QHT və MEDİA
A- A A+

Azay Quliyev: "Bölgədə həll olunmayan münaqişələrlə bağlı yaranan hazırkı gərgin vəziyyətin bir sıra səbəbləri var"

2019-06-12 11:30:45

.

Heç kim üçün sirr deyil ki, soyuq müharibənin başa çatması beynəlxalq gərginliyin zəifləməsinə və yeni yaranmış münaqişələrin tezliklə həll ediləcəyinə olan kövrək ümidləri doğrultmadı, əksinə, dünyada xüsusi ilə ATƏT ərazisində dövlətlərarası münaqişələr alovlanmağa, beynəlxalq terrorçuların, silahlı ekstremistlərin, separatçıların fəaliyyəti daha geniş vüsət almağa, məcburi köçkün və qaçqınların, qanunsuz miqrasiyanın sayı kəskin artmağa başladı və bu neqativ hal indi də davam etməkdədir.

Trend-in məlumatına görə, bunu Milli Məclisin deputatı, ATƏT Parlament Assambleyasının vitse-prezidenti Azay Quliyev "Dialoq və Əməkdaşlıq üzrə Bakı Parlament Platforması"nın təsis konfrasında deyib.

O bildirib ki, sülhün, kollektiv təhlükəsizliyin və əməkdaşlığın qarantı rolunda çıxış edən, ölkələr üçün davranış qaydaları və öhdəlikləri müəyyənləşdirən beynəlxalq hüququn böhranı aşkar şəkildə özünü büruzə verir:

"Təəssüflər olsun ki, bizim region da uzun müddətdir ki, bu cür problemlər və təhdidlərlə üz-üzə qalıb, bütün cəhdlərə baxmayaraq, ATƏT ərazisindəki, xüsusilə də Cənubi Qafqazdakı münaqişələr öz həllini tapmayıb, sülh və təhlükəsizlik bu bölgədə hələ də təmin olunmayıb. Bu isə yeni fəlakətlərə, daha təhlükəli və dağıdıcı nəticələr doğuran qarşıdurmalara gətirib çıxara bilər ki, bu da bizi, xüsusilə də beynəlxalq ictimaiyyəti narahat etməlidir".

A.Quliyev qeyd edib ki, bölgədə həll olunmayan münaqişələrlə bağlı yaranan hazırkı gərgin vəziyyətin bir sıra səbəbləri var: "Bu səbəblərdən biri də geosiyasi maraqların bu regionda kəskin toqquşması, problemin həllinə yönəlik təşəbbüslərin monopoliyada saxlanmaq cəhdi və beləliklə, bir sıra regional və qlobal oyunçuların sülh yaratma missiyasından kənarda qalmasıdır. Bu isə region dövlətləri və xalqlarına yaxşı heç nə vəd etmir. Ona görə də düşünürəm ki, mövcud çağırışların birgə həlli, regionda sülh və təhlükəsizliyin bərqərar olması naminə beynəlxalq təşkilatların, regional və qlobal güclərin əməkdaşlıq və dialoq imkanlarının genişləndirilməsinə, bu istiqamətdə yeni yanaşmalara və təşəbbüslərə ciddi ehtiyac var. Bu baxımdan ATƏT PA-nın iştirakı ilə Regional Təhlükəsizlik və Əməkdaşlıq üzrə Parlament konfransının Bakıda keçirilməsinin, Almaniya, Türkiyə və Azərbaycandan olan parlamentarilərin ilk dəfə olaraq belə formatda bir araya gələrək regionu narahat edən məsələləri müzakirə etməyə başlamasının çox böyük əhəmiyyəti və perspektivi var".


Kateqoriya : QHT və MEDİA Baxış sayı : 543

QHT və MEDİA

2020-03-31 08:25:41

QHT və MEDİA
Fərasət Qurbanov: QHT-lər ən çətin məqam...
Fərasət Qurbanov: QHT-lər ən çətin məqam...

QHT-lər hər zaman Cənab Prezidentin çağırış və tövsiyələrinə dəstək verib, ən...

2020-03-29 18:55:57

QHT və MEDİA
Səfir: Saxta “erməni soyqırımı” mövzusun...
Səfir: Saxta “erməni soyqırımı” mövzusun...

Erməni millətçi dairələrinin Azərbaycan xalqına qarşı törətdikləri soyqırımı ...

CƏMİYYƏT

2020-03-30 14:00:00

CƏMİYYƏT
Milli həmrəyliyimiz, məsuliyyətli davran...
Milli həmrəyliyimiz, məsuliyyətli davran...

Bu barədə QHT.az-a Sosial Rifah və Tədqiqatlar İctimai Birliyinin sədri Əkrəm...

2020-03-21 10:05:33

CƏMİYYƏT
TRT Hacı Zeynalabdin Tağıyevə həsr edilm...
TRT Hacı Zeynalabdin Tağıyevə həsr edilm...

Türkiyənin “TRT AVAZ” televiziya kanalında yayımlanan “Köklərin izində” sənəd...

İQTİSADİ

2020-03-23 12:10:28

İQTİSADİ
Könül Nurullayeva: Azərbaycan Prezidenti...
Könül Nurullayeva: Azərbaycan Prezidenti...

Fevralın 9-da Milli Məclisə keçirilən seçkilər Azərbaycanda demokratik dəyərl...

2020-03-17 11:00:35

İQTİSADİ
Hazırkı vəziyyət Rəqabət Məcəlləsinin qə...
Hazırkı vəziyyət Rəqabət Məcəlləsinin qə...

Artıq iqtisadi strukturlarda baş verən dəyişikliklər Rəqabət Məcəlləsinə qəbu...