SOSİAL
A- A A+

Qarabağ Müharibəsi Əlilləri, Veteranları və Şəhid Ailələri İctimai Birliyinin növbəti qrupu ilə görüş keçirilib

2019-06-09 09:15:29

İyunun 8-də Silahlı Qüvvələrin Təlim və Tədris Mərkəzində Qarabağ müharibəsi əlillərinin bir qrupu ilə görüş keçirilib.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, tədbirdə iştirak edən Müdafiə nazirinin müavini, general-leytenant Kərim Vəliyev nazirliyin rəhbərliyi adından veteranları salamlayıb. O bildirib ki, Qarabağ müharibəsi əlilləri, veteranları və şəhid ailələri ilə görüşlər Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin daim diqqət mərkəzindədir.

Azərbaycan Ordusunun əldə etdiyi nailiyyətlər, şəxsi heyətin döyüş hazırlığı və mənəvi-psixoloji vəziyyəti, ordu quruculuğu sahəsində həyata keçirilən islahatlar barədə məlumat verən nazir müavini deyib ki, ordumuz hər an Ali Baş Komandanın əmrlərinə hazırdır.

Tədbirdə qeyd olunub ki, ordu və cəmiyyət təmaslarının qurulmasının əsasını bu cür görüşlər təşkil edir. Müharibə əlilləri və veteranlarının, şəhid ailələrinin dövlət, xalq qarşısında böyük xidmətləri olduğu, bu kateqoriyadan olan vətəndaşlara cəmiyyətdə daim diqqət və qayğı göstərildiyi, onların dövlətin etibarlı sosial müdafiə sistemi ilə əhatə edildiyi də vurğulanıb.

General-leytenant Kərim Vəliyev bildirib: “Dövlətimizin ərazi bütövlüyünün müdafiəsi uğrunda döyüşlərdə fiziki sağlamlığını itirmiş vətəndaşların, hərbi xidmət dövründə vəzifə borclarını yerinə yetirərkən əlil olmuş şəxslərin sosial müdafiəsinin gücləndirilməsinin və rifah halının yaxşılaşdırılması Prezident İlham Əliyevin uğurlu sosial siyasətinin əsas istiqamətlərindən biridir. Siz Qarabağ döyüşlərində rəşadətlə vuruşmusunuz. Bütün bunlar isə hər zaman hərbi qulluqçularımıza nümunədir. Ali Baş Komandanımızın da dediyi kimi, müharibə zamanı şəhid olmuş, öz sağlamlığını itirmiş vətəndaşlarımız cəmiyyətin dəyərli insanlarıdır, bizim qəhrəmanlarımızdır. Biz sizinlə fəxr edirik”.

Azərbaycan Qarabağ Müharibəsi Əlilləri, Veteranları və Şəhid Ailələri İctimai Birliyinin sədri Mehdi Mehdiyev ölkəmizdə Qarabağ müharibəsi əlillərinə və şəhid ailələrinə göstərilən yüksək dövlət qayğısından danışıb. Ulu Öndərimiz tərəfindən əsası qoyulan bu siyasətin bu gün də dövlətimizin başçısı tərəfindən uğurla davam etdirildiyi bildirilib.

Digər çıxış edənlər işğal altındakı torpaqlarımızın azad edilməsi uğrunda Ali Baş Komandanın rəhbərliyi ilə döyüşməyə daim hazır olduqlarını bildiriblər. Göstərilən diqqət və qayğıya görə Azərbaycan Respublikasının Prezidentinə və Müdafiə Nazirliyinin rəhbərliyinə minnətdarlıq ifadə olunub.

Sonda tədbir iştirakçılarına Ali Baş Komandanın adından mükafatlar təqdim edilib. Vurğulanıb ki, veteranlarla bu cür görüşlər müxtəlif qruplar tərkibində mütəmadi olaraq keçiriləcək və onların problemlərinin həlli istiqamətində müxtəlif müzakirələr aparılacaq.


Kateqoriya : SOSİAL Baxış sayı : 307

QHT və MEDİA

2019-10-14 07:55:50

QHT və MEDİA
Fərid Şəfiyev: Məşhur terrorçuların qəhr...
Fərid Şəfiyev: Məşhur terrorçuların qəhr...

Təəssüf ki, Ermənistanda radikal və döyüşkən millətçilik mühitində siyasi və ...

2019-10-12 16:50:30

QHT və MEDİA
Rusiyalı siyasi ekspert: "Azərbaycan Pre...
Rusiyalı siyasi ekspert: "Azərbaycan Pre...

"Azərbaycan Prezidenti İlham Əliyev Qaragin Njde ilə bağlı çıxışında heç bir ...

CƏMİYYƏT

2019-10-10 07:10:35

CƏMİYYƏT
Kövrək duyğuların poetik ifadəsi
Kövrək duyğuların poetik ifadəsi

Mən bu qənaətə Şahrun Süleymanlının "Keçmişdə gəzinti" şeirlər toplusunu oxu...

2019-10-02 08:20:52

CƏMİYYƏT
Oljas Süleymanov azərbaycanlıları öz dər...
Oljas Süleymanov azərbaycanlıları öz dər...

“İnsanı əvvəl kitab, sonra məktəb tərbiyələndirir. İndi ədəbiyyat yaranmır. Ç...

İQTİSADİ

2019-10-10 08:35:55

İQTİSADİ
Azərbaycan qlobal rəqabət reytinqində ir...
Azərbaycan qlobal rəqabət reytinqində ir...

Azərbaycan qlobal rəqabət reytinqində irəliləyərək, 141 ölkə arasında 58-ci y...

2019-10-08 12:00:37

İQTİSADİ
Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasın...
Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasın...

Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının (TDƏŞ) Bakıda keçiriləcək Zirvə To...