SİYASƏT
A- A A+

Azərbaycan ərazilərinin işğalına son qoyulması davamlı inkişaf gündəliyinin regionumuzda icrası üçün başlıca şərtdir

2015-09-27 15:55:26

Azərbaycan ərazilərinin işğalına son qoyulması və məcburi köçkünlərin öz doğma evlərinə qayıtmasının təmin edilməsi davamlı inkişaf gündəliyinin regionumuzda icrası üçün başlıca ilkin şərtdir

Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, bu fikri nazir Elmar Məmmədyarov BMT-nin 2015-ci ildən sonrakı dövr üçün inkişaf gündəliyinin qəbul edilməsi üzrə zirvə toplantısında çıxış edərkən deyib.

BMT-nin 2015-ci ildən sonrakı dövr üçün inkişaf gündəliyi üzrə danışıqların uğurlu nəticəsini yüksək qiymətləndirən Elmar Məmmədyarov sürətlə inkişaf edən iqtisadiyyata malik ölkələrdən olan Azərbaycanın son illərdə əldə etdiyi mühüm uğurlardan danışıb. Bildirib ki, qlobal iqtisadi və maliyyə böhranlarına baxmayaraq, 2015-ci ilin birinci yarısında Azərbaycanda 5,7 faizlik iqtisadi artım qeydə alınıb, qeyri-neft sektorunda artım 9,2 faiz olub. Azərbaycan, Türkiyə, Yunanıstan, Albaniya və İtaliyanın enerji kəmərləri şəbəkəsini birləşdirəcək Trans-Anadolu və Trans-Adriatik təbii qaz kəmərləri və “Cənub” qaz dəhlizi, Bakı-Tbilisi-Ceyhan neft kəməri kimi enerji infrastrukturu layihələri ilə ölkəmiz qlobal bazarın ən mühüm oyunçularından biri olmağı bacarıb. Həmçinin Azərbaycan, Gürcüstan və Türkiyənin dəmir yolları sistemlərini əlaqələndirəcək Bakı-Tbilisi-Qars dəmir yolu xətti layihəsi və qədim “İpək Yolu”nu dirçəltməklə Şərq ilə Qərb arasında qısa və səmərəli əlaqəyə imkan verəcək yeni Bakı Beynəlxalq Dəniz Ticarət Limanı kimi strateji infrastruktur layihələrinin təşəbbüskarı olub.

Azərbaycanda vətəndaşlara ədalətli və səmərəli xidmətlər göstərilməsi məqsədilə Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin təsis olunduğunu qeyd edən nazir bildirib ki, bu qurum sammit tərəfindən qəbul edilmiş yeni davamlı inkişaf gündəliyinin məqsədlərinin əksəriyyətini artıq əhatə edir. Bu mütərəqqi modelin uğuru geniş tanınır və BMT-nin 2015-ci il İctimai Xidmətlər Mükafatı ilə təltif olunub.

Nazir bildirib ki, beynəlxalq inkişafa töhfə vermək niyyətinə sadiqliyimizə cəmiyyətimiz geniş şəkildə şərik çıxır. Azərbaycanda aparıcı qeyri-hökumət təşkilatı olan Heydər Əliyev Fondu bir sıra ölkələrdə çoxlu sayda sosial, humanitar və inkişaf layihələri həyata keçirib.

Elmar Məmmədyarov qeyd edib ki, biz mədəniyyətlərarası dialoqun, tolerantlığın və insanlar arasında anlaşmanın təşviqinə böyük əhəmiyyət veririk. Azərbaycan 2016-cı ildə BMT-nin Sivilizasiyalar Alyansının 7-ci qlobal forumuna ev sahibliyi etməyi planlaşdırır. Fəxr edirik ki, birinci Avropa Oyunları bu il Azərbaycanda keçirilib. Azərbaycan 2017-ci ildə IV İslam Həmrəylik Oyunlarına ev sahibliyi edəcək.

Sülhə və təhlükəsizliyə qarşı çağırışların inkişafa və əməkdaşlığa maneələrdən biri olduğunu və olmaqda davam etdiyini təəssüflə vurğulayan xarici işlər naziri bildirib ki, beynəlxalq hüquq və BMT Təhlükəsizlik Şurasının müvafiq qətnamələrini kobud şəkildə pozaraq Azərbaycan ərazilərinin 20 faizinin qonşu Ermənistan tərəfindən davam edən hərbi işğalı beynəlxalq sülhə və təhlükəsizliyə ciddi təhdid yaratmaqda davam edir. Ermənistan fundamental insan hüquqlarının kobudcasına pozulması yolu ilə işğal olunmuş Azərbaycan ərazilərində və Ermənistanın öz ərazisində bir milyon azərbaycanlı əhaliyə qarşı etnik təmizləmə siyasəti həyata keçirib. Nəticədə onlar qaçqın və məcburi köçkünə çevriliblər. Azərbaycan ərazilərinin işğalına son qoyulması və məcburi köçkünlərin öz doğma evlərinə qayıtmasının təmin edilməsi davamlı inkişaf gündəliyinin regionumuzda icrası üçün başlıca ilkin şərtdir.

 

 

 


Kateqoriya : SİYASƏT Baxış sayı : 995

QHT və MEDİA

2018-09-22 09:20:06

QHT və MEDİA
Ermənilər girov götürdükləri azərbaycanl...
Ermənilər girov götürdükləri azərbaycanl...

Trend-in məlumatına görə, bu barədə “Həsrət Yolu” Əsir və Girovlara Kömək İct...

2018-09-09 12:00:36

QHT və MEDİA
Bu parad türk dünyasına qardaşlıq və səm...
Bu parad türk dünyasına qardaşlıq və səm...

Bu tədbirin belə yüksək səviyyədə keçirilməsində xidmətləri olan bütün şəxslə...

CƏMİYYƏT

2018-09-22 09:40:24

CƏMİYYƏT
“Cümhuriyyət dövründə qəbul edilən qərar...
“Cümhuriyyət dövründə qəbul edilən qərar...

Bu sözləri Fransa-Azərbaycan Dostları Assosiasiyasının prezidenti Jan-Fransua...

2018-09-20 21:35:13

CƏMİYYƏT
Hacıbəylilər qardaşları və Azərbaycan mu...
Hacıbəylilər qardaşları və Azərbaycan mu...

XX əsr musiqi mədəniyyətimizə bir neçə şəxsiyyətlər bəxş etdi. Xoşbəxtlikdən ...

İQTİSADİ

2018-09-20 09:05:41

İQTİSADİ
Prezident qeyri-neft sektorunda rəqabətq...
Prezident qeyri-neft sektorunda rəqabətq...

Sərəncamda bildirilir ki, Azərbaycan Respublikasında qeyri-neft sektorunun sü...

2018-09-19 08:05:44

İQTİSADİ
Haynts-Kristian Ştraxe: Azərbaycan Cənub...
Haynts-Kristian Ştraxe: Azərbaycan Cənub...

Azərbaycan Respublikası Milli Məclisinin sədri Oqtay Əsədov sentyabrın 18-də ...