QHT və MEDİA
A- A A+

Sanki Qarabağın, Ağdamın axtarşındayıq

2019-06-11 16:05:01

.

Ramazan bayramı ilə bağlı bayramlaşma zamanı dostlarımdan biri “son vaxtlar yazılarına rast gəlmirəm, nə olub”,- deyə soruşdu. Bu da bir həqiqət idi ki, son vaxtlar Qarabağa, xüsusən də doğma Ağdamıma az-az gedirəm.

Bir az yorğun olduğumu söyləyib “sanki həyat eşqimin qeybə çəkilməsi səbəbindən yazmağa əlim gəlmir”,-deyə cavab verdim.

Etiraf etməliyəm ki, ciddi araşdırma aparılası məqamlar çoxdur. Ağdamın teatr mədəniyyətiylə bağlı bütün elmi-nəzəri mənbələri, materialların surətlərini çətinliklə əldə edib toplamışam. Bu gün Ağdamla bağlı geniş bir məqalələr toplusu, Çörək muzeyi ilə bağlı tədqiqatın yenilənmiş və əlavələr edilmiş hissəsi çapa hazır vəziyyətddədir.

Hətta dünyada ikinci olan Ağdam Çörək Muzeyinin bərpasıyla bağlı bütün yazışmalar da aparılmış, razılıqlar verilmişdi. Lakin dövlət və icra strukturları maliyyə tələb edən muzeyin bərpası işini kiminsə üstünə atmaq istəyirmişlər kimi göründü.

Deməliyəm ki, bu gün tək Çörək Muzeyi ilə bağlı min bir əzab-əziyyətlə topladığım 180-ə yaxın qiymətli eksponat əldə etmişəm. Dəyərli və təkrarsız. On ildən sonra yox, indidən o eksponatlara dəyər verməyin vaxtı çatmayıbmı?

Gənc, böyüməkdə olan nəslə Ağdam və Qarabağın tarixi və dəyəri haqqında bilgiləri verməliyik. Sərgiləməliyik. Həm də təkcə muzeyin bərpası açığı, elə də böyük maliyyə tələb etmir. Xaricdən valyuta ilə dəvət edilən estrada müğənnisinə verilən qonararın onda biri də kifayət edər... Nə isə...

Hörmət etdiyim şəxsin telefon danışığından düşünmək olardı ki, Ağdam eşqi, Qarabağ eşqi hələ ki unudulmayıb. Amma...

Bu gün Ağdamsız, Qarabağsız böyüyən gəncin artıq 26 yaşı olur. Və ən azı gərgin illərdə də on yaşın olmalıydı ki, köçkün həyatını, doğma torpaqların ab-havasını dərindən sinəyə çəkib, ürəkdən“oxayy” demiş olaydın. Demək, o torpaqların zənginliyini, qiymətini bilmək istəyində olan şəxsin bu gün minimum 36 yaşı olmalıdır.

Bununla nəyi demək istərdim. Hər birimiz hansısa formada yerləşmişik. Birinə Allah bir qapı açıb, digərini dövlətimiz şərait yaradıb. Yəni hazırda heç kim acından olmür, əli-ayağı yer tutan hər kəs özünə müəyyən şərait yaradıb. İçi özüm qarışıq.

Ancaq nə isə çatmır, çatışmır. Yeri gələndə özümüzü artist yerinə qoysaq da, alınmır. Bu itkini heç nə nə ilə bərpa etmək olmur, o torpaqların yerini heç nə vermir.

Yadımdadı, rəhmətlik Allahverdinin restoranında yediyim çolpa supunun dadını ötən il Şamaxıda, Pirquluda tapa bildim, o da tam yox.

Hər birimiz axtarışdayıq. O torpaqların axtarışında, o yerlərin dadının-tamının axtarışında. Ağdamın, Şuşanın, Qarabağın axtarışında.

Sözsüz ki, torpaqlar da qayıdacaq, nə vaxtsa.

İstərdim biz o xoşbəxt günü görək, quruculuğunda yaxından iştirak edək. Ancaq o illərdəki xatirələrin bərpası, o illərdəki səmimiyyəti qaytara biləcəyikmi?

Təki torpaqlarımızı qaytara bilək, nə qədər ki unutmamışıq...

Vüqar Tofiqli


Kateqoriya : QHT və MEDİA Baxış sayı : 189

QHT və MEDİA

2019-07-20 07:45:42

QHT və MEDİA
UNUDULMUŞ ŞƏHİD MƏZARLARI 1990-1997
UNUDULMUŞ ŞƏHİD MƏZARLARI 1990-1997

Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına...

2019-07-18 14:25:20

QHT və MEDİA
Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəst...
Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəst...

Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dö...

CƏMİYYƏT

2019-07-19 08:40:08

CƏMİYYƏT
Akademik Azərbaycan Xalq Cümhiriyyətini...
Akademik Azərbaycan Xalq Cümhiriyyətini...

Azərbaycan Respubliksının Prezidenti İlham Əliyevin 27 may 2019-cu il tarixli...

2019-07-16 08:20:48

CƏMİYYƏT
Müharibə şəraitində mediamız
Müharibə şəraitində mediamız

Ancaq bəzi məqamları diqqətsiz buraxmaq olmur. Ümumiyyətlə, jurnalistikanın ...

İQTİSADİ

2019-07-17 08:50:31

İQTİSADİ
100,6 milyard dollar investisiya yatırıl...
100,6 milyard dollar investisiya yatırıl...

Energetika Nazirliyindən bildirilib ki, Energetika naziri Pərviz Şahbazov ADA...

2019-07-16 09:25:35

İQTİSADİ
Aİ-Azərbaycan: strateji tərəfdaşlığın ak...
Aİ-Azərbaycan: strateji tərəfdaşlığın ak...

Bir sıra ekspertlər son zamanlar Avropa İttifaqı-Azərbaycan münasibətlərində ...