SİYASƏT
A- A A+

"Həmsədrlərin Dağlıq Qarabağın azərbaycanlı icması ilə görüşü mandata uyğundur"

2019-06-08 08:00:17

Bu barədə XİN-dən məlumat verilib.

"Bununla bağlı qeyd etmək istərdik ki, bu belə formatda keçirilmiş ilk görüş deyil. Bu günədək həmsədrlər bölgəyə səfərləri çərçivəsində Dağlıq Qarabağın erməni icması ilə görüşdükləri kimi, azərbaycanlı icmanın nümayəndələri ilə də silsilə görüşlər keçiriblər. Burada təəccüblü heç bir şey yoxdur; bu həmsədrlərin mandatının bir hissəsini təşkil edir. Həmsədrlərin 1995-ci il tarixli mandatında qeyd edilir: “Həm-sədrlər öz fəaliyyətlərində ATƏT-in norma və prinsipləri, BMT Nizamnaməsi, ATƏM qərarları, o cümlədən 1992-ci il 24 mart Nazirlər Şurası qərarı və Budapeşt zirvə görüşü qərarları, eləcə də BMT TŞ-nin müvafiq qətnamələrini rəhbər tutacaqlar”. Həmsədrlərin bu ilin 9 mart tarixində verdikləri bəyanatlarında onların vasitəçiliyi ilə Yerevan və Bakı arasında aparılan təmaslarla yanaşı, maraqlı tərəflərlə də müzakirələrin davam etdirildiyi qeyd edilib.

Vurğulamaq istərdik ki, Dağlıq Qarabağın azərbaycanlı icmasının mövqeyi və digər məcburi köçkünlərlə yanaşı onların öz torpaqlarına geri qayıtması məsələsi hər zaman danışıqların bir hissəsini təşkil edib. Bu məsələ həmsədrlərin yuxarıda qeyd edilən bəyanatında da öz əksini tapıb və “bütün məcburi köçkünlərin və qaçqınların öz evlərinə geri qayıtması” danışıqların mühüm elementi qismində əks olunub. Birmənalı şəkildə qeyd etmək olar ki, ölkəmizin Dağlıq Qarabağ bölgəsinin azərbaycanlı icması danışıqların mühüm hissəsini təşkil edir.

Eyni zamanda, nəzərə almaq lazımdır ki, münaqişənin həlli üzrə danışıqlar ATƏT-in müvafiq qərarlarına uyğun olaraq Ermənistan və Azərbaycan arasında aparılır və bu yanaşma Minsk Qrupunun həmsədrləri tərəfindən də dəstəklənir.

Sonda, danışıqlar masasında hansı məsələlərin müzakirə edildiyini sorğu edənlərə çox sadə cavab verərək onları Minsk Qrupu həmsədrlərinin bu ilin 9 mart tarixli bəyanatı ilə tanış olmağa çağırırıq. O zaman bütün möhtəkirliyə son qoyulacaq".


Kateqoriya : SİYASƏT Baxış sayı : 216

QHT və MEDİA

2019-08-24 08:00:14

QHT və MEDİA
Əliməmməd Nuriyev: “Ermənilərin avantüri...
Əliməmməd Nuriyev: “Ermənilərin avantüri...

Ermənistan KİV-in məlumatına görə, Ermənistan hökuməti qondarma Dağlıq Qaraba...

2019-08-24 07:40:00

QHT və MEDİA
Dinlərarası və Sivilizasiyalarası Əməkda...
Dinlərarası və Sivilizasiyalarası Əməkda...

Mərkəzdən APA-ya daxil olan bəyanatda bildirilir ki, bu il Birləşmiş Millətlə...

CƏMİYYƏT

2019-08-23 07:40:56

CƏMİYYƏT
Soyqırımdan bəhs edən və ingilis dilində...
Soyqırımdan bəhs edən və ingilis dilində...

Onu da qeyd edək ki, filmin ssenari müəllifi Əkrəm Bəydəmirli, məsləhətçi Ni...

2019-08-20 21:55:46

CƏMİYYƏT
Pakistan mətbuatı Azərbaycandan yazdı...
Pakistan mətbuatı Azərbaycandan yazdı...

Jurnalda dərc olunan məqalədə Azərbaycan xalqının uzun sürən azadlıq arzuları...

İQTİSADİ

2019-08-21 09:00:05

İQTİSADİ
Altı ayın uğurları: Azərbaycan liderliyi...
Altı ayın uğurları: Azərbaycan liderliyi...

Məlum olduğu kimi, iyulun 31-də dövlət başçısının yanında bu ilin ilk altı ay...

2019-08-19 12:05:41

İQTİSADİ
Yeddi ayda 45 milyard manatadək ümumi da...
Yeddi ayda 45 milyard manatadək ümumi da...

Dövlət Statistika Komitəsindən bildirilib ki, bu dövrdə informasiya və rabitə...