CƏMİYYƏT
A- A A+

“Arşın mal alan” filmi ABŞ-da nümayiş olundu

2015-09-27 16:20:44

Dünya kinosunda sözünü demiş şəxslər “Arşın mal alan”ı yüksək qiymətləndirdilər

Azərbaycan kino sənətinin əvəzsiz incisi olan “Arşın mal alan” filmi Hollivudda nümayiş olunub.
Heydər Əliyevin “Arşın mal alan”la bağlı səsləndirdiyi fikirlər 2001-ci ilə təsadüf edir. Düz 14 il sonra filmin bərpa edilmiş və rənglənmiş versiyası Hollivudun ən qədim kinoteatrlarından olan, tarixə ilk avtomatlaşdırılmış kinoteatr kimi düşmüş “Ricardo Montalban”da nümayiş olunur.
Azərbaycanın Los-Ancelesdəki baş konsulu Nəsimi Ağayev “Arşın mal alan”ın dünya kino sənaye mərkəzidən tarixi nümayişinin Üzeyir Hacıbəylinin anadan olmasının 130, Rəşid Behbudovun 100 “Arşın mal alan” filminin isə 70 illiyinə həsr olunduğunu söylədi.
Fimin bərpasını və rənglənməsini həyata keçərən Hollivud şirkətinin rəhbəri İqor Lopatonok, eləcə də vizual effektlər üzrə 2002-ci ildə Oskar mükafatı almış, “21 Ceyms Bond” filminin bərpasını həyata keçirmiş Prays Petel (Price Pethel) və "Sony Pictures", "Walt Disney Studios" kimi tanınmış kino-şirkətlərinin filmlərinın tərtibatçısı Ceyn Hiksin Azərbaycan kinosu barədə dedikləri də maraqlı idi. 
Dünya kinosunda söz demiş bu şəxslər “Arşın mal alan”ı, dünya mədəniyyəti üçün yüksək qiymətləndirdilər.
Filmi izləyənlər isə kinostudiyadan Azərbaycanla bağlı xoş təəssüratla ayrıldılar.
“Filmin nümayişi media tərəfindən də yaxşı qarşılandı. Bu münasibətlə filmin yaradıcılarını təqdim edirəm. 4 il bundan əvvəl amerikalı teatr truppasının azərbaycanlılarla birlikdə tamaşasına baxmışdım. Amma sırf azərbaycanlı musiqiçi və aktyorların ifasında baxmaq daha maraqlı oldu. Filmin konteksti çox maraqlıdı. Həm poetik, həm də tarixi baxımdan xoşum gəldi. Şadam ki, gəldim”, – deyə tamaşaçı Ceyn Uorli bildirib.
Ənn Broun sözlərinə görə, film çox möhtəşəm idi: “Filmi ailəmlə birlikdə izlədim.Azərbaycan mədəniyyəti çox gözəl idi. Hər şeyə görə təşəkkür edirəm”.
Beləliklə, “Arşın mal alan” sərhədləri aşaraq Amerikada da sevildi. (ANSTV)


Kateqoriya : CƏMİYYƏT Baxış sayı : 1009

QHT və MEDİA

2018-12-15 10:20:56

QHT və MEDİA
QHT hesabat-seçki toplantısı keçirib...
QHT hesabat-seçki toplantısı keçirib...

Yığıncağı Birliyin Qadınlar Şurasının sədri, Ümumi Yığıncağa hazırlıq məqsədi...

2018-12-14 10:20:57

QHT və MEDİA
Ukraynada Azərbaycanla bağlı beyin mərkə...
Ukraynada Azərbaycanla bağlı beyin mərkə...

Azərbaycanın Ukraynadakı səfirliyindən AZƏRTAC-a bildiriblər ki, bu günlərdə ...

CƏMİYYƏT

2018-12-14 19:20:47

CƏMİYYƏT
Leyla Əliyevanın bir qrup rusiyalı qadın...
Leyla Əliyevanın bir qrup rusiyalı qadın...

Bu yaxınlarda Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın ünvanı...

2018-12-08 11:05:14

CƏMİYYƏT
Azərbaycan Parlamenti necə yarandı
Azərbaycan Parlamenti necə yarandı

2018-ci il dekabr ayının 7-də Azərbaycanda parlamentarizmin tarixində əlamət...

İQTİSADİ

2018-12-12 08:45:08

İQTİSADİ
"Novo Nordisk" Dağlıq Qarabağ ərazisində...
"Novo Nordisk" Dağlıq Qarabağ ərazisində...

Danimarkanın dərman preparatları istehsalçısı olan "Novo Nordisk" şirkəti tər...

2018-12-06 18:25:31

İQTİSADİ
SOCAR modernləşmə proqramı üçün “Honeywe...
SOCAR modernləşmə proqramı üçün “Honeywe...

SOCAR Heydər Əliyev adına Neft Emalı Zavodunun modernizasiyası prosesində yük...