qabiliyyəti yüksək səviyyədədir. Bunu 2016-cı ilin aprel hadisələri də göstərdi. Həmin zaman Ermənistan Azərbaycan xalqına qarşı növbəti hərbi təxribatı törətmişdi, mülki əhaliyə qarşı güc tətbiq etmişdi. Azərbaycan ordusu işğalçını cəzasız qoymadı, ona layiqli cavab verdi. Uğurlu əkshücum əməliyyatı keçirərək torpaqlarımızın bir hissəsini işağldan azad etdi. Ordumuzun peşəkarlığının daha bir aydın nümunəsi 2018-ci ilin Naxçıvan əməliyyatıdır. Bu əməliyyat nəticəsində 90-cı illərin əvvəllərində Ermənistan tərəfindən tutulan strateji yüksəkliklər azad olunub. Əminəm ki, gün gələcək, Azərbaycan bayrağı bu gün işğal altında qalan torpaqlarda, mənim doğma şəhərim Şuşada qürurla dalğalanacaq”.


Kateqoriya : QHT və MEDİA Baxış sayı : 232

QHT və MEDİA

2019-09-17 08:50:20

QHT və MEDİA
Bilal Dündar: Bakının xilası Türkiyə-Azə...
Bilal Dündar: Bakının xilası Türkiyə-Azə...

Yüz bir il əvvəl Osmanlı dövlətinin özü çətin vəziyyətdə olmasına baxmayaraq,...

2019-09-16 20:20:33

QHT və MEDİA
Astara El Məzarlığında Şəhidlərin Xatirə...
Astara El Məzarlığında Şəhidlərin Xatirə...

10-14 sentiybr 2019-cu il tarixində, Azərbaycan Respublikası “Beynəlmiləlçi Ə...

CƏMİYYƏT

2019-09-17 08:20:20

CƏMİYYƏT
Türkiyənin Təkaltı dağının zirvəsində Az...
Türkiyənin Təkaltı dağının zirvəsində Az...

Türkiyənin Tuzluca rayonunda yerləşən Təkaltı dağına doğru Azərbaycan-Türkiyə...

2019-09-15 05:55:09

CƏMİYYƏT
“Unudulmayan tarix”i dünyaya xatırladan ...
“Unudulmayan tarix”i dünyaya xatırladan ...

Doğrudur,bir zamanlar bu faciələri xalqımızın qan yaddaşından silməyə çalışa...

İQTİSADİ

2019-09-16 09:20:33

İQTİSADİ
“Yeni Əsrin müqaviləsi”nin imzalanmasınd...
“Yeni Əsrin müqaviləsi”nin imzalanmasınd...

Xəzər dənizinin Azərbaycan sektorundakı “Azəri”, “Çıraq” yataqlarının və “Gün...

2019-09-10 10:05:40

İQTİSADİ
Ülvi Mehdiyev: “Xankəndidə, Şuşada “ASAN...
Ülvi Mehdiyev: “Xankəndidə, Şuşada “ASAN...

"Vəzifəmizdən, gördüyümüz işdən asılı olmayaraq biz hamımız bu dövlətin əsgər...