CƏMİYYƏT
A- A A+

Xarici media erməni vandalizmindən yazıb

2019-06-07 07:35:02

.

Özbəkistanın tnews.uz portalı öz səhifəsində özbək dilində erməni vandalizmi ilə bağlı məqalə yerləşdirib. Yazıda Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi, erməni vandalizmi haqqında danışılır, Şuşadakı Gövhər Ağa Məscidinin, digər abidələrin dağıdılması və talan olunması haqqında məlumat verilir.

Qeyd olunur ki, 1883-cü ildə azərbaycanlı usta Səfixan Qarabağinin tikdiyi bu məscid indi ermənilər tərəfindən fars məscidi kimi təqdim olunur. Sual olunur, nə vaxtsa Şuşada farslar yaşayıbmı ki, onların burada məscidi də olsun?

1969-cu ildən bəri bu məsciddən tarix muzeyi kimi istifadə edilib. 1992-ci ilin mayında isə qədim Şuşa şəhəri ermənilər tərəfindən işğal olunduqdan sonra bu arxitektura binası viran edilib.

Sonra məqalədə Şuşanın ərazisi, əhalisi, şəhərin kənd və qəsəbələri haqqında söhbət açılır. Bildirilir ki, Şuşada Azərbaycan Pedaqoji İnstitutunun, Neft və Kimya İnstitutunun filialları, Mədəni-Maarif Texnikumu fəaliyyət göstərib. Şuşa və kəndlərində 24 orta, 8 musiqi məktəbi olub. İşğal zamanı mədəniyyət evləri, muzeylər, kitabxanalar, qalereyalar talan edilib.


Kateqoriya : CƏMİYYƏT Baxış sayı : 357

QHT və MEDİA

2019-11-16 11:00:04

QHT və MEDİA
Şura 2020-ci ildə dövlət orqanları və di...
Şura 2020-ci ildə dövlət orqanları və di...

Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dö...

2019-11-15 09:10:51

QHT və MEDİA
UNESCO-da ölkəmizin bu quruma verdiyi tö...
UNESCO-da ölkəmizin bu quruma verdiyi tö...

Mədəniyyətlərarası dialoqun təşviqi sahəsində Azərbaycan UNESCO-nun əsas tərə...

CƏMİYYƏT

2019-11-14 10:20:06

CƏMİYYƏT
Daşkənddə rus tarixçinin “Qarabağ münaqi...
Daşkənddə rus tarixçinin “Qarabağ münaqi...

Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin (AMM) lay...

2019-11-12 09:45:14

CƏMİYYƏT
Konstitusiyamız və milli ideologiyamız...
Konstitusiyamız və milli ideologiyamız...

Müstəqil Azərbaycan Respublikasının ilk Konstitusiyasının qəbul edilməsindən ...

İQTİSADİ

2019-11-13 10:20:32

İQTİSADİ
Vyanada Azərbaycan turizminin təqdimatı ...
Vyanada Azərbaycan turizminin təqdimatı ...

Dövlət Turizm Agentliyi, Azərbaycan Turizm Bürosu, Azərbaycan Mədəniyyət Mər...

2019-11-11 10:20:07

İQTİSADİ
Azərbaycanın nəqliyyat infrastrukturu və...
Azərbaycanın nəqliyyat infrastrukturu və...

Azərbaycanın nəqliyyat infrastrukturu və siyasi sabitliyi "Bir kəmər, bir yol...