CƏMİYYƏT
A- A A+

Türk dünyasında milli mücadilə və ədəbiyyat

2019-06-15 09:00:41

.

Azərbaycan Milli Elmlər Akademiyasının Mərkəzi Elmi Kitabxanasında Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutu, TİKA, Bakı Yunus Emre İnstitutu, Türk Dil Qurumu və KÜNİB-in birgə təşkilatçılığı ilə "Türk dünyasında milli mücadilə və ədəbiyyat" mövzusunda simpozium keçirilib.

Simpoziumu giriş sözü ilə AMEA-nın vitse-prezidenti, Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun direktoru, akademik İsa Həbibbəyli açaraq Türkiyə ilə Azərbaycan arasında qardaşlıq və dostluq münasibətlərinin inkişafından danışıb. Akademik İsa Həbibbəyli bu cür tədbirlərin təşkilini ölkələrimiz arasındakı milli mücadilə tarixinə bir töhfə kimi qiymətləndirib. Həm Türkiyə Cümhuriyyətinin qurulmasında, həm Azərbaycan Xalq Cümhuriyyətinin xilasında soydaşlarımızın birgə mübarizəsini yüksək qiymətləndirib. Azərbaycanda fəalliyyət göstərən Türkiyə qurumları ilə Ədəbiyyat İnstitutu arasında keçirilən bu cür tədbirlərin xüsusi əhəmiyyətindən bəhs edib.

Daha sonra Bakı Yunus Emre İnstitutunun direktoru Cihan Özdemir Milli mücadilənin 100 illiyinə töhfə olaraq belə bir tədbirin keçirilməsi üçün təşkilatçılara təşəkkür edib. Bu işdə ilk tərəfdaş kimi Elmlər Akademiyasını seçdiklərini bildirib. O vurğulayıb ki, İsa Həbibbəyli hər zaman qardaşlıq məsələsini yalnız sözdə deyil, əməldə göstərən millət vəkili, akademik və bir ziyalıdır.

TİKA-nın Bakı proqram koordinatoru Teoman Tiryaki də təşkilatçılara və iştirakçılara təşəkkür edərək bu cür birgə fəaliyyətin önəmindən bəhs edib.

Türk Dil Qurumu başqan yardımcısı Feyzi Ersoyda hər zaman bu tərz toplantıların dəstəklənməsindən qürur duyduğunu bildirib. O qeyd edib ki, biz elə bir millətik ki, çin, alman, monqol və başqa xalqların tarixi türk tarixindən bəhs edilmədən yazıla bilməz. Böyük millətlərin hafizələri də böyük olur, ona görə də bir tariximizi unutmamalıyıq.

KÜNİB başqanı Ramazan Korkmaz çıxışında deyib ki, türklər ingilisləri yenincəyə qədər biz onları yenilməz bir ilah zənn edirdik. Ancaq biz onları Çanaqqalada sulara gömdük. Bu da ingilis mifini dağıtdı və türkün xilaskarlıq missiyasını sübut etdi. İndi də Türkiyə və Azərbaycan münasibətlərini sadəcə iki dövlətin əməkdaşlığı deyil, bütün dünyadakı məzlum insanların ümid yeri kimi səciyyələndirib. Həmçinin söyləyib ki, o zaman Bakının xilası üçün gəlib şəhid olmuşduq, indi gəlib Bakının inkişafına şahid olub sevinirik.

Azərbaycan-Asiya ədəbi əlaqələri şöbəsinin müdiri, professor Bədirxan Əhmədov simpoziumda "Azərbaycan poeziyasında milli istiqlal mücadiləsi" mövzusunda məruzə ilə çıxış edib. O bildirib ki, milli mücadilə həm Azərbaycan, həm də Türkiyə ədəbiyyatında geniş əks olunub. Bir məsələyə də xüsusi diqqət etmək lazımdır ki, mətbuatın o qədər də hakim olmadığı bir dönəmdə ədəbiyyat, xüsusən də poeziya mücadilədə çox böyük rol oynayıb.


Kateqoriya : CƏMİYYƏT Baxış sayı : 169

QHT və MEDİA

2019-07-22 09:30:10

QHT və MEDİA
Millət vəkili: Mediamız Azərbaycan həqiq...
Millət vəkili: Mediamız Azərbaycan həqiq...

İyulun 19-da Milli Mətbuatın 144 illiyi münasibətilə Dövlət Gömrük Komitəsi t...

2019-07-21 07:55:52

QHT və MEDİA
Emin Həsənli: "Dövlət Sərhəd Xidmətinin ...
Emin Həsənli: "Dövlət Sərhəd Xidmətinin ...

"Bugünlərdə Azərbaycan-Gürcüstan sərhəddində, "Keşikçidağ"da baş verən hadisə...

CƏMİYYƏT

2019-07-23 10:10:46

CƏMİYYƏT
Qarabağ atları
Qarabağ atları

Tarixi təkamül nəticəsində Nesey atlarından əsas iki qol ayrılıb və inkişaf e...

2019-07-22 09:45:08

CƏMİYYƏT
Azərbaycan milli mətbuatının yaranmasınd...
Azərbaycan milli mətbuatının yaranmasınd...

Həsən bəy Zərdabinin yaratdığı və redaktoru olduğu “Əkinçi” qəzeti ilə əsası ...

İQTİSADİ

2019-07-23 12:25:23

İQTİSADİ
Deputat: “Bir kəmər, bir yol” inqilabi l...
Deputat: “Bir kəmər, bir yol” inqilabi l...

“Çinin təşəbbüsü ilə həyata keçirilən “Bir kəmər, bir yol” böyük kommunikasiy...

2019-07-19 08:40:08

İQTİSADİ
Akademik Azərbaycan Xalq Cümhiriyyətini...
Akademik Azərbaycan Xalq Cümhiriyyətini...

Azərbaycan Respubliksının Prezidenti İlham Əliyevin 27 may 2019-cu il tarixli...