İQTİSADİ
A- A A+

SOCAR-ın AMEA ilə əməkdaşlığı çərçivəsində

2019-06-14 22:40:47

SOCAR-AMEA əməkdaşlığı çərçivəsində Yüksək Texnologiyalar Parkında müxtəlif təyinatlı sürtkü yağları və digər istehlak məhsulları istehsal olunur

Bu gün SOCAR-ın prezidenti Rövnəq Abdullayev və Şirkət rəhbərliyinin nümayəndələri AMEA Yüksək Texnologiyalar Parkında olmuşlar. Azərbaycan Milli Elmlər Akademiyasının prezidenti akademik Akif Əlizadə bildirib ki, Yüksək Texnologiyalar Parkı Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 8 noyabr 2016-cı il tarixli Sərəncamı ilə yaradılıb və burada müxtəlif təyinatlı innovativ müəssisələr fəaliyyət göstərir.

SOCAR rəhbərliyi ilk növbədə AMEA Strateji Elmi Analitik Sınaq Mərkəzinin fəaliyyəti ilə tanış olmuş, daha sonra “AMEA Təcrübə – Sənaye Zavodu” və “Millers Oils Azerbaijan” Məhdud Məsuliyyətli Cəmiyyətlərində istehsal prosesi və hazır neft məhsullarına baxış keçirmişdir. “Millers Oils Azerbaijan” və “AMEA Təcrübə - Sənaye Zavodu” SOCAR ilə əməkdaşlıq çərçivəsində öz xammal təchizatının bir hissəsini Heydər Əliyev adına Neft Emalı Zavodunun vasitəsi ilə həyata keçirir. Azərbaycanda yüksək keyfiyyətli sürtkü yağları, antikorroziya vasitələri, dizel mühərrik yağları, transmissiya yağları, yanacaq qatqıları, qazma məhlulları kimi müxtəlif çeşidli məhsulları istehsal edən MMC-lər bununla SOCAR-ın dəyər zəncirinin son istehlak məhsullarına çevrilməsində iştirak edirlər.

Daha sonra SOCAR-ın rəhbər heyəti AMEA Strateji Elmi Tədqiqatlar Mərkəzinin pilotsuz uçuş aparatları və hərbi yönümlü innovasiya məhsulları ilə tanış olublar. Görüşün sonunda AMEA Yüksək Texnologiyalar Parkının əsas inzibati binasında dəyirmi masa ətrafında gələcək əməkdaşlığın təşkili, kadr və təcrübə mübadiləsinin aparılması ilə bağlı müzakirə aparılıb.

Qeyd edək ki, AMEA-nın təşəbbüsü ilə qurulmış və beynəlxalq akkreditasiyadan keçmiş Yüksək Texnologiyalar Parkının əsas hədəfləri Azərbaycanda iqtisadiyyatın davamlı inkişafına töhfə vermək, iqtisadiyyatımızın ümumi rəqabət qabiliyyətini artırmaq, habelə müasir elmi və texnoloji nailiyyətlərə, yüksək texnologiyalara əsaslanan istehsalat müəssisələrinin fəaliyyəti üçün münbit şərait yaratmaqdır. Yüksək Texnologiyalar Parkının rezidentləri müxtəlif çeşidli sürtkü materiallarından əlavə həm də elektronika, avtomatika, proqram təminatı, dron və digər elektron cihazlarını istehsal edir. Parkda dünya standartlarına cavab verən yeni nəsil pilotsuz uçuş aparatlarının istehsalı artıq təkmilləşdirilib, perspektivdə çoxfunksiyalı dronların istehsalı nəzərdə tutulu

Fact-info.az


Kateqoriya : İQTİSADİ Baxış sayı : 378

QHT və MEDİA

2019-11-15 09:10:51

QHT və MEDİA
UNESCO-da ölkəmizin bu quruma verdiyi tö...
UNESCO-da ölkəmizin bu quruma verdiyi tö...

Mədəniyyətlərarası dialoqun təşviqi sahəsində Azərbaycan UNESCO-nun əsas tərə...

2019-11-14 18:30:59

QHT və MEDİA
Şuranın dəstəyi ilə yaradılan grant.az s...
Şuranın dəstəyi ilə yaradılan grant.az s...

Tədbirdə dövlət qurumlarının nümayəndələri , QHT rəhbərləri və media əməkdaşl...

CƏMİYYƏT

2019-11-14 10:20:06

CƏMİYYƏT
Daşkənddə rus tarixçinin “Qarabağ münaqi...
Daşkənddə rus tarixçinin “Qarabağ münaqi...

Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin (AMM) lay...

2019-11-12 09:45:14

CƏMİYYƏT
Konstitusiyamız və milli ideologiyamız...
Konstitusiyamız və milli ideologiyamız...

Müstəqil Azərbaycan Respublikasının ilk Konstitusiyasının qəbul edilməsindən ...

İQTİSADİ

2019-11-13 10:20:32

İQTİSADİ
Vyanada Azərbaycan turizminin təqdimatı ...
Vyanada Azərbaycan turizminin təqdimatı ...

Dövlət Turizm Agentliyi, Azərbaycan Turizm Bürosu, Azərbaycan Mədəniyyət Mər...

2019-11-11 10:20:07

İQTİSADİ
Azərbaycanın nəqliyyat infrastrukturu və...
Azərbaycanın nəqliyyat infrastrukturu və...

Azərbaycanın nəqliyyat infrastrukturu və siyasi sabitliyi "Bir kəmər, bir yol...