SOSİAL
A- A A+

AŞPA-da Dilqəm Əsgərov və Şahbaz Quliyevlə bağlı tədbir

2019-06-26 08:25:57

.

Avropa Şurası Parlament Assambleyasında (AŞPA) Ermənistan girovluğunda olan azərbaycanlı mülki şəxslər Dilqəm Əsgərov və Şahbaz Quliyevə həsr edilən tədbir keçirilib.

"Report"un Fransa bürosu xəbəb verir ki, "İki Azərbaycan vətəndaşının humanitar məsələsi: Dilqəm Əsgərov və Şahbaz Quliyev" adlı tədbirdə Azərbaycanın AŞPA-dakı nümayəndə heyətinin rəhbəri, Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri Səməd Seyidov, nümayəndə heyətinin üzvləri, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi sədrinin müavini Fuad Hüseynov, Azərbaycanın Avropa İnsan Hüquqları Məhkəməsi yanında səlahiyyətli nümayəndəsi Çingiz Əsgərov, Dilqəm Əsgərov oğlu Kürdoğlu Əsgərov, Beynəxlaq Dialoq və İnkişaf Alyansının prezidenti Nüşabə Məmmədova, hüquq müdafiəçisi Əhməd Şahidov, bir neçə ölkənin AŞPA-dakı nümayəndə heyətlərinin üzvləri, xarici qonaqlar və digər şəxslər iştirak ediblər.

Tədbiri Azərbaycanın AŞPA-dakı nümayəndə heyətinin üzvü Ülviyyə Ağayeva açıb. O, Azərbaycanın Ermənistan tərəfindən işğal olunmuş torpaqlarında girov götürülmüş azərbaycanlı mülki şəxslər D.Əsgərov və Ş.Quliyevin durumu, ağır vəziyyətdə saxlanılmaları haqqında tədbir iştirakçılarına ətraflı məlumat verib. Ü.Ağayeva deyib ki, ermənilər D.Əsgərov və Ş.Quliyevə əzab verirlər, girovların humanitar və digər hüquqlarını pozurlar.

Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi sədrinin müavini Fuad Hüseynov Azərbaycanda qaçqın və məcburi köçkünlərin sayı, vəziyyəti haqqında ətraflı məlumat verərək, onların problemlərinin Azərbaycan hökumətinin başlıca qayğısı olduğunu bildirib.

Beynəlxalq Dialoq və İnkişaf Alyansının prezidenti Nüşabə Məmmədova Ermənistanın D.Əsgərov və Ş.Quliyevi girov götürməklə beynəlxalq hüququ pozduğu konkret maddələrlə tədbir iştirakçılarının diqqətinə çatdırıb.

Ç.Əsgərov AŞPA-nın Dağlıq Qarabağ münaqişəsi, azərbaycanlı qaçqınların və girovların hüquqları məsələsinə biganə yanaşdığını, lakin əvəzində isə Azərbaycana təzyiq göstərməyə xidmət edən məsələləri tez-tez gündəmə gətirdiyini bildirib.

Azərbaycanın AŞPA-dakı nümayəndə heyətinin rəhbəri Səməd Seyidov deyib ki, AŞPA-nın üzləşdiyi böhran qurumun məhz bu qəbildən olan məsələlərin həllində acız qalması, onları həll edə bilməməsindən irəli gəlir. S.Seyidov Azərbaycanın AŞPA-dakı nümayəndə heyətinin üzvlərinin D.Əsgərov və Ş.Quliyevin məsələsini qurumda tez-tez və müxtəlif səviyyələrdə qaldırmalarına baxmayaraq heç bir müsbət nəticə əldə olunmadığını bildirib. Nümayəndə heyətinin rəhbəri bundan sonar da azərbaycanlı girovların məsələsinin istər AŞPA daxilində, istərsə də digər qurumlar səviyyəsində qaldırılacağını söyləyib. S.Seyidov insan hüquqları naminə bu fundamental prinsipə hörmət edən hər bir kəsi D.Əsgərov və Ş.Quliyevin azad edilməsi üçün yazılı bəyanata qoşulmağa dəvət edib.

Dilqəm Əsgərov oğlu Kürdoğlu Əsgərov tədbir iştirakçılarına üzünü tutaraq atasının azad edilməsi üçün ona kömək etmələrini xahiş edib.

Tədbirdə Dağlıq Qarabağda azərbaycanlıların etnik təmizləmə qurbanı olduğunu əks etdirən film nümayiş olunub. Tədbir iştirakçılarına Dağlıq Qarabağ münaqişəsinin insan hüquqları üçün böyük təhlükə olduğu haqqında ətraflı məlumat verən bukletlər paylanılıb.


Kateqoriya : SOSİAL Baxış sayı : 175

QHT və MEDİA

2019-07-22 09:30:10

QHT və MEDİA
Millət vəkili: Mediamız Azərbaycan həqiq...
Millət vəkili: Mediamız Azərbaycan həqiq...

İyulun 19-da Milli Mətbuatın 144 illiyi münasibətilə Dövlət Gömrük Komitəsi t...

2019-07-21 07:55:52

QHT və MEDİA
Emin Həsənli: "Dövlət Sərhəd Xidmətinin ...
Emin Həsənli: "Dövlət Sərhəd Xidmətinin ...

"Bugünlərdə Azərbaycan-Gürcüstan sərhəddində, "Keşikçidağ"da baş verən hadisə...

CƏMİYYƏT

2019-07-23 10:10:46

CƏMİYYƏT
Qarabağ atları
Qarabağ atları

Tarixi təkamül nəticəsində Nesey atlarından əsas iki qol ayrılıb və inkişaf e...

2019-07-22 09:45:08

CƏMİYYƏT
Azərbaycan milli mətbuatının yaranmasınd...
Azərbaycan milli mətbuatının yaranmasınd...

Həsən bəy Zərdabinin yaratdığı və redaktoru olduğu “Əkinçi” qəzeti ilə əsası ...

İQTİSADİ

2019-07-23 12:25:23

İQTİSADİ
Deputat: “Bir kəmər, bir yol” inqilabi l...
Deputat: “Bir kəmər, bir yol” inqilabi l...

“Çinin təşəbbüsü ilə həyata keçirilən “Bir kəmər, bir yol” böyük kommunikasiy...

2019-07-19 08:40:08

İQTİSADİ
Akademik Azərbaycan Xalq Cümhiriyyətini...
Akademik Azərbaycan Xalq Cümhiriyyətini...

Azərbaycan Respubliksının Prezidenti İlham Əliyevin 27 may 2019-cu il tarixli...