MÜSAHİBƏ
A- A A+

Tural Gəncəliyev: Azərbaycanlı icma öz torpaqlarına geri qayıtmadan Dağlıq Qarabağın gələcəyi ilə bağlı hər hansı fikir söyləmək əsassızdır

2019-06-26 09:10:31

.

Ermənistanın xarici işlər naziri Zohrab Mnatsakanyan iyunun 24-də BMT-nin İnsan Hüquqları Şurasının 41-ci sessiyasında çıxış edərək, beynəlxalq ictimaiyyəti aldatmağa yönəlmiş fikirlər səsləndirib, "bölünməz insan hüquqları, öz müqəddəratını təyin etmək hüququndan" danışaraq, bunları "dağlıq qarabağ əhalisi"nin ayrılmaz hüquqları kimi təqdim etməyə yönələn əsassız iddialar irəli sürüb. Mnatsakanyan öz çıxışında qeyd olunanlarla kifayətlənməyərək, guya "dağlıq qarabağ"a qarşı 1990-cı illərin əvvəllərindən həyata keçirilən "təcavüz" və oradakı "əhalinin həyatı üçün təhlükə"dən bəhs edib.

AZƏRTAC xəbər verir ki, bu fikirləri Azərbaycan Respublikası Dağlıq Qarabağ Bölgəsinin Azərbaycanlı İcmasının sədri Tural Gəncəliyev Ermənistanın xarici işlər naziri Zohrab Mnatsakanyanın BMT-nin İnsan Hüquqları Şurasının 41-ci sessiyasında çıxışını şərh edərkən bildirib.

Tural Gəncəliyev deyib: “Bildiririk ki, BMT-nin İnsan Hüquqları Şurası kimi mötəbər qurumda çıxış etmək imkanı əldə edən Mnatsakanyan rasional və məntiqli düşünmək qabiliyyətindən məhrum olaraq, məhz elə tribunasından istifadə etdiyi təşkilatın Təhlükəsizlik Şurasının münaqişə ilə bağlı qəbul etdiyi müvafiq qətnamələri unudub. Bununla bağlı, Mnatsakanyanın pozulmuş yaddaşını təzələyərək ona xatırladırıq ki, BMT TŞ-nin aidiyyəti sənədlərində "Azərbaycan Respublikasının Dağlıq Qarabağ bölgəsinin erməniləri" ifadəsi öz əksini tapıb. Məlum məsələdir ki, Dağlıq Qarabağın əhalisi deyərkən orada yaşayan ermənilər və azərbaycanlılar, yəni iki icmanın nümayəndələri nəzərdən keçirilməlidir. Bölgənin azərbaycanlı əhalisini etnik təmizləməyə məruz qoyub, onların fundamental hüquqlarını kobudcasına pozan Ermənistan tərəfi anlamalıdır ki, azərbaycanlı icma öz torpaqlarına geri qayıtmadan və onların pozulmuş hüquqları bərpa olunmadan Dağlıq Qarabağın gələcəyi ilə bağlı hər hansı fikir söyləmək əsassızdır.

Yaxşı olardı ki, növbəti çıxışları zamanı Mnatsakanyan peşəkarlıq naminə BMT-nin və digər beynəlxalq təşkilatların Ermənistan-Azərbaycan münaqişəsi ilə bağlı sənədlərini öyrəndikdən sonra məsələyə münasibət bildirsin.

Beynəlxalq humanitar hüquqla bağlı insan hüquqlarına dair Ermənistanın istinad etdiyi sənədlərə gəldikdə isə, bəyan edirik ki, universal insan hüquqları dövlətlərin konstitusion və hüquqi çərçivələrinə zidd olmayan şərtlər daxilində həyata keçirilə bilər. Məhz bu baxımdan, Avropa İnsan Hüquqları Məhkəməsinin "Çıraqov və digərləri Ermənistana qarşı işi ilə bağlı" 2015-ci il qərarından irəli gələrək, münaqişənin beynəlxalq hüquq və Azərbaycan Konstitusiyası əleyhinə tənzimlənməsinin mümkün olmadığı bir daha qeyd olunmalıdır.

Bildiririk ki, Ermənistan rəsmi şəxsləri, eləcə də Azərbaycanın işğal olunmuş ərazilərində yaradılmış və Dağlıq Qarabağ bölgəsinin erməni icmasını əsarət altında girov kimi saxlayan separatçıların cəfəng bəyanatları münaqişənin tənzimlənməsinə xidmət etmir. Ədalətli və daimi sülhün bərqərar olması yalnız Azərbaycanın Dağlıq Qarabağ bölgəsinin hər iki icmasının ölkəmizin beynəlxalq səviyyədə tanınmış sərhədləri çərçivəsində sülh şəraitində birgə mövcudluğu ilə mümkündür.


Kateqoriya : MÜSAHİBƏ Baxış sayı : 255

QHT və MEDİA

2019-09-17 08:50:20

QHT və MEDİA
Bilal Dündar: Bakının xilası Türkiyə-Azə...
Bilal Dündar: Bakının xilası Türkiyə-Azə...

Yüz bir il əvvəl Osmanlı dövlətinin özü çətin vəziyyətdə olmasına baxmayaraq,...

2019-09-16 20:20:33

QHT və MEDİA
Astara El Məzarlığında Şəhidlərin Xatirə...
Astara El Məzarlığında Şəhidlərin Xatirə...

10-14 sentiybr 2019-cu il tarixində, Azərbaycan Respublikası “Beynəlmiləlçi Ə...

CƏMİYYƏT

2019-09-17 08:20:20

CƏMİYYƏT
Türkiyənin Təkaltı dağının zirvəsində Az...
Türkiyənin Təkaltı dağının zirvəsində Az...

Türkiyənin Tuzluca rayonunda yerləşən Təkaltı dağına doğru Azərbaycan-Türkiyə...

2019-09-15 05:55:09

CƏMİYYƏT
“Unudulmayan tarix”i dünyaya xatırladan ...
“Unudulmayan tarix”i dünyaya xatırladan ...

Doğrudur,bir zamanlar bu faciələri xalqımızın qan yaddaşından silməyə çalışa...

İQTİSADİ

2019-09-16 09:20:33

İQTİSADİ
“Yeni Əsrin müqaviləsi”nin imzalanmasınd...
“Yeni Əsrin müqaviləsi”nin imzalanmasınd...

Xəzər dənizinin Azərbaycan sektorundakı “Azəri”, “Çıraq” yataqlarının və “Gün...

2019-09-10 10:05:40

İQTİSADİ
Ülvi Mehdiyev: “Xankəndidə, Şuşada “ASAN...
Ülvi Mehdiyev: “Xankəndidə, Şuşada “ASAN...

"Vəzifəmizdən, gördüyümüz işdən asılı olmayaraq biz hamımız bu dövlətin əsgər...