SOSİAL
A- A A+

AMEA Mərkəzi Elmi Kitabxanası 95 yaşında

2019-06-10 08:55:27

2019-cu il Mərkəzi Elmi Kitabxananın (MEK) yaradılmasının 95-ci ildönümüdür.

Eyni zamanda, 2014-cü ilin may ayında Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin və AMEA prezidenti, akademik Akif Əlizadənin iştirakı ilə açılışı olan AMEA-nın Mərkəzi Elmi Kitabxanasının yeni binasının istifadəyə verilməsinin 5 ili tamam olur.

Bununla əlaqədar tədbir MEK fəaliyyəti haqqında akademiya, oxucular və cəmiyyət qarşısında komanda hesabatı formatında keçirilib.

Tədbiri AMEA-nın prezidenti, akademik Akif Əlizadə açıb. Akademik çıxışında Prezident İlham Əliyevin Sərəncamına əsasən Mərkəzi Emi Kitabxananın yeni binasının 2011-ci ilin noyabrında təməlini qoyulduğunu xatırladıb. Zəngin tarixə malik elm və mədəniyyət ocağı olan Mərkəzi Elmi Kitabxananın, 5 ildir ki, müasir tərtibatda fəaliyyət göstərdiyini deyib. Qeyd edib ki, bu gün burada dünyanın tanınmış kitabxanalarının təcrübəsi tətbiq olunur. İki növbəli fəaliyyət göstərən kitabxanadan alim və mütəxəssislər, eləcə də digər oxucular geniş faydalana bilir.

Müasir kitabxananın ötən müddət ərzində səmərəli fəaliyyət göstərdiyini diqqətə çatdıran akademik Akif Əlizadə kitabxanaya dövlət qayğısından da danışıb, beynəlxalq təşkilatların kitabxana ilə əməkdaşlıq əlaqələri qurmağa maraqlı olduğunu bildirib. Çıxışının sonunda akademik Akif Əlizadə Mərkəzi Elmi Kitabxananın kollektivini yubiley münasibəti ilə təbrik edib, fəaliyyətində uğurlar diləyib.

Sonra çıxış edən AMEA-nın vitse-prezidenti, akademik İsa Həbibbəyli 95 yaşlı Mərkəzi Elmi Kitabxananın müasir mərhələsinə qədər keçdiyi tarixdən danışıb. Akademik İ.Həbibbəyli MEK-i dünyanın aparıcı kitabxanaları ilə müqayisə edib. MDB ölkələrinin elmi kitabxanaları arasında MEK-in ən müasir kitabxana olduğunu söyləyib. Natiq onu da bildirib ki, Mərkəzi Elmi Kitabxana akademik elmi təbliğ etməklə yanaşı, həm də ideoloji mərkəzdir. Qeyd edib ki, kitabxana milli maraqlara xidmət edir, burada dövlət əhəmiyyətli tədbirlər keçirilir.

Tədbirdə MEK-in direktoru Leyla İmanova ötən beş il ərzində görülən işlərdən danışıb. Bildirib ki, MEK üçün 5 ilin məramı kitabxananı akademik icmanın informasiya mərkəzinə çevirmək oldu: "MEK öz fəaliyyətini piramida formatında qurdu. İlk olaraq klassik kitabxana möhkəmləndirildi, fondlar və sənədləşmə nizamlandı, oxucuların sayı bütün ötən illərin kumulyativ sayını - 5500-ü ötdü, 1,5 milyon sənəddən ibarət fondda nadir kitabların sayı 17000-ə, İxtisas fondu 14000-ə, kolleksiyaların sayı 60-a çatdırıldı. Növbəti mərhələdə müasir standartlara cavab verən elektron xidmətlər, elektron kataloq, e-baza tətbiq edildi, MARC 21 formatlı rəqəmsal bazada sənədlərin sayı 16000-i keçdi. Piramidanın zirvəsində isə MEK-in "ilk"ləri kimi imza atdığı "Milli Rəqəmsal Yaddaş", "Vahid İdarəetmə Sistemi" və "İnformasiyanın kontent təhlükəsizliyi" adlı yeni təşəbbüslər və layihələr yer tutdu. Nəticədə Azərbaycanca Vikipediya 61-ci pillədən 49-a irəlilədi, məqalələrin sayı 150000-ə, elmiləşmiş MRY bazasında isə sənədlər 16000-ə çatdı".

MEK rəhbəri kitabxananın 2014-cü ildə növbəti 5 il üçün müəyyən etdiyi strateji hədəflərindən, əldə etdiyi nəticələrdən söz açıb. Bildirilib ki, MEK kitabxana fəaliyyəti və hesabatını kəmiyyət göstəricilərindən keyfiyyət göstəricilərinə yönəldib. Direktor 2019-cu ildə MEK-də keçirilən xarici ekspertizanı vurğulayaraq, kitabxananın fəaliyyətinin beynəlxalq meyarlara cavab verdiyini, bəzi layihələrinə isə dünyanın heç bir kitabxanasında rast gəlinmədiyini diqqətə çatdırıb. L.İmanova kitabxananın təkcə ölkəmizdə deyil, xaricdə də tanındığını, hazırladığı e-kataloqun UNESCO-nun, Vikipediyanın işlək modelinin İFLA-nın, hazırladığı rəqəmsal bazaların isə xarici kitabxanaların ehtiyaclarını qarşıladığını bildirib.

L.İmanova adı çəkilən layihələrin reallaşması üçün şərait yaratdığına görə ölkə başçısına, akademiya rəhbərliyinə, MEK tərəfdaşlarına, Azərbaycanın aparıcı kitabxanalarına, könüllülərə, media qurumlarına, ictimai təşkilatlara, diplomatik nümayəndəliklərə, eləcə də kitabxananın kollektivinin hər bir üzvünə təşəkkürünü bildirib.

Daha sonra tədbirdə MEK-in 5 illik fəaliyyətinə həsr olunmuş video-film nümayiş etdirilib. Video-hesabatda MEK-in qısa müddət ərzində yeni binaya köçürülməsindən, 18 yaşına çatmış bütün Azərbaycan vətəndaşları və xarici ölkələrin nümayəndələrinə açıq olan, iki növbədə çalışan kitabxananın fəaliyyətindən, geniş elmi elektron bazalara çıxışın təmin edilməsindən, MEK fondlarından, müxtəlif kolleksiyalardan, fondların ictimaiyyətə müntəzəm açıqlanmasından, Azərbaycan Mətbuat Şurası başda olmaqla ölkənin aparıcı mətbu orqanları, eləcə də digər təşklatlarla əməkdaşlığından, yerli və beynəlxalq miqyaslı tədbirlərdən bəhs olunub.

Tədbirdə Azərbaycan Mətbuat Şurasının sədri, millət vəkili Əflatun Amaşov, M.F.Axundov adına Azərbaycan Milli Kitabxanasının direktoru, professor Kərim Tahirli, Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsi nəzdində Prezident Kitabxanasının direktoru Mayıl Əhmədov, AMEA-nın Akademik Yusif Məmmədəliyev adına Neft-Kimya Prosesləri İnstitutunun direktoru, akademik Vaqif Abbasov çıxış edərək 2014-2019-cu illərdə kitabxananın fəaliyyətini xarakterizə edən yeniliklərdən və uğurlardan danışaraq, əldə olunan yüksək nəticələrə görə MEK kollektivini təbrik ediblər.

MEK-in fəal oxucularından professor Tofiq Mustafazadə müəssisədə müasir tələblərə cavab verən yüksək xidmətdən və texnologiyalardan danışıb və bir oxucu kimi kitabxana heyətinə öz təşəkkürünü bildirib.

Tədbirdə, həmçinin, MEK-in bir qrup əməkdaşı AMEA-nın müxtəlif bölmələrinin fəxri fərmanları ilə təltif olunublar.

AMEA müəssisə və təşkilatlarının əməkdaşları, eləcə də digər təşkilatlardan nümayəndələrin iştirakı ilə keçirilən tədbir hesabatın müzakirəsi ilə davam edib.


Kateqoriya : SOSİAL Baxış sayı : 427

QHT və MEDİA

2019-12-13 08:45:11

QHT və MEDİA
Almaniya televiziyası erməni mafiyasının...
Almaniya televiziyası erməni mafiyasının...

Fact-info.az trend-ə istinadən məlumat verir ki, müəllifləri Aksel Hemmerlinq...

2019-12-12 17:30:24

QHT və MEDİA
Azərbaycan Milli Radiosunda uşaq proqram...
Azərbaycan Milli Radiosunda uşaq proqram...

11 dekabr - Beynəlxalq Uşaq Televiziya və Radio Günüdür.

Uşaq ailəni...

CƏMİYYƏT

2019-12-12 10:45:41

CƏMİYYƏT
Hikmət Şikarov: Azərbaycan xalqı Heydər...
Hikmət Şikarov: Azərbaycan xalqı Heydər...

Şübhəsiz ki, Azərbaycan xalqı və dövlətinin tarixin səhnəsində özünəməxsus ye...

2019-12-11 11:45:43

CƏMİYYƏT
Azərbaycanın dinamik inkişaf strategiyas...
Azərbaycanın dinamik inkişaf strategiyas...

Otuz beş ilə yaxın bir müddətdə Azərbaycanın taleyi dahi şəxsiyyət, görkəmli ...

İQTİSADİ

2019-12-10 20:15:07

İQTİSADİ
“The Jerusalem Post”: TANAP qaz kəməri A...
“The Jerusalem Post”: TANAP qaz kəməri A...

Azərbaycan özünün Cənub Qaz Dəhlizi meqalayihəsini uğurla davam etdirir. Azər...

2019-12-08 09:30:36

İQTİSADİ
“Abşeron” yatağı Azərbaycanın daxili təl...
“Abşeron” yatağı Azərbaycanın daxili təl...

Dekabrın 6-da SOCAR-ın prezidenti Rövnəq Abdullayev Fransanın TOTAL şirkəti...