TƏDQİQATLAR
A- A A+

Qondarma, separatçı qurumların məkrli planları

2019-06-21 19:05:47

Yaxın günlərdə Tsixinvali bölgəsində, separatçı “Cənubi Osetiya respublikası”nın parlamentinə “seçkilər” keçirilmişdir. Bu seçkilər işğalçılar və separatçılar üçün böyük əhəmiyyət kəsb edirdi. Belə ki, işğalın və separatçı rejimin qanuniləşdirilməsi xalqın iradəsi ilə ortaya çıxmış olacaqdı.

Bu zaman separatçı Tsixinvali bölgəsindən qovulmuş Gürcüstan əhalisi isə səsvermə prosesindən kənarlaşdırılmışdı. Çünki burada əsas məqsəd təkcə işğalçılıq və separatçılıq rejimini yox, eləcə də etnik təmizləmə prosesini də möhkəmləndirməkdən və qanuniləşdirməkdən ibarət idi.

Aydındır ki Gürcüstanın ərazi bütövlüyünü tanıyan dünya ictimaiyyəti separatçı Tsixinvalidə keçirilən saxta “parlament seçkiləri”nə öz nümayəndələrini göndərmədi. Separatçılığı və etnik təmizləmə prosesini “müşahidə etmək” və “qanuniləşdirmək” üçün Ermənistan buraya öz nümayəndələrini göndərdi.

Nəzərə almaq lazımdır ki Ermənistan respublikasının vətəndaşları hesab etdikləri qondarma “Arsax respublikası”nın bütün rəsmilərinə və nümayəndələrinə erməni pasportları verilmişdir və rəsmi İrəvanın razılığı olmadan onlar ümumiyyətlə heç bir iş görə bilmirlər. Həm Abxaziyanın, həm Tsixinvalinin, həm də qondarma “Arsax”ın erməni separatçı heyəti İrəvan vasitəsilə Dağlıq Qarabağa gedirlər.

Buradan isə aydın görünür ki Ermənistan Gürcüstan ərazisində separatçılıq və işğalçılıq rejimini, eləcə də etnik təmizləmə prosesini davam etdirir. Çünki Gürcüstan, Ermənistan və onun separatçı işğal rejiminin hökm sürdüyü qondarma “Arsax respublika”sı üçün dünyaya açılan yeganə pəncərədir.

Qeyd etmək lazımdır ki, məhz separatçı Abxaziyanın və “Cənubi Osetiya”nın “müstəqilliyi”ni tanıyan qondarma “Arsax”ın erməni separatçıları Tsixinvalidə keçirilən “seçkilər”də iştirak etmişlər. Beləliklə də, Ermənistan əslində, Gürcüstan ərazilərinin işğalının və gürcülərin etnik təmizləməsinin qanuniləşdirilməsində iştirak etmişdir.

Təsadüfi deyil ki, Abxaziyada törədilən vəhşiliklərin, gürcülərin soyqırımının və vətənlərindən qovulmalarının əsas təşəbbüskarları da məhz yerli erməni quldurları olmuşlar. Bu gün öldürülən və kütləvi şəkildə qovulan gürcülərin zəbt olunmuş evlərində və ərazilərində hazırda ermənilər məskunlaşmışlar.

Bu yaxınlarda Tsixinvali və Osetiya separatçılarının arasındakı “təsirli dostluq”luqları haqqında erməni mətbuatında “Arsaxın nümayəndə heyəti Cənubi Osetiyanı ziyarət etdilər” başlığı ilə dərc olunan yazı oxucuların diqqətinə çatdırılmışdır.

“Yerkramas” İnformasiya Mərkəzinin “Cənubi Osetiya”nın “prezident administrasiyası”na istinadən verdiyi məlumata əsasən “Cənubi Osetiya respublikası”nın “prezidenti” Anatoliy Bibilov “Arsax respublikası”nın nümayəndə heyətini qəbul etmişdir. Nümayəndə heyətinin tərkibində “Vətən” fraksiyasının rəhbəri Artur Tovmasyan, Xarici əlaqələr üzrə daimi komitənin üzvü Erik Arutyunyan və Ermənistanın Xarici işlər Nazirliyinin aparatının rəhbəri Semen Afiyan olmuşlar. Məlum olmuşdur ki “arsaxlılar” “Cənubi Osetiya”nın “parlamenti”nə beynəlxalq müşahidəçilər qismində gəlmişlər.

Qonaqları salamlayan Anatoliy Bibilov respublikadakı “seçki kompaniya”sı barəsində danışmış və onlara “Cənubi Osetiya”nın siyasi həyatında baş verən hadisələrə maraq göstərdikləri üçün təşəkkür etmişdir: “Sizin gəlişiniz bir daha isti dostluq əlaqələrimizin olduğunu vurğulayır. “Arsax respublikasının prezident”i Bako Saakyana və “Arsax” xalqına ən xoş arzularımı bildirin.” – deyə Anatoliy Bibilov qeyd etmişdir.

“Biz Cənubi Osetiyada olmaqdan çox şadıq. Bu Cənubi Osetiyaya dövlət başçısının ilk səfəridir və simvolik xarakter daşıyır. Belə ki Arsaxın nümayəndə heyəti, qardaş xalqın tarixinin yeni səhifəsinin yazıldığı bir gündə onun yanındadır” - deyə Semen Afiyan qeyd etmişdir. O, həmçinin qeyd etmişdir ki, özünün son səfərindən bəri “Cənubi Osetiya”dakı “müsbət dəyişiklik”ləri qeyd etmişdir. Qonaqları salamlayan Anatoliy Bibilov respublikadakı “seçki kompaniya”sı barəsində danışmış və onlara “Cənubi Osetiya”nın siyasi həyatında baş verən hadisələrə maraq göstərdikləri üçün təşəkkür etmişdir: “Sizin gəlişiniz bir daha isti dostluq əlaqələrimizin olduğunu vurğulayır. “Arsax respublikasının prezident”i Bako Saakyana və “Arsax” xalqına ən xoş arzularımı bildirin.” – deyə Anatoliy Bibilov qeyd etmişdir. “Biz Cənubi Osetiyada olmaqdan çox şadıq. Bu Cənubi Osetiyaya dövlət başçısının ilk səfəridir və simvolik xarakter daşıyır. Belə ki Arsaxın nümayəndə heyəti, qardaş xalqın tarixinin yeni səhifəsinin yazıldığı bir gündə onun yanındadır” - deyə Semen Afiyan qeyd etmişdir. O, həmçinin qeyd etmişdir ki, özünün son səfərindən bəri “Cənubi Osetiya”dakı “müsbət dəyişiklik”ləri qeyd etmişdir.

Aydın görünür ki erməni vətəndaşları üçün Gürcüstan əhalisini kütləvi şəkildə məhv edən və doğma vətənlərindən qovan “Cənubi Osetiya” separatçıları “qardaş xalq”dır. Ancaq gürcülər isə onların düşmənləridir.

Belə qənaətə gəlmək olar ki, erməni millətçiləri gürcülərə riyakarcasına “qardaşlıq” taktikasını yeritməklə yanaşı eyni zamanda Gürcüstanın Abxaziya və Tsixinvali bölgələrində separatçılıq fəaliyyətlərini davam etdirirlər. Buna misal olaraq Samtsxe-Cavaxetiya bölgəsini də göstərmək olar ki, burada da bu yaxınlarda “erməni qardaş”ları gürcü polislərinə hücum etmişlər. Beləliklə də, onlar artıq Gürcüstan bölgəsində yeni “arsax” ssenarisini həyata keçirmək niyyətlərini gizlətmirlər.

Kamal Salayev

AMEA–nın Qafqazşünaslıq İnstitutunun Gürcüstanşünaslıq şöbəsinin mütəxəssisi


Kateqoriya : TƏDQİQATLAR Baxış sayı : 183

QHT və MEDİA

2019-07-22 09:30:10

QHT və MEDİA
Millət vəkili: Mediamız Azərbaycan həqiq...
Millət vəkili: Mediamız Azərbaycan həqiq...

İyulun 19-da Milli Mətbuatın 144 illiyi münasibətilə Dövlət Gömrük Komitəsi t...

2019-07-21 07:55:52

QHT və MEDİA
Emin Həsənli: "Dövlət Sərhəd Xidmətinin ...
Emin Həsənli: "Dövlət Sərhəd Xidmətinin ...

"Bugünlərdə Azərbaycan-Gürcüstan sərhəddində, "Keşikçidağ"da baş verən hadisə...

CƏMİYYƏT

2019-07-23 10:10:46

CƏMİYYƏT
Qarabağ atları
Qarabağ atları

Tarixi təkamül nəticəsində Nesey atlarından əsas iki qol ayrılıb və inkişaf e...

2019-07-22 09:45:08

CƏMİYYƏT
Azərbaycan milli mətbuatının yaranmasınd...
Azərbaycan milli mətbuatının yaranmasınd...

Həsən bəy Zərdabinin yaratdığı və redaktoru olduğu “Əkinçi” qəzeti ilə əsası ...

İQTİSADİ

2019-07-23 12:25:23

İQTİSADİ
Deputat: “Bir kəmər, bir yol” inqilabi l...
Deputat: “Bir kəmər, bir yol” inqilabi l...

“Çinin təşəbbüsü ilə həyata keçirilən “Bir kəmər, bir yol” böyük kommunikasiy...

2019-07-19 08:40:08

İQTİSADİ
Akademik Azərbaycan Xalq Cümhiriyyətini...
Akademik Azərbaycan Xalq Cümhiriyyətini...

Azərbaycan Respubliksının Prezidenti İlham Əliyevin 27 may 2019-cu il tarixli...