TƏDQİQATLAR
A- A A+

Nyu-Yorkda Ermənistan biabırçılığı

2015-09-28 14:45:19

KİV: "Ermənistanın xarici siyasəti ABŞ-da fiaskoya uğradı"

Ermənistan prezidenti Serj Sarkisyanın və xarici işlər naziri Edvard Nalbandyanın ABŞ səfəri heç də ürəkaçan olmayıb. BMT Baş Məclisinin 70 illik yubiley sessiyasına qatılan İrəvan rəsmilərinin fəaliyyəti Ermənistan mətbuatında ciddi tənqidə məruz qalıb və cəmiyyətdə narazılıq yaradıb.
E.Nalbandyan Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) xarici işlər nazirlərinin Nyu-Yorkda keçirilən görüşündə iştirak etsə də, bu, heç də uğurlu alınmayıb. 
BMT Baş Assambleyası
Belə ki, iclasda təşkilata üzv ölkələrin xarici siyasətinin uyğunlaşdırılması ilə bağlı məsələlər müzakirəyə çıxarılıb. Ermənistan XİN-nin yaydığı xəbərdə deyildiyi kimi, Edvard Nalbandyan Azərbaycanın "son təxribatları" haqqında öz tərəfdaşlarına Qarabağ münaqişəsizonasında atəşkəs rejiminin pozulması nəticəsində yaranmış vəziyyət, atılan addımlar və təşəbbüslər barədə məlumat verib. 
Nalbandyan prezident Serj Sarkisyanın adından Rusiyanın BMT-dəki daimi nümayəndəsi Vitali Çurkini KTMT çərçivəsində əməkdaşlığın möhkəmləndirilməsi işində oynadığı mühüm rola görə təşkilatın Fəxri Fərmanı ilə mükafatlandırıb. Lakin bütün bu addımlar konkret nəticənin əldə olunması üçün kifayət etməyib.
Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının Sammiti - 23 dekabr 2014-cü il 
Erməni mətbuatı yazır: "Ermənistana bu il KTMT-yə sədrlik edir. Bu, Ermənistanın "Dağlıq Qarabağ ilə sərhədlərində" eskalasiyanın fonunda olduqca simptomatikdir, çünki atışmalar zamanı hərbi və dinc sakinlər həlak olurlar. Bu iki hadisənin arasında birbaşa əlaqə var. KTMT – Ermənistan ilə müttəfiq deyil, amma Azərbaycanla müttəfiqdir. Əgər Azərbaycanla bu təşkilata üzv ölkələrin əməkdaşlığının həcmini və xarakterini nəzərə alsaq, görərik ki, bu təşkilat rəsmi Bakıya daha çox üstünlük verir. Rusiyayönlü strukturlar, ümumiyyətlə, Azərbaycanın təbii müttəfiqidir və Ermənistanı zəiflətməyə, təcrid etməyə çağırılır. Bu strukturlar, həmçinin KMTM Ermənistanı qorumamağa və onun maraqlarına məhəl qoymamağa səslənilir."
Bütün bunlar xüsusilə son zamanlar məlum oldu və hər şey hamıya aydın oldu. Rusiya ekspertləri bu barədə artıq açıq şəkildə danışırlar, amma arqumentlər olmadığı üçün ermənilərin rusiyayönlü xuliqanları susmağa məcbur edilib. Artıq bunu anlıamaq lazımdır ki, indi Ermənistanın maraqları Rusiyanın və rusiyayönlü strukturların maraqlarına ziddir.
Vladimir Putin - Risiya prezidenti və Serj Sarkisyan- Ermənistan prezidenti
Öz növbəsində, Ermənistan hakimiyyətinin əlində tutarlı arqumentlər qalmayıb. İqtisadi, siyasi preferensiyalar və təhlükəsizliyin zəmanətləri haqqında yalanların üstü tamamilə açıldı və əsl həqiqət çılpaqlığı ilə görsəndi. Bu barədə erməni KİV-ləri və ekspertlər çoxdan xəbərdarlıq edirlər.
Beləliklə, Serj Sarkisyanın və Edvard Nalbandyanın Nyu-Yorka qədər gəlməsinin heç bir mənası olmadı. Çünki dünya siyasətinin mərkəzində, BMT Baş Assambleyasında KTMT ölkələrinin xarici siyasətinin uyğunlaşdırılması haqqında məsələni müzakirəyə çıxarsalar da nəticə əldə edə bilmədilər və bununlada, Ermənistanın xarici siyasəti fiaskoya uğradı, Ermənistanın gələcək maraqlarının neytrallaşdırılması məsələsi dalana dirəndi.
KİV-lər yazır ki, əgər ölkədə normal hakimiyyət olsaydı, BMT-ın tribunasından istifadə edərək Azərbaycan tərəfindən "təcavüz" məsələsini qaldırar, son dövrlərdəki itkilərimizlə bağlı qətnamə qəbul etməyə təşəbbüs göstərərdi. Həmçinin maraqları Ermənistanın maraqları ilə uyğun gələn ölkələrlə danışıqlar aparardı. Çünki Xarici İşlər Nazirliyinin başçısı bütün bu məsələləri gündəmə gətirməyə məcburdur. Lakin Ermənistan bunun əvəzinə BMT-da Rusiya üçün əlavə səs olur, amma Rusiya İrəvanı narahat edən məsələləri qaldırmağı qadağan edir. Çünki bu məsələlər Rusiyanın Azərbaycanla münasibətlərinə zərər verə bilər.
Bir sözlə, Rusiyanın bu davranışını diplomatiya, hərb, hüquq, xalq və başqa dillərdə başaldatmaq, oyun oynamaq, Ermənistan hakimiyyətini ələ salmaq kimi adlandırmaq olar. Rusiya Nyu-Yorkda "müttəfiqlər"inin iştirakı ilə yazıq, gülməli şənliklərlə vəziyyətini xilas etməyə çalışır. Göstərməyə çalışır ki, o təcrid edilməmişdir. Ermənistanın xarici siyasəti indi yalnız bu rolu oynayır. Erməni əsgərlərinin, müstəqilliyin və Ermənistanın beynəlxalq reputasiyasının qiyməti onlar üçün maraqlı deyil. Bu siyasət nə qədər daha uzunmüddətli davam edəcək, o qədər daha çox erməni həlak olacaq. Məsuliyyət məlumdur: "İndiki hərbi-siyasi və Ermənistanın iqtisadi vəziyyəti aparılan xarici siyasətin bilavasitə istintaqıdır”. (anspress.com)

 

 

 

 


Kateqoriya : TƏDQİQATLAR Baxış sayı : 1103

QHT və MEDİA

2019-09-18 07:35:57

QHT və MEDİA
“Paşinyan Cənubi Qafqazı müharibəyə apar...
“Paşinyan Cənubi Qafqazı müharibəyə apar...

“Nikol Paşinyanın növbəti bəyanatı onu göstərir ki, artıq məsələ aydındır və ...

2019-09-17 08:50:20

QHT və MEDİA
Bilal Dündar: Bakının xilası Türkiyə-Azə...
Bilal Dündar: Bakının xilası Türkiyə-Azə...

Yüz bir il əvvəl Osmanlı dövlətinin özü çətin vəziyyətdə olmasına baxmayaraq,...

CƏMİYYƏT

2019-09-17 08:20:20

CƏMİYYƏT
Türkiyənin Təkaltı dağının zirvəsində Az...
Türkiyənin Təkaltı dağının zirvəsində Az...

Türkiyənin Tuzluca rayonunda yerləşən Təkaltı dağına doğru Azərbaycan-Türkiyə...

2019-09-15 05:55:09

CƏMİYYƏT
“Unudulmayan tarix”i dünyaya xatırladan ...
“Unudulmayan tarix”i dünyaya xatırladan ...

Doğrudur,bir zamanlar bu faciələri xalqımızın qan yaddaşından silməyə çalışa...

İQTİSADİ

2019-09-18 07:25:49

İQTİSADİ
Hikmət Hacıyev: "Azərbaycan türkmən qazı...
Hikmət Hacıyev: "Azərbaycan türkmən qazı...

Türkmən qazının idxalatçıları və ya Aşqabad tərəfindən təşəbbüs olarsa, Azərb...

2019-09-16 09:20:33

İQTİSADİ
“Yeni Əsrin müqaviləsi”nin imzalanmasınd...
“Yeni Əsrin müqaviləsi”nin imzalanmasınd...

Xəzər dənizinin Azərbaycan sektorundakı “Azəri”, “Çıraq” yataqlarının və “Gün...