MƏDƏNİ
A- A A+

"Oğuznamə dastanlarında qəhrəmanların tipologiyası" işıq üzü gördü

2019-06-08 08:15:33

.

AMEA-nın Nizami Gəncəvi adına Milli Azərbaycan Ədəbiyyatı Muzeyinin elmi işlər üzrə direktor müavini, filologiya üzrə elmlər doktoru, professor Xatirə Bəşirlinin "Oğuznamə dastanlarında qəhrəmanların tipologiyası" adlı monoqrafiyası çapdan çıxıb.

Əsər türk millətinin tarixini əks etdirən qəhrəmanlıq dastanlarının öyrənilməsi, millət olmağın necə və hansı şərtlərdə, hansı mübarizə və çətinliklərlə baş verdiyini göstərmək baxımından ən dəyərli epik mənbədir.

Türk millətinin dəyərli əsərlərindən biri olan Oğuznamələr tarix səhnəsinə Göytürk dönəmindən çıxan Oğuz boylarının özlərinin özləri haqqında gələcək nəsillərə miras qoyduqları ədəbi, folklorik, salnamə növlərində mövcud olan möhtəşəm abidədir.

Beş fəsildən ibarət olan əsərdə Oğuz dastanlarında alplıq, alp-ərənlik və qazilik tipologiyası baxımından qəhrəman, qəhrəman-antoqonist zidliyində düşmən obrazları, Oğuznamə dastanlarındakı dini-mifoloji obrazların tipologiyası, qadın qəhrəmanlar kimi mövzulara toxunulub.

Bundan əlavə, Oğuzların mifoloji inanışları, fəlsəfi dünyagörüşləri, ritualları, adət-ənənələri, bir-biri ilə münasibətləri, eləcə də psixologiyasına yer verilib.

Vəsait ali təhsil müəssisələrinin müəllim və tələbələri, magistrantlar, doktorantlar, elmi işçilər və geniş oxucu kütləsi üçün nəzərdə tutulub.


Kateqoriya : MƏDƏNİ Baxış sayı : 155

QHT və MEDİA

2019-06-14 07:00:21

QHT və MEDİA
Sərhədçilərimiz 5.1 km uzunluğunda dövlə...
Sərhədçilərimiz 5.1 km uzunluğunda dövlə...

Dövlət Sərhəd Xidmətinin mətbuat xidmətindən APA-ya verilən xəbərə görə, dövl...

2019-06-12 11:30:45

QHT və MEDİA
Azay Quliyev: "Bölgədə həll olunmayan m...
Azay Quliyev: "Bölgədə həll olunmayan m...

Heç kim üçün sirr deyil ki, soyuq müharibənin başa çatması beynəlxalq gərginl...

CƏMİYYƏT

2019-06-15 09:00:41

CƏMİYYƏT
Türk dünyasında milli mücadilə və ədəbiy...
Türk dünyasında milli mücadilə və ədəbiy...

Azərbaycan Milli Elmlər Akademiyasının Mərkəzi Elmi Kitabxanasında Nizami Gən...

2019-06-12 08:50:53

CƏMİYYƏT
Şanlı tarix: müstəqillik və inkişaf yolu...
Şanlı tarix: müstəqillik və inkişaf yolu...

28 May – Respublika Günü münasibətilə rəsmi qəbulda çıxışı zamanı Prezident İ...

İQTİSADİ

2019-06-14 22:40:47

İQTİSADİ
SOCAR-ın AMEA ilə əməkdaşlığı çərçivəsi...
SOCAR-ın AMEA ilə əməkdaşlığı çərçivəsi...

Bu gün SOCAR-ın prezidenti Rövnəq Abdullayev və Şirkət rəhbərliyinin nümayənd...

2019-06-13 18:40:16

İQTİSADİ
Yohannes Han: “Azərbaycan Avropanı Avras...
Yohannes Han: “Azərbaycan Avropanı Avras...

Fact-info.az-ın APA-ya istinadən xəbərinə görə, bunu Avropa İttifaqının Avrop...