SOSİAL
A- A A+

“Erməni zindanında səkkiz gün” kitabının təqdimatı keçirilib

2019-06-20 16:55:05

Bu gün Beynəlxalq Mətbuat Mərkəzində Avrasiya Beynəlxalq Araşdırmalar İnstitutu İctimai Birliyi və Regional Hüquqi və İqtisadi Maarifləndirmə İctimai Birliyinin təşkilatçılığı ilə Xocalı sakini Dürdanə Ağayevanın “Erməni zindanında səkkiz gün” adlı kitabının təqdimat mərasimi keçirilib.

Fact-info.az xəbər verir ki, tədbirdə millət vəkilləri, Xocalı sakinləri, ictimaiyyət və media nümayəndələri iştirak edib.

Tədbirdə çıxış edən millət vəkili Qənirə Paşayeva bildirib ki, Xocalı soyqırımı dünyanın harasında yaşamasından asılı olmayaraq hər bir azərbaycanlının böyük ağrısıdır: “Bu kitab bir Azərbaycan qadının deyil, bütün əsirlikdə olan qadınların harayıdır. Bizi ağrıdan ən böyük məsələlərdən biri də bu soyqırımı törədənlərin hələ də cavabsız qalmasıdır. İllərdir köçkün həyatı yaşayan insanların ağrısı ən böyük acımızdır. Ona görə də Xocalı hadisəsini daha da yaymamalıyıq. Hamımız “Xocalıya ədalət” kompaniyasının biz üzvüyük. Çünki bu kampaniyanın məqsədi dünyanın hər yerində ermənilərin iç üzünü görmək, tarixdə törətdikləri cinayətləri dünyaya daha çox çatdırmaqdır. Bu kitab əslində bütün xocalıların yaşadığını özündə əks etdirir. Kitabın müəllifi Dürdanə xanıma cəsarəti üçün təşəkkür edirik”.

Millət vəkili, yazıçı Aqil Abbas isə əlavə edib ki, bu kitab üçün çox əziyyət çəkilib: “Əsirlikdə olmağı sadəcə onu yaşayan bilər. Mən əsrlərlə çox söhbət edib, o vəziyyətlər haqqında məlumat əldə etmişəm. Çox ağrılı bir şeydir. Kitabı ərsəyə gətirənlərə təşəkkür edirəm”.

Daha sonra tədbir digər çıxışlarla davam etdirilib.


Kateqoriya : SOSİAL Baxış sayı : 319

QHT və MEDİA

2019-09-21 08:30:20

QHT və MEDİA
Ermənistanın işğalçılıq siyasəti ilə bağ...
Ermənistanın işğalçılıq siyasəti ilə bağ...

Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri Hökümət Təşkilatlarına ...

2019-09-20 08:55:01

QHT və MEDİA
Qlobal enerji təhlükəsizliyi problemi və...
Qlobal enerji təhlükəsizliyi problemi və...

Bu, bir həqiqətdir ki, yüksək inkişaf etmiş ölkələrin enerji təhlükəsizliyi s...

CƏMİYYƏT

2019-09-19 18:20:16

CƏMİYYƏT
Azərbaycan Milli Radiosunda nələr gözlən...
Azərbaycan Milli Radiosunda nələr gözlən...

1926-cü ildə təməli qoyulan və ölkəmizdə ilk kütləvi informasiya vasitəsi ol...

2019-09-15 05:55:09

CƏMİYYƏT
“Unudulmayan tarix”i dünyaya xatırladan ...
“Unudulmayan tarix”i dünyaya xatırladan ...

Doğrudur,bir zamanlar bu faciələri xalqımızın qan yaddaşından silməyə çalışa...

İQTİSADİ

2019-09-21 15:25:56

İQTİSADİ
UNEC rektoru Ədalət Muradov: “Milli ali ...
UNEC rektoru Ədalət Muradov: “Milli ali ...

UNEC rektoru, professor Ədalət Muradov çıxışı zamanı mütəxəssis hazırlığında ...

2019-09-19 18:55:57

İQTİSADİ
SOCAR-ın Fontana Qarşı Dağmədənxilasetmə...
SOCAR-ın Fontana Qarşı Dağmədənxilasetmə...

Sentyabrın 19-da “Əsrin müqaviləsi”nin 25-ci ildöbümü və “Neftçilər günü” ərə...