QHT və MEDİA
A- A A+

Şura IV qrant müsabiqəsinin nəticələrini elan etdi

2019-06-22 08:25:35

Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının növbəti iclası keçirilib

Şura sədri Azay Quliyev iclası açaraq gündəliyə təklif olunan dördüncü qrant müsabiqəsinin nəticələri və apelyasiya müraciətləri barədə məlumat verib. Gündəlik yekdilliklə təsdiq olunub.

Şura sədri Azay Quliyev ilk dəfə olaraq 2019-cu il dördüncü qrant müsabiqəsində layihələrin qiymətləndirilməsi prosesində ekspertlərlə yanaşı ölkə vətəndaşlarının da iştirak etdiyini bildirib.

Azay Quliyev bu yeniliyin tətbiqinin Şuranın fəaliyyətində şəffaflığın daha da artırılmasına, qərar qəbulu prosesində vətəndaş iştirakçılığının təmin olunmasına, QHT-lər arasında rəqabət mühitinin güclənməsinə, QHT-lərlə Şura arasında münasibətləri yeni keyfiyyət müstəvisinə çıxarmağa xidmət etdiyini vurğulayıb. Şura sədri e-vətəndaş proqramında 10930 vətəndaşın qeydiyyatdan keçdiyini, onlardan 12491 rəy daxil olduğunu deyib. Qaydalara uyğun olmadığından bu rəylərdən 1220-si silinib. 11271 vətəndaş rəyi isə qeydiyyata alınıb.

Şura Katibliyinin icraçı direktoru Fərasət Qurbanov bildirib ki, 8 aprel-3 may 2019-cu il tarixlərində keçirilən dördüncü qrant müsabiqəsinə 265 QHT müraciət edib. Onlardan 11-i texniki seleksiyadan keçməyib. 254 QHT-nin layihəsi isə ekspertlərin və vətəndaşların qiymətləndirməsinə təqdim olunub. İcraçı direktor Katibliyin layihələr barəsində hazırladığı arayışları və ekspert rəylərini elektron qaydada Şura üzvlərinə təqdim edib.

Apelyasiya Komissiyasının sədri Sahib Məmmədov 2019-cu il birinci qrant müsabiqəsinin nəticələri ilə bağlı 41 QHT-nin apelyasiya müraciəti etdiyini deyib.

Apelyasiya Komissiyası 8-10 may 2019-cu il tarixlərində müraciətlərə fərdi qaydada baxaraq hər bir QHT-nin müraciətini müzakirə edib. İlk dəfə olaraq 2 nəfər ölkənin regionlarından, 2 nəfər isə xarici ölkələrdən video bağlantı ilə iclasa qatılıb. 17 QHT-nin layihəsinin maliyyələşdirilməsi Şuraya tövsiyyə edilib.

Şura üzvləri İlqar Məmmədov, Nərgiz Xələf, Sahib Məmmədov, Rufiz Qonaqov, Anar Xəlilov və Emin Həsənli çıxış edərək gündəlikdəki məsələlər barədə rəy və təkliflərini bildiriblər.

Müzakirələrdən sonra gündəlikdə olan məsələlərə bağlı müvafiq qərarlar qəbul olunub. Şura 2019-cu il dördüncü qrant müsabiqəsi çərçivəsində 112 QHT-nin layihəsinin maliyyəşdirilməsi ilə bağlı qərar qəbul edib. Şura həmçinin, Apelyasiya Komissiyasının qərarına müsbət rəy bildirib.

Müsabiqə nəticələrindən narazı qalan QHT-lər 28 iyun, saat 18:00-dək Şuranın Apelyasiya Komissiyasına müraciət edə bilər. Müsabiqə qalibi olan QHT-lər 25 iyun-19 iyul 2019-cu il tarixlərində e-növbə proqramı vasitəsilə layihə sənədlərini razılaşdıraraq Şura ilə müqavilə bağlaya bilərlər.


Kateqoriya : QHT və MEDİA Baxış sayı : 376

QHT və MEDİA

2019-11-11 08:50:12

QHT və MEDİA
“Modern Diplomacy” portalında Ermənistan...
“Modern Diplomacy” portalında Ermənistan...

Məşhur “Modern Diplomacy” portalında Ermənistanda Qaregin Njde də daxil olmaq...

2019-11-09 08:25:31

QHT və MEDİA
9 noyabr Azərbaycanda Dövlət Bayrağı Gün...
9 noyabr Azərbaycanda Dövlət Bayrağı Gün...

Noyabrın 9-u Azərbaycanda Dövlət Bayrağı Günüdür. 2009-cu il noyabrın 17-də P...

CƏMİYYƏT

2019-11-12 09:45:14

CƏMİYYƏT
Konstitusiyamız və milli ideologiyamız...
Konstitusiyamız və milli ideologiyamız...

Müstəqil Azərbaycan Respublikasının ilk Konstitusiyasının qəbul edilməsindən ...

2019-11-04 13:15:24

CƏMİYYƏT
Dünyanın neftə bulaşmış Orta Şərq siyasə...
Dünyanın neftə bulaşmış Orta Şərq siyasə...

Bizi Suriyanın sərhədlərinin təhlükəsizliyi deyil, nefti maraqlandırır. Bu f...

İQTİSADİ

2019-11-11 10:20:07

İQTİSADİ
Azərbaycanın nəqliyyat infrastrukturu və...
Azərbaycanın nəqliyyat infrastrukturu və...

Azərbaycanın nəqliyyat infrastrukturu və siyasi sabitliyi "Bir kəmər, bir yol...

2019-11-06 10:25:11

İQTİSADİ
Milli Məclisin komitələrində 2020-ci ili...
Milli Məclisin komitələrində 2020-ci ili...

Noyabrın 5-də Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq, Müdafiə...