SOSİAL
A- A A+

Fürsət dolu Sərgi

2019-06-07 11:25:19

12 İyun 2019-cu il tarixində Bakı Biznes Mərkəzində III Milli Mühasiblər Forumu çərçivəsində Sərgi keçiriləcəkdir. Hamıya açıq olan bu sərgidə xeyli sayda firma öz məhsullarını təqdim edəcəklər

Azərbaycan, türk, rus, ingilis dillərində olan yerli və xarici iqtisadi ədəbiyyatlarla, romanlarla, dedektiv janrında yazılmış nəşrlərlə tanış olmaq, kitab hədiyyəsi əldə etmək və 20% endirimlə ən çox arzuladığınız nəşri almaq mümkün olacaqdır.

Gənc ailələr, valideyinlər üçün maraqlı olan Türkiyənin məşhur Mebel brendi də Sərgi iştirakçılarının ən çox ziyarət edəcəkləri bölmə olacaqdır. Burada onlar mebelləri yoxlamaq, onda dincəlmək və qısa müddətliyinə istifadə etmək imkanı əldə edəcəklər.

Mühasiblərin ən çox maraqla gözlədiyi Dövlət İmtahan Mərkəzinin keçirdiyi “Peşəkar Mühasib” SERTİFİKAT imtahanı üzrə təhsil proqramları, ACCA, DipİFR, CİMA Beynəlxalq proqramlar üzrə oxumaq və imtahan vermə yolları barəsində birbaşa tanış olmaq mümkün olacaqdır.

Abituriyentlərimizin ixtisas seçimi dövründə Sərgidə Azərbaycan Dövlət İqtisadi Universiteti, Bakı Mühəndislik Universiteti, Xəzər Universiteti özlərinin iqtisadiyyat, idarəetmə, mühasibat uçotu və s. ixtisaslar üzrə bakalavr, magistr və beynəlxalq təhsil proqramlarını təqdim edəcəklər. Bir-birindən peşəkar Proqram təminatı məhsulları isə bütün iştirakçıların, mühasiblərin daha çox marağına səbəb olacaqdır.

Burada mühasibat uçotunu aparmaq üçün təqdim olunan proqramlarla birbaşa tanış olub onları yerindəcə yoxlamaq və çox sərfəli şərtlərlə əldə etmək imkanı yaranacaqdır.

Daha bunun kimi bir sıra maraqlı mənzərələr Sərgi işirakçılarını gözləyir. Qeyd edək ki, sərgi 12 İyun 2019-cu il, saat 11:00-dan 17:00-a kimi Dənizkənarı Bulvar Parkında yerləşən Bakı Biznes Mərkəzində keçiriləcəkdir. Sərgidə hamı iştirak edə bilər.


Kateqoriya : SOSİAL Baxış sayı : 510

QHT və MEDİA

2019-10-17 10:10:15

QHT və MEDİA
Ukrayna Analitik Mərkəzinin rəhbəri: Azə...
Ukrayna Analitik Mərkəzinin rəhbəri: Azə...

Azərbaycan türkdilli ölkələr arasında güclü iqtisadiyyata və nüfuza malik döv...

2019-10-16 16:20:39

QHT və MEDİA
Müstəqil dövlətin azad övladları
Müstəqil dövlətin azad övladları

15.10.2019-cu il tarixində Şamaxı rayon Sabir qəsəbə tam orta məktəbində Azər...

CƏMİYYƏT

2019-10-15 06:55:21

CƏMİYYƏT
Azərbaycanda multikultural cəmiyyət qurm...
Azərbaycanda multikultural cəmiyyət qurm...

Bu günlərdə türk dünyasının gözü, qulağı Bakıdadır, Azərbaycandan yeni-yeni x...

2019-10-10 07:10:35

CƏMİYYƏT
Kövrək duyğuların poetik ifadəsi
Kövrək duyğuların poetik ifadəsi

Mən bu qənaətə Şahrun Süleymanlının "Keçmişdə gəzinti" şeirlər toplusunu oxu...

İQTİSADİ

2019-10-10 08:35:55

İQTİSADİ
Azərbaycan qlobal rəqabət reytinqində ir...
Azərbaycan qlobal rəqabət reytinqində ir...

Azərbaycan qlobal rəqabət reytinqində irəliləyərək, 141 ölkə arasında 58-ci y...

2019-10-08 12:00:37

İQTİSADİ
Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasın...
Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasın...

Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının (TDƏŞ) Bakıda keçiriləcək Zirvə To...