SİYASƏT
A- A A+

XİN: "Bütün məsuliyyət Ermənistan tərəfinin üzərinə düşür"

2019-06-11 10:40:31

“Fikrimizcə, düşmən qüvvələrin düşərgəsində kim kimi idarə edir məsələsində böyük qarışıqlıq mövcuddur. Aydındır ki, Ermənistan rəhbərliyi yalan bəyanatlar verməklə məsuliyyətdən yayınmağa çalışır”

APA xəbər verir ki, bu fikirləri Xarici İşlər Nazirliyinin mətbuat katib Leyla Abdullayeva bildirib.

O, qeyd edib ki, Ermənistanın müdafiə naziri isə Azərbaycan hərbi qulluqçusunu məhv etmək əmrini yerinə yetirənləri şəxsən mükafatlandırmaqla ölkəsinin işğalçı dövlət olduğunu etiraf etmiş olur:

“Bu, Ermənistan silahlı qüvvələrinin Azərbaycan ərazilərinin işğalında bilavasitə iştirak etdiyinin bariz sübutudur. Ermənistan müdafiə nazirinin bu hərəkəti, həmçinin bu ölkənin beynəlxalq vasitəçiləri aldatdığını və onlara hörmətsizlik etdiyini açıq şəkildə nümayiş etdirir”.

L.Abdullayeva xatırladıb ki, ATƏT-in Minsk Qrupunun həmsədrlərinin bölgəyə səfəri zamanı Ermənistan silahlı qüvvələri snayper atəşi ilə qanlı təxribat törədib və bölgə səfəri ilə bağlı həmsədrlərin bəyanatından bir-neçə gün sonra Ermənistan yenidən qanlı cinayətə əl atıb:

“Təəssüflə qeyd etmək istərdik ki, məhz Ermənistanın məsuliyyətsiz davranışı nəticəsində bölgə yüksələn gərginlik astanasındadır. Ermənistanda müharibə tərəfdarlarının törətdiyi bu təxribatlar münaqişənin həlli üzrə aparılan danışıqların mahiyyətinə zərbə vurmaq cəhdidir. Bir daha vurğulayırıq ki, hadisələrin bu istiqamətdə inkişafının bütün məsuliyyəti Ermənistan tərəfinin üzərinə düşür”.


Kateqoriya : SİYASƏT Baxış sayı : 375

QHT və MEDİA

2019-12-04 20:55:38

QHT və MEDİA
Birinci vitse-prezident Mehriban Əliyeva...
Birinci vitse-prezident Mehriban Əliyeva...

Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyeva dekabrın...

2019-12-04 09:55:35

QHT və MEDİA
"Parlament seçkilərinin keçirilməsi təkl...
"Parlament seçkilərinin keçirilməsi təkl...

Yeni AZƏRBAYCAN partiyası (YAP) parlamentdə təmsil olunan üzvlərinə parlament...

CƏMİYYƏT

2019-12-04 10:50:22

CƏMİYYƏT
Elxan Ələsgərov: Erməni nazir Rusiyaya q...
Elxan Ələsgərov: Erməni nazir Rusiyaya q...

Yerevanda İordaniyanın xarici işlər və miqrantlarla iş üzrə naziri Ayman Safa...

2019-12-02 12:05:29

CƏMİYYƏT
Klassik irsimizin zirvəsi
Klassik irsimizin zirvəsi

Əsərləri klassik Azərbaycan poeziyasının incilərindən sayılan Mirzə Şəfi Vaze...

İQTİSADİ

2019-12-02 09:45:15

İQTİSADİ
Ukrayna Analitik Mərkəzinin rəhbəri: TAN...
Ukrayna Analitik Mərkəzinin rəhbəri: TAN...

Bu gün dünyada aktual olan məsələlərdən biri enerji təhlükəsizliyidir. Bu bax...

2019-11-28 18:05:33

İQTİSADİ
Beynəlxalq Maliyyə İnstitutları Azərbayc...
Beynəlxalq Maliyyə İnstitutları Azərbayc...

Avropa Yenidənqurma və İnkişaf Bankının (AYİB) noyabrda açıqladığı “2019-2020...