İQTİSADİ
A- A A+

Strateji layihəyə həsr olunan beynəlxalq konfrans keçirilib

2019-06-12 09:35:36

.

Bakı Sərgi Mərkəzində işə başlayan “TransCaspian 2019” və “Road & Traffic 2019” sərgiləri çərçivəsində iyunun 11-də “Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutu” mövzusunda konfrans keçirilib.

Konfransda çıxış edən TRACECA Hökumətlərarası Komissiyasının milli katibi Akif Mustafayev cari ilin birinci rübündə TRACECA koridoru üzrə yükdaşımalar sahəsində Azərbaycanın gəlirləri 4,3 faiz artdığını deyib.

“Bugünədək TRACECA tərəfindən 76 layihə həyata keçirilib. Bu ilin birinci rübündə ötən ilin müvafiq dövrü ilə müqayisədə TRACECA koridoru üzrə yükdaşımalara dair Azərbaycanın gəlirləri 4,3 faiz artaraq 156,4 milyon manat təşkil edib”, - deyə A.Mustafayev bildirib.

Azərbaycan Respublikasının Tranzit Yükdaşımalar üzrə Koordinasiya Şurasının katibi Rüfət Bayramov deyib ki, Gəncədə və “Qırmızı Körpü” ərazisində logistik mərkəzlərin qurulması nəzərdə tutulur.

Ölkəmizdəki mövcud logistik mərkəzlərin əhəmiyyətini vurğulayan R.Bayramov gələcəkdə bu mərkəzlərin sayının artacağını bildirib: “Gələcəkdə Gəncədə və “Qırmızı Körpü” ərazisində logistik mərkəzlərin qurulması planlaşdırılır. Hər bir bölgəyə uyğun olaraq regionlarda tranzit və logistika mərkəzləri qurulacaq. Artıq Ələtdə belə bir azad ticarət zonası qurulub”.

“Şimal-Cənub və Şərq-Qərb nəqliyyat dəhlizləri artıq sinxronlaşdırılıb. Şimal-Cənub dəhlizi artıq daha intensiv işləyir”, - deyə o əlavə edib.

“Azərbaycan Dəmir Yolları” QSC-nin Tarif siyasəti və marketinq üzrə şöbə rəisi Əli Qasımov isə bildirib ki, Ləki-Qəbələ dəmir yolu xəttinin çəkilməsi üçün torpaq yatağının qurulması ilə bağlı işlər ilin sonunadək yekunlaşacaq.

Onun sözlərinə görə, Ləkidən Qəbələ Hava Limanına qədər olan ərazidə torpaq yatağının qurulması ilə bağlı işlər tamamlanmaq üzrədir: “Belə ki, ilin sonuna kimi bu işlər tam yekunlaşacaq. Dəmir yollarının çəkilməsi isə gələn ilin ortalarına qədər çəkəcək. Bununla yanaşı, “Stadler” şirkətinə məxsus qatarların bu xətdə də istifadəsi planlaşdırılır”.

Xatırladaq ki, 2018-ci ildə Prezident İlham Əliyev Ləki-Qəbələ dəmir yolu xəttinin tikintisi ilə bağlı tədbirlər haqqında Sərəncam imzalayıb.

Konfransda aparıcı mütəxəssislər beynəlxalq nəqliyyat marşrutlarının inkişaf perspektivlərini və optimallaşdırma yollarını, eləcə də Azərbaycanın beynəlxalq ticarətdə oynadığı rolu müzakirə ediblər.

Tədbirin sessiyaları çərçivəsində “İpək yolunun bərpası və dövlətlər arasında ticarət əlaqələrinin inkişafında əhəmiyyəti”, “Azərbaycanda logistika şəbəkəsinin inkişaf strategiyası”, “Beynəlxalq nəqliyyat dəhlizləri üzrə yük axınının optimallaşdırılması” mövzuları müzakirə olunub.


Kateqoriya : İQTİSADİ Baxış sayı : 195

QHT və MEDİA

2019-08-19 11:45:38

QHT və MEDİA
ABŞ Çernobıl faciəsi ilə bağlı DƏHŞƏTLİ ...
ABŞ Çernobıl faciəsi ilə bağlı DƏHŞƏTLİ ...

Fact-info.az Publika.az-a istinadən xəbər verir ki, bu haqda Milli Təhlükəsiz...

2019-08-19 09:15:10

QHT və MEDİA
Azərbaycanın diplomatik xidmət orqanları...
Azərbaycanın diplomatik xidmət orqanları...

Azərbaycanın Braziliyadakı səfirliyinin təşkilatçılığı və UNESKO üzrə Azərbay...

CƏMİYYƏT

2019-08-17 11:20:15

CƏMİYYƏT
Dünyanı fəth edən ecazkar səs
Dünyanı fəth edən ecazkar səs

Hər bir bəşər övladının ölümündən sonrakı vaxt axarında böyük bir boşluq yara...

2019-08-14 16:15:54

CƏMİYYƏT
Nəsimi haqqında “Son gecə” filmi çəkilib...
Nəsimi haqqında “Son gecə” filmi çəkilib...

AzTV-nin Sosial media və ictimaiyyətlə əlaqələr şöbəsindən Modern.az-a verilə...

İQTİSADİ

2019-08-19 12:05:41

İQTİSADİ
Yeddi ayda 45 milyard manatadək ümumi da...
Yeddi ayda 45 milyard manatadək ümumi da...

Dövlət Statistika Komitəsindən bildirilib ki, bu dövrdə informasiya və rabitə...

2019-08-18 08:05:57

İQTİSADİ
Xəzər İqtisadi Forumu: perspektivli yeni...
Xəzər İqtisadi Forumu: perspektivli yeni...

2018-ci ildə Xəzərin hüquqi statusu ilə bağlı sənədlər qəbul ediləndən sonra ...