2015-09-29 11:15:29 | SİYASƏT
Milli Məclisin deputatı Strasburqda Ermənistanın Avropa Şurasının prinsiplərinə zidd əməllərindən danışıb

Avropa Şurası Parlament Assambleyasının (AŞPA) payız sessiyasının əvvəlində dinlənilən ilk məruzə Büronun və daimi komitənin inkişaf hesabatı olub

Bu dəfə həmin məruzəni hazırlamaq Avropa Şurasında fəaliyyəti başa çatmaqda olan isveçrəli deputat Anrdeas Qrossa həvalə edilmişdi. Hesabat məruzəsindən sonra Parlament Assambleyasının bir sıra üzvləri hesabatla bağlı fikir və mülahizələrini bildiriblər.

Azərbaycan nümayəndə heyətinin üzvü Rafael Hüseynovun çıxışı məruzənin bir sıra nöqsanlarını əhatə edib. Azərbaycanlı deputat məruzədə Ermənistanla bağlı yer almalı olan tənqidi məqamların niyə diqqətdən kənarda qaldığını soruşaraq bunu növbəti dəfə Avropa Şurasında ikili standartların təzahürü kimi dəyərləndirib. Belə halların bu mötəbər beynəlxalq təşkilatı gözdən saldığını bəyan edən Rafael Hüseynov bir sıra vacib məqamlar üzərində dayanaraq deyib: “Hər yeni sessiyanın əvvəlində dinlədiyimiz bu silsilədən olan ənənəvi məruzələrin hər biri yalnız görülmüş işlər haqqında hesabat deyil, həm də iş üslubumuzun güzgüsüdür. Bu sessiya və budəfəki məruzə mənim ölkəm – Azərbaycan üçün müəyyən mənada rəmzi xarakter daşıyır. Bizim Parlament Assambleyasındakı uğurlu fəaliyyətimizin 15 ili tamam olur və bugünkü məruzə Büro və daimi komitənin inkişafı haqqında indiyədək dinlədiyimiz 60-cı məruzədir. On beş il elə müddətdir və 60 məruzə elə sanballı silsilədir ki, müəyyən məntiqi nəticələr çıxarmağa, iş üslubumuzun ən yaxşı və ən zəif cəhətlərini görməyə imkan verir. Budəfəki məruzə də Parlament Assambleyasının fəaliyyətindəki dinamikanı, Avropa ictimai-siyasi həyatının ən aktual problemlərinə Avropa Şurasının həssas münasibətini əyani şəkildə nümayiş etdirir. Lakin aşkar şəkildə yenə ortada olan başqa bir cəhət də ikili standartlar kimi təhlükəli yanaşmanın Avropa Şurasının iş üslubunun daimi elementi kimi ortada olmasıdır. Büro və daimi komitənin keçən müddətdəki işini qiymətləndirərkən biz yalnız görülmüş işləri deyil, görülməli olduğu halda yerinə yetirilməmiş işləri də nəzərdə tutmalıyıq. Bizim təşkilatın prinsipial bir yanaşması var ki, üzv ölkə Büronun təsdiq etmiş olduğu məruzəçiyə maneələr yaradırsa, onu ölkəyə buraxmırsa, fakt və hadisələrlə yerində tanış olmağa imkan vermirsə, həmin intizamsız ölkəyə qarşı cəza tədbirləri görülür, sanksiyalar tətbiq edilir. Bu qaydanın bir sıra ölkələrə qarşı tətbiqi ilə əlaqədar həm köhnə, həm də çox da uzaq olmayan dövrə aid faktlar hamınıza bəllidir. Lakin belə bir prinsipial yanaşma varsa niyə hamıya eyni şəkildə tətbiq edilmir? Büro və daimi komitənin təqdim olunan inkişaf haqqında məruzəsində Ermənistanın bu istiqamətdəki kobud fəaliyyətlərinə dair heç bir şey deyilmir. Halbuki Ermənistan hesabat dövründə çox ciddi iki problem üzrə tədqiqat aparan iki məruzəçinin ölkəyə gələrək zəruri işlərini görməsinə, müzakirələr, danışıqlar aparmasına imkan yaratmayıb. Xanım Milisa Markoviç “Azərbaycanın sərhədyanı bölgələrinin sakinlərinin qəsdən sudan məhrum edilməsi” və Robert Volter “Azərbaycanın Dağlıq Qarabağ və digər işğal edilmiş ərazilərində gərginliyin artması” mövzusunda məruzələr üzərində işlərini artıq yekunlaşdıraraq hesabatlarını təqdim etməlidirlər. Lakin Ermənistan inadla onların ölkəyə gəlməsinin qarşısını alıb, bir çox sorğularını cavabsız qoyub. Bu, elə narahatedici bir presedentdir ki, sabah başqa üzv ölkələrə də son dərəcə pis nümunəyə çevrilə bilər. Elə bu tərzdə başqa üzv ölkə də ona sərf etməyən mövzuda araşdırmalar aparmaq istəyən Avropa Şurası məruzəçisini qəbul eləməkdən imtina edər və bunu da belə əsaslandırar ki, siz niyə eyni tələbləri bu günahı bizdən əvvəl və ikiqat həcmdə işlətmiş Ermənistana tətbiq etməmisiniz? Belə deyər və haqlı olar, çünki bu məntiqin qarşısında bu gün Avropa Şurası acizdir. Axı ikili standartların nəticələri ortadadır! Həm də təəccüb doğuran başqa bir məqam da ondan ibarətdir ki, niyə Ermənistana görə Büro hətta ən mühüm prinsip və qaydalarına belə dönük çıxır? Hansı sirli səbəblərə görə iki məruzəçini rədd edən, beləliklə də həm Büroya, həm də bütövlükdə Avropa Şurasına bu qədər saymazyana, təhqiramiz münasibət bəsləyən Ermənistana belə nəvazişkar, belə qoruyucu münasibət bəslənir? Bu cür yanaşma ilə siz Avropa Şurasını gözdən, hörmətdən saldığınızı görmürsünüzmü?! Biz Büro və daimi komitənin hesabatlarında fəaliyyətimizdəki real və çox narahatedici belə məqamların da mütləq yer almış olmasını istərdik. Təəssüf ki, bu gün növbəti dəfə də bunu görmədik. Deməli, ikili standartlar, qeyri-obyektiv, ədalətsiz yanaşmalar iş üslubumuzda bir qədər də dərinləşəcək, başqa yeni fəsadlar doğuracaq. Buna təəssüf etməmək olmur”.

Andreas Qross məruzə ətrafındakı çıxışları təhlil edib qeyd olunan iradları cavablandırarkən Rafael Hüseynovun toxunduğu məsələ üzərində də dayanıb və həqiqətən də Ermənistanla bağlı Assambleyanın problemləri olduğunu etiraf edib.

 

 

 

Baxış sayı : 1512
Azərbaycan Prezidenti: Bəyanatlar kifayət etmir, bizim real addımlara ehtiyacımız var 2020-09-25 07:00:49 Prezident İlham Əliyev: Avropa İttifaqı ilə Azərbaycan arasında çox yüksək səviyyəli tərəfdaşlıq mövcuddur 2020-09-24 15:30:27 Azərbaycanın 3 şəhəri YUNESKO-nun şəbəkəsinə üzv seçilib 2020-09-24 10:20:28 Rusiyalı tarixçi, analitik Oleq Kuznetsov: KTMT-nin heç bir üzvü təcavüzkarı dəstəkləməyi arzulamır 2020-09-24 09:20:32 “Qarabağ münaqişəsi Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həll olunmalıdır” 2020-09-24 08:20:05 "Ordunun gücləndirilməsi üçün növbəti ilin büdcəsində ciddi artım nəzərə alınıb" 2020-09-24 07:25:27 Şura haqqında böhtan yayan saytlar məhkəməyə veriləcək 2020-09-24 07:15:00 Arsak toponimi ilə bağlı real faktlar - Açıqlama 2020-09-23 21:10:53 Azərbaycanın siyasi dialoq platforması beynəlxalq arenaya çıxarıldı – Rufiz Qonaqov 2020-09-23 16:20:16 Əhmədiyyə Cəbrayılovun 100 illiyinə həsr olunmuş virtual sərgi keçiriləcək 2020-09-23 08:40:50 Rəcəb Tayyib Ərdoğan: Ermənistan Cənubi Qafqazda sülhə və sabitliyə ən böyük maneədir 2020-09-23 08:25:07 Xarici media Dağlıq Qarabağa PKK terrorçularının gətirilməsndən yazıb 2020-09-23 07:05:11 Ölkə vətəndaşlarının təlim toplanışlarına böyük ruh yüksəkliyi ilə qatılması dövlətimizə olan inamın bariz nümunəsidir 2020-09-23 06:40:28 Bütün dünya bilir ki, Azərbaycan qısa bir zamanda öz torpaqlarını azad etməyə qadirdir! 2020-09-23 06:25:35 Türkiyə və Azərbaycan prezidentləri arasında telefon danışığı oldu 2020-09-22 20:45:23 Ermənistanda məktəb dərsliklərində tarix saxtalaşdırılaraq azərbaycanlılara nifrət aşılanır 2020-09-22 09:30:46 “Karabakh is Azerbaijan!" Milli Platformasının xaricdəki koordinatorlarının ilk videokonfransı keçirilib 2020-09-22 08:25:47 “Qafqazın geosiyasəti: Dağlıq Qarabağ münaqişəsi” 2020-09-22 08:10:06 Ombudsman növbəti erməni təxribatına dair beynəlxalq təşkilatlara müraciət etdi 2020-09-22 07:15:21 Mövlud Çavuşoğlu: "Azərbaycanın haqlı mübarizəsində daim yanındayıq" 2020-09-22 06:55:23 "Ermənistanın baş naziri danışıqların mahiyyətini məqsədyönlü şəkildə pozur" 2020-09-21 22:00:16 “Dağlıq Qarabağla bağlı informasiyaların dünyaya çatdırılması işi davamlı aparılmalıdır ” 2020-09-21 15:15:07 Gürcüstan saytları Prezident İlham Əliyevin Ermənistanın təxribatları ilə bağlı fikirlərinə geniş yer ayırıb 2020-09-21 09:50:59 Məhəbbət Paşayeva: Qafqaz Albaniyası Azərbaycanın qədim dövlətidir və bu dövlətin varisləri biz azərbaycanlılarıq 2020-09-21 09:45:18