QHT və MEDİA
A- A A+

BMAM Gəncədə "Ermənistanın regional təhdidi" mövzusunda Beynəlxalq Forum keçirib

2019-06-21 07:35:47

.

Azərbaycan Respublikası Prezidenti yanında QHT-lərə Dövlət Dəstəyi Şurasının dəstəyi ilə Beynəlxalq Münasibətlərin Araşdırılması Mərkəzi (BMAM) Gəncə şəhərində "Ermənistanın regional təhdidi" mövzusunda Beynəlxalq Forum keçirib.

Forumda ictimaiyyət nümayəndələri, millət vəkilləri, Azərbaycanda fəaliyyət göstərən beynəlxalq təşkilatların təmsilçiləri, ziyalılar və tələbələr iştirak edib. Prezident yanında QHT-lərə Dövlət Dəstəyi Şurasının üzvü, siyasi elmlər üzrə fəlsəfə doktoru, BMAM sədri Rufiz Qonaqov Bakıdan sonra Gəncə şəhərində keçirilən beynəlxalq forumun əhəmiyyətindən danışıb, Ermənistanın bu gün də davam etməkdə olan işğalçılıq siyasətinin Cənubi Qafqaz Regionuna ciddi təhlükə olduğunu bildirib.

Şura üzvü qeyd edib ki, bütün səylərə baxmayaraq Ermənistanın təcavüzə son qoymamması cənubi Qafqaz regionunda o cümlədən dünyada artan risklər və təhdidlərə ciddi təkan verir. O, həmçinin bildirib ki, danışıqlar prosesini uzatmağa çalışaraq qeyri-konstruktiv mövqe sərgiləyən işğalçı Ermənistan, beynəlxalq hüquqa, beynəlxalq təşkilatlar tərəfindən qəbul olunan qətnamələrə məhəl qoymayaraq öz çirkin siyasətini davam etdirir. Gəncə şəhər İcra Hakimiyyətinin Başçısının müavini Vəfa Abbasova Forumun Gəncə şəhərində keçirilməsindən məmnunluğunu ifadə edərək, bu kimi beynəlxalq Forumların ölkədə və ölkə xaricində keçirilməsinin vacibliyindən danışıb.

O, Azərbaycan həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılmasında Forumun əhəmiyyətindən bəhs edib. Ermənistanın separatizm siyasətinin qarşısının alınması istiqamətində BMT qətnamələrinə diqqəti yönəldərək Vəfa Abbasova bildirib ki, Ermənistan işğal etdiyi Azərbaycan torpaqlarından geri çəkilməli, öz etnik separatizm əməllərindən imtina etməlidir. Milli Məclisin deputatı, YAP Gəncə şəhər Təşkilatının sədr müavini Pərvin Kərimzadə "Ermənistan-Azərbaycan Dağlıq Qaranağ münaqişəsinin həllində Beynəlxalq Təşkilatların rolu "mövzusunda məruzə edib. O bildirib ki, danışıqlar prosesi davam etdirilir, lakin Ermənistan tərəfinin ənənəvi siyasəti bu danışıqların effektivliyinə mane olur. Ermənistan BMT Təhlükəsizlik Şurasının bu münaqişə ilə bağlı qəbul etdiyi 4 qətnaməni yerinə yetirməkdən imtina edir. Müxtəlif beynəlxalq qurum və təşkilatlar tərəfindən, o cümlədən dünya dövlətləri tərəfindən Azərbaycanın ərazi bütövlüyünün qeyd-şərtsiz bəyan edilməsinə baxmayaraq, Ermənistan geri çəkilmir və faktiki olaraq 20 faizdən çox ərazimiz işğal altında, 1 milyondan çox soydaşımız məcburi köçkün həyatı yaşayır. AMEA-nın müxbir üzvü, Azərbaycan Dövlət Aqrar Universitetinin rektoru İbrahim Cəfərov "Erməni işğalı və Azərbaycan təhsilinin itirdikləri” mövzusunda məruzə ilə çıxış edib. Məruzəçi bildirib ki, Ermənistanın tarix boyu Azərbaycana qarşı apardığı məkrli siyasəti, terrora rəvac verən separatizm meyilləri bölgədə təhlükəsizliyə ciddi zərər vurmaqdadır. Alim həmçinin qeyd edib ki, Erməni təcavüzü nəticəsində həm mədəni irsimizə, həm tarixi abidələrimizə, həm də təhsilimizə sağalmaz yara vurulmuşdur. Məktəblər, təhsil ocaqları dağıdılmış, minlərlə ailə öz el-obalarından didərgin düşmüş, təhsildən, elmdən uzaq düşmüşlər.

BMAM-ın eksperti Rəfail Becanov "Ermənistanın təcavüzkar siyasətinin təsiri və regionda insan hüquqlarının pozulması” mövzusunda məruzə ilə çıxış edib. O, Ermənistanın işğalçılıq siyasətinin, hüquqa zidd əməllərinin fəsadlarına diqqəti yönəltdi. Bir milyondan çox qaçqın və məcburi köçkünlərin hüquqlarının pozulmasının həm ölkəmizə, həm də regiona mənfi təsirindən danışan ekspert Beynəlxalq təşkilatları bu məsələdə həssas və ədalətli qərarlar qəbul etməyə çağırdı. Gəncə Dövlət Universitetinin kafedra müdiri, siyasi elmlər üzrə fəlsəfə doktoru Asim Məmmədov "Erməni terrorçuluğu və Cənubi Qafqaza təhdid" mövzusunda məruzə etmişdir.


Kateqoriya : QHT və MEDİA Baxış sayı : 558

QHT və MEDİA

2019-11-22 09:50:24

QHT və MEDİA
“Daşnaklar Fərqanədən Qarabağa qədər” ki...
“Daşnaklar Fərqanədən Qarabağa qədər” ki...

Bakıda özbəkistanlı yazıçı Şöhrət Barlasın müəllifi olduğu “Daşnaklar Fərqanə...

2019-11-22 09:40:48

QHT və MEDİA
Ankarada “erməni-nasist əməkdaşlığı” möv...
Ankarada “erməni-nasist əməkdaşlığı” möv...

Ankarada fəaliyyət göstərən Avrasiya Araşdırmalar Mərkəzində (AVİM) “erməni-n...

CƏMİYYƏT

2019-11-21 21:30:38

CƏMİYYƏT
Faşist cəlladı Qaregin Njdenin heykəlini...
Faşist cəlladı Qaregin Njdenin heykəlini...

Hələ 2018-ci ilin martın 26-da Gürcüstanın Slavyan Xalqları Konqresinin sədr...

2019-11-19 09:25:12

CƏMİYYƏT
Sərt qayalar üzərində inşa edilmiş Diri ...
Sərt qayalar üzərində inşa edilmiş Diri ...

Qobustanda yerləşən Diri baba türbəsi Şirvan-Abşeron memarlıq üslubunda inşa ...

İQTİSADİ

2019-11-22 11:20:13

İQTİSADİ
Avropa-Qafqaz-Asiya nəqliyyat dəhlizinin...
Avropa-Qafqaz-Asiya nəqliyyat dəhlizinin...

Yanvar-sentyabr aylarında Avropa-Qafqaz-Asiya nəqliyyat dəhlizinin Azərbaycan...

2019-11-18 18:35:15

İQTİSADİ
2019-cu ilin 9 ayı ərzində avtomobil yo...
2019-cu ilin 9 ayı ərzində avtomobil yo...

-Agentlik yol infrastrukturunun inkişafı ilə bağlı işlərin kompleks şəkildə...