TƏDQİQATLAR
A- A A+

Dərbəndin 2000 illiyi

2015-09-23 12:05:36

Dərbənd şəhərinin 2000 illiyinin keçirilməsi münasibətilə düzənlənən təntənəli mərasimdə Azərbaycan tərəfindən rəsmi münayəndə heyəti iştirak edib

Azərbaycan Respublikasının millətlərarası, multikulturalizm və dini məsələlər üzrə Dövlət müaşviri Kamal Abdullayevin rəhbərlik etdiyi nünaməndə heyətinə ölkəmizin Rusiya Federasiyasındakı fövqəladə və səlahiyyətli səfiri Polad Bülbüloğlu, Azərbaycan Respublikası Müdafiə nazirinin birinci müavini - Silahlı Qüvvələrin Baş Qərargahının rəisi, general-polkovnik Nəcməddin Sadıkov, Xaçmaz rayon İcra Hakimiyyətinin başçısı Şəmsəddin Xanbabayev, Zaqatala rayon İcra Hakimiyyətinin başçısı Mübariz Əhmədzadə, İqtisadiyyat və Sənaye  nazirinin müavini Niyazi Səfərov daxil olub.

Dərbənddə qonaqlar yüksək səmimiyyət və məhəbbətlə qarşılanıb. Qonaqlar Dərbənd şəhərinin mərkəzində yeni restavrasiya olunmuş Heydər Əliyev küçəsində, bu küçədə yerləşən təhsil müəssisələrində və sosial obyektlərdə, Azərbaycan teatrı binasının tikilməsi üçün ayrılan sahədə və azərbaycanlıların yaşadığı məhəllələrdə sakinlərlə görüşüb söhbətlər ediblər.

Nümayəndə heyəti Rusiya Federasiyası Dağıstan Respublikasının Prezidenti Ramazan Abdulatipov, həmçinin mərasimdə iştirak edən  Rusiya Federasiyasının paytaxtından olan nümayəndələr, tədbirə qatılan Şimali Qafqaz respublikalarının rəhbərləri və digər rəsmi şəxslərlə görüşlər keçiriblər.

Təntənəli mərasim Dərbəndin qədim qalası Narınqalada baş tutub. Rusiya Federasiyası Prezidentinin Vladimir Putinin və Rusiya hökuməti adından baş nazirin təbrikindən sonra Azərbaycan Respublikasının Dövlət müşviri Kamal Abdullayev tərəfindən Azərbaycan Respublikasının Prezidentinin təbriki səsləndirilib. Yüzlərlə qonağın və şəhər sakinlərinin iştirak etdiyi tədbirdə Azərbaycan Prezidentinin təbriki yüksək coşqu ilə qarşılanıb. Mərasimin sonunda Dağıstan Respublikasının Prezidenti Ramazan Abdulatipov Azərbaycan Respublikası Prezidenti İlham Əliyevə yüksək diqqətinə görə təşəkkür edib, Dərbənd şəhərinin quruculuğunda azərbaycanlıların iştirakından məmnunluqla söhbət açıb. Dağıstanın ağır günlərində bu respublikaya rəhbərlik edən, bu gün də qayğıkeş rəhbər və ağsaqqal kimi xatırlanan Əziz Əliyev haqqında minnətdarlıqla danışıb. Azərbaycan mədəniyyət xadimlərindən bu mərasimin konsert hissəsinə qatılan  Polad Bülbüloğlunun və Mələkxanın Eyyubovanın çıxışları alqışlarla qarşılanıb.

 

 

 

 


Kateqoriya : TƏDQİQATLAR Baxış sayı : 1270

QHT və MEDİA

2019-11-15 09:10:51

QHT və MEDİA
UNESCO-da ölkəmizin bu quruma verdiyi tö...
UNESCO-da ölkəmizin bu quruma verdiyi tö...

Mədəniyyətlərarası dialoqun təşviqi sahəsində Azərbaycan UNESCO-nun əsas tərə...

2019-11-14 18:30:59

QHT və MEDİA
Şuranın dəstəyi ilə yaradılan grant.az s...
Şuranın dəstəyi ilə yaradılan grant.az s...

Tədbirdə dövlət qurumlarının nümayəndələri , QHT rəhbərləri və media əməkdaşl...

CƏMİYYƏT

2019-11-14 10:20:06

CƏMİYYƏT
Daşkənddə rus tarixçinin “Qarabağ münaqi...
Daşkənddə rus tarixçinin “Qarabağ münaqi...

Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin (AMM) lay...

2019-11-12 09:45:14

CƏMİYYƏT
Konstitusiyamız və milli ideologiyamız...
Konstitusiyamız və milli ideologiyamız...

Müstəqil Azərbaycan Respublikasının ilk Konstitusiyasının qəbul edilməsindən ...

İQTİSADİ

2019-11-13 10:20:32

İQTİSADİ
Vyanada Azərbaycan turizminin təqdimatı ...
Vyanada Azərbaycan turizminin təqdimatı ...

Dövlət Turizm Agentliyi, Azərbaycan Turizm Bürosu, Azərbaycan Mədəniyyət Mər...

2019-11-11 10:20:07

İQTİSADİ
Azərbaycanın nəqliyyat infrastrukturu və...
Azərbaycanın nəqliyyat infrastrukturu və...

Azərbaycanın nəqliyyat infrastrukturu və siyasi sabitliyi "Bir kəmər, bir yol...