SOSİAL
A- A A+

“Azərbaycan Televiziya və Radio Verilişləri” QSC-nin nəzdində Bədii Şuranın növbəti iclası olub

2019-06-11 09:00:46

“Azərbaycan Televiziya və Radio Verilişləri” (AzTV) Qapalı Səhmdar Cəmiyyətinin (QSC) nəzdində Bədii Şuranın növbəti iclası keçirilib.

AzTV-nin Sosial media və ictimaiyyətlə əlaqələr şöbəsindən AZƏRTAC-a bildiriblər ki, iclasda QSC-nin sədri vəzifəsini icra edən Rövşən Məmmədov Şuranın ötən ay keçirilən son iclasından indiyə qədər görülən işlər barədə məlumat verib. Bildirib ki, bu müddətdə AzTV-də “Gənclik stansiyası” adlı gəncləri əhatə edən mövzularla bağlı yeni formatda daha bir veriliş start götürüb. Bundan başqa, “Nəsimi ili” çərçivəsində “Mədəniyyət” TV-də Qiraət müsabiqəsi başa çatıb.

Qeyd edilib ki, yaxın zamanda daha iki yeni layihəyə start veriləcək. Bunlardan biri hərbi vətənpərvərlik mövzusunda, tamamilə yeni formatda “Vətənə xidmət” tok-şousudur. Tok-şou hərbi çadırdan yayımlanacaq. Digəri isə Əməkdar artist, şoumen Bəhram Bağırzadənin təqdimatında “Bəhram+” telelayihəsi olacaq.

İclasda çıxış edən Şura üzvləri - Xalq artistləri Mübariz Tağıyev, Mənsum İbrahimov, şair Baba Vəziroğlu, Əməkdar incəsənət xadimi, modelyer Fəxriyyə Xələfova, Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin rektoru Ceyran Mahmudova, bəstəkar Faiq Şücəddinov və digərləri son aylar Azərbaycan Televiziyasında aparılan islahatları və yenilikləri təqdir edib, ictimaiyyətin təşəkkürlərini çatdıraraq təkliflərini səsləndiriblər. Təkliflər ədiblərin yaradıcılığından ibarət yeni formatda verilişin, axşam şousu tipli yeni verilişin hazırlanması, canlı verilişlərin, musiqili verilişlərin sayının artırılması, aparıcılar və sair ilə bağlı olub.

Fransadan səfərdən qayıdan Şura üzvü, Xalq artisti Fidan Hacıyeva bu ölkədə yaşayan azərbaycanlıların son aylar AzTV-də baş verən yeniliklərlə bağlı təşəkkürlərini çatdırıb.

Sonra yaradıcı və texniki sahədə yeniliklərdən, qarşıda duran məsələlərdən danışılaraq Şura üzvlərinin təklifləri əsasında qərarlar qəbul edilib. Yaradıcı heyətdə kadrların daha da yenilənməsi istiqamətində Mədəniyyət və İncəsənət Universiteti ilə sıx əməkdaşlıq barədə də qərar qəbul edilib. Həmçinin qərara alınıb ki, Bədi Şuranın nəzdində qurumda təmsil olunan aidiyyəti şəxslərdən ibarət musiqi qrupu da yaradılsın.


Kateqoriya : SOSİAL Baxış sayı : 349

QHT və MEDİA

2019-08-24 08:00:14

QHT və MEDİA
Əliməmməd Nuriyev: “Ermənilərin avantüri...
Əliməmməd Nuriyev: “Ermənilərin avantüri...

Ermənistan KİV-in məlumatına görə, Ermənistan hökuməti qondarma Dağlıq Qaraba...

2019-08-24 07:40:00

QHT və MEDİA
Dinlərarası və Sivilizasiyalarası Əməkda...
Dinlərarası və Sivilizasiyalarası Əməkda...

Mərkəzdən APA-ya daxil olan bəyanatda bildirilir ki, bu il Birləşmiş Millətlə...

CƏMİYYƏT

2019-08-23 07:40:56

CƏMİYYƏT
Soyqırımdan bəhs edən və ingilis dilində...
Soyqırımdan bəhs edən və ingilis dilində...

Onu da qeyd edək ki, filmin ssenari müəllifi Əkrəm Bəydəmirli, məsləhətçi Ni...

2019-08-20 21:55:46

CƏMİYYƏT
Pakistan mətbuatı Azərbaycandan yazdı...
Pakistan mətbuatı Azərbaycandan yazdı...

Jurnalda dərc olunan məqalədə Azərbaycan xalqının uzun sürən azadlıq arzuları...

İQTİSADİ

2019-08-21 09:00:05

İQTİSADİ
Altı ayın uğurları: Azərbaycan liderliyi...
Altı ayın uğurları: Azərbaycan liderliyi...

Məlum olduğu kimi, iyulun 31-də dövlət başçısının yanında bu ilin ilk altı ay...

2019-08-19 12:05:41

İQTİSADİ
Yeddi ayda 45 milyard manatadək ümumi da...
Yeddi ayda 45 milyard manatadək ümumi da...

Dövlət Statistika Komitəsindən bildirilib ki, bu dövrdə informasiya və rabitə...