CƏMİYYƏT
A- A A+

Hərbi cinayətkarların cəzasız qalması münaqişənin ömrünü uzadır

2019-06-20 07:30:53

Ermənistanın müxtəlif ranqlı məmurlarının sərsəm bəyanatlarını mütəmadi olaraq eşidirik. Sonuncu belə fikri Ermənistanın müdafiə naziri David Tonoyan səsləndirib

Onun Azərbaycan hərbçisinin qətlə yetirilməsi ilə bağlı şəxsən göstəriş verməsi və bu əmliyyatı icra edən erməni hərbçilərin yüksək mükafata təqdim olunması ilə bağlı bəyanatı, bu ölkənin hərbi cinayətlərini davam etdirdiyini bir daha təsdiqlədi. Əslində Ermənistanın müdafiə nazirinin bu açıqlaması beynəlxalq məhkəmənin müzakirə predmeti olmaqla yanaşı, hərbi cinayətkarların bu vaxta qədər cəzasız qalması ilə bağlıdır.

Müharibə cinayətlərinin qarşısının alınması məqsədilə işğal olunmuş Azərbaycan ərazilərində hərbi cinayət törədənlərin vaxtında məsuliyyətə cəlb olunması sabitliyi və ədalətli sülhü təmin edəcək. Mən əminəm ki, bir gün gələcək bütün cinayətlərinə görə, David Tonoyanda, Sarkisyanda digər yanlarda beynəlxalq tribunalın qarşısında cavab verəcəklər. Necə ki, II dünya müharibəsində qanlı cinayətlər törətmiş, minlərlə günahsız insanın ölümünə bais olan faşıst Almaniyasıında bir sıra şəxslər məhkəmə qarşısına çıxarılaraq layiqli cəzalarını aldılar. Necə ki, ötən əsrin 90-cı illərindən sonra keçmiş Yuqoslaviyada baş verən qanlı cinayətlərə görə, bəzi şəxslər məsuliyyətə cəlb olundu. Birbaşa müharibə cinayətlərində əli olan şəxslər axtarışa verildi.

Belə nümunələri xeyli artırmaq olar, Bəs, bu gün belə təcrübədən niyə biz yararlanmayaq? Bu gün müharibə cinayətləri, bu cinayətlərin birbaşa günahkarları sivil dünyanın, ümumilikdə götürsək bəşəriyyətin maraqlarına toxunur. Göründüyü kimi, qeyd olunan və qeyd olunmayan faktlar cinayətkarların kimliyini tam sübut edir. Deməli, beynəlxalq hüququn mexanizmlərinin işə düşməsinə nail olmalıyıq.

Bəzən düşünürük II dünya müharibəsində hərbi cinayətlərdə ittiham olunan şəxslər Dağlıq Qarabağda, Xocalıda dinc azərbaycanlılara qarşı soyqırımı törədən ermənilərdən daha mərhəmətli olublar. Sarkisyanın, Koçaryanın və digər ermənilərin Xocalıda törətdiyi soyqırımları araşdıranda bu qənaətə gəlmək olar ki, Adolf Hitler bunların yanında məsum görsənir.

Xocalı soyqırımında, ümumilikdə Dağlıq Qarabağda dinc azərbaycanlılara qarşı törədilən qətl hadisələrində iştiraklarını ermənilər özləri birmənalı şəkildə təsdiqləyiblər. İngilis jurnalisti Tomas de Vaal yazırdı ki, erməni hərbi komandiri Serj Sarkisyandan Xocalının işğalı haqqında danışmağı xahiş etdib. Sarkisyan isə baş vermiş hadisələrlə bağlı deyib: “Xocalıya qədər azərbaycanlılar düşünürdülər ki, bizimlə zarafat etmək olar, onlar düşünürdülər ki, ermənilər mülki əhaliyə əl qaldırmağa qadir deyillər. Biz bu stereotipi sındırmağı bacardıq”.

Məgər bu və digər sənədlər, girovluqdan, erməni əsirliyindən əziyyət çəkən saysız-hesabsız azərbaycanlı canlı şahidlərin verdiyi məlumatlar beynəlxalq məhkəmə üçün fakt, sübut deyilmi? Qalır həmin faktları beynəlxalq tribunalın müzakirə predmetinə çevirmək məsələsinə.

Digər bir məqama nəzər salmaq istərdim. Sülh danışıqlarını imitasiyaya çevirən Ermənistan rəhbərliyi ölkəsini hansı fəlakətə düçar etdiyinin fərqindədir. Heç şübhəsiz ki, Ermənistanda gündən-günə kəskinləşən iqtisadi vəziyyət, əhalinin artan narazılığı tonoyanların, paşinyanların sonunu yaxınlaşdırır.

Bu vaxta qədər işğalçı ölkənin rəhbərləri, xəstə ideoloqları münaqişənin ömrünü uzatmaqla işğal etdikləri torpaqlara tam sahiblənəcəklərini, azərbaycanlıların bu ərazilərdən imtina edəcəklərini düşünüb belə siyasət həyata keçiriblər. Ancaq zaman göstərdi ki, təmiz qanı olan heç bir azərbaycanlı o tarixi torpaqların heç bir santimetrindən də əl çəkməyəcək. Bundan əlavə beynəlxalq hüquq da Azərbaycana ərazi bütövlüyünü təmin etməyə imkan verir. Bunu vasitəçilər də, benəlxalq birlikdə yaxşı anlayır. İmitasiya heç zaman ədalətli sülh gətirməz.

Bunu qanmayan ermənilərin başıpozuq rəhbərləridir. Sülh danışıqlarının imitasiyaya çevrilməsi, münaqişənin bu qədər uzadılması, Ermənistanın nəhəng iqtisadi layihələrdən təcrid olunması, işğalçı ölkədə artan sosial gərginliklər bu, ölkəni tənəzzülə aparır. Biz buna təəssüflənməməliyik, sadəcə prosesi sürətləndirməliyik. Hər kəs öz sahəsində ciddi çalışmalıdır.

Əkrəm Bəydəmirli


Kateqoriya : CƏMİYYƏT Baxış sayı : 1035

QHT və MEDİA

2020-01-21 08:50:48

QHT və MEDİA
Qorbaçov törətdiyi əməllərə görə gec-tez...
Qorbaçov törətdiyi əməllərə görə gec-tez...

20 Yanvar hadisələri Azərbaycan xalqının yaddaşında əbədi olaraq qəhrəmanlıq ...

2020-01-20 10:35:34

QHT və MEDİA
ABŞ Konqresində “Qara Yanvar” faciəsi ya...
ABŞ Konqresində “Qara Yanvar” faciəsi ya...

16 yanvar 2020-ci il tarixində ABŞ Konqresinin nüfuzlu üzvlərindən biri Stiv ...

CƏMİYYƏT

2020-01-19 15:00:26

CƏMİYYƏT
Xeyir iş, xeyir əməl naminə!
Xeyir iş, xeyir əməl naminə!

Əsədova Mahirə Sahid qızı 2 iyun 1972-ci il tarixində Bakı şəhərində ziyalı a...

2020-01-18 12:25:08

CƏMİYYƏT
Ermənistan beynəlxalq məhkəmədə dindiril...
Ermənistan beynəlxalq məhkəmədə dindiril...

Azərbaycan Respublikasının Prezidenti Yanında Qeyri-Hökumət Təşkilatlarına Dö...

İQTİSADİ

2020-01-17 09:40:54

İQTİSADİ
Transxəzər fiber-optik kabel xətləri Azə...
Transxəzər fiber-optik kabel xətləri Azə...

Azərbaycanı beynəlxalq internet şəbəkəsinə bağlayan magistral internet provay...

2020-01-09 19:55:07

İQTİSADİ
Şuranın əməkdaşı sosial sığorta haqqı öd...
Şuranın əməkdaşı sosial sığorta haqqı öd...

Bu barədə Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkila...