SOSİAL
A- A A+

“The Jerusalem Post”: Azərbaycan “Arsenal”ın erməni mənşəli yarımmüdafiəçisinin təhlükəsizliyi ilə bağlı mümkün problemləri qəti inkar edir

2019-05-28 10:35:12

Bu günlərdə məlum olub ki, “Arsenal”ın yarımmüdafiəçisi Henrix Mxitaryan Azərbaycanla Ermənistan arasında ərazi münaqişəsi səbəbindən təhlükəsizlik mülahizələrinə görə Avropa Liqasının “Çelsi” ilə “Arsenal” arasında mayın 29-da Bakıda keçiriləcək final matçında iştirak etməyəcək

Mən bu informasiyanı oxuyanda çox təəccübləndim, çünki Azərbaycanda başqa millətdən, o cümlədən erməni millətindən olan hər hansı idmançının, yaxud başqa peşə sahibinin beynəlxalq tədbirlər zamanı təhlükəyə məruz qaldığını, yaxud zərər çəkdiyini xatırlamıram. Axı Azərbaycanda nə millətçilik var, nə də şovinizm.

AZƏRTAC xəbər verir ki, bu sözləri beynəlxalq münasibətlər sahəsində tanınmış israilli ekspert, “Cəmiyyət üçün beynəlxalq layihələr” qeyri-hökumət təşkilatının başçısı Arye Qut İsraildə çıxan nüfuzlu ingilisdilli “The Jerusalem Post” qəzetində dərc olunmuş “Azərbaycan “Arsenal”ın erməni mənşəli yarımmüdafiəçisinin təhlükəsizliyi ilə bağlı mümkün problemləri qəti inkar edir” sərlövhəli məqaləsində yazıb.

Arye Qutun sözlərinə görə, o, hansısa idmançının və ya digər xadimin milli mənşəyi səbəbindən Azərbaycanda hər hansı beynəlxalq tədbirin ləğv olunduğunu xatırlamır.

Müəllif yazır: “Azərbaycanda insanpərvərlik, tolerantlıq və multikulturalizm hökm sürür. Üstəlik, Azərbaycanda təqribən 30 min erməni, habelə azərbaycanlılarla ermənilərin qarışıq nikahlarından doğulmuş daha bir neçə min insan dinc yanaşı və problemsiz yaşayır. Onlar heç bir halda təhlükəyə məruz qalmır, xüsusən də idmançı Mxitaryan üçün heç bir təhlükə yoxdur. Düşünürəm ki, bu barədə danışmaq hətta yersizdir, çünki Azərbaycan xalqının mehribanlığını və qonaqpərvərliyini bütün dünya tanıyır. Azərbaycanda olan hər kəs bunu təsdiq edə bilər.

Bundan əlavə, son illər tanınmış erməni idmançılar Bakıda olublar. Bakıda keçirilən birinci Avropa Oyunlarında erməni yığmasının təntənəli marşını çoxları xatırlayır. Erməni idmançılar öz ölkələrinin bayrağını uca tutaraq Mxitaryanın oynamalı olduğu həmin o arenadan keçiblər”.

Azərbaycanın hakimiyyət orqanlarının heç vaxt idmanı siyasətə qarışdırmadığını vurğulayan A.Qut yazır: “Lakin hamı başa düşür ki, bu qalmaqal siyasi maraqlar üçün lazımdır. Avropa Liqasının finalı futbol tarixində ilk dəfə Azərbaycanda keçirilir. Bakının ən müasir standartlara cavab verən stadionunda Avropa Liqasının finalı bütün postsovet məkanı üçün qeyri-adi və müstəsna hadisədir. Buna görə də Mxitaryandan istifadə edərək əsl qalmaqal yaratmaq, Azərbaycana qarşı “qara piar” kampaniyası təşkil etmək istəyirlər.

Azərbaycan dünyəvi dövlətdir. Burada başqa millətlərin nümayəndələrinə münasibət yaxşı olduğuna görə müxtəlif icmalar, o cümlədən yəhudi icması fəaliyyət göstərir. Təəssüf ki, bu sözləri qonşu Ermənistan barəsində demək olmaz. Ermənistan monoetnik dövlətə çevrilib və beynəlxalq təsisatların və təşkilatların bu yaxınlarda səslənmiş bəyanatına əsasən, aqressivlik səviyyəsinə görə dünyada birinci yeri tutur.

Ermənistan Respublikasının son 27 ildə Azərbaycanın beynəlxalq səviyyədə tanınmış ərazilərinin, o cümlədən Dağlıq Qarabağın və ətraf yeddi rayonun işğalını davam etdirdiyini diqqətə çatdıran məqalə müəllifi yazır: “Erməni işğalı Azərbaycanın mülki əhalisinə amansız divan tutulmasına və onlara qarşı etnik təmizləmə siyasətinin aparılmasına gətirib çıxarıb. 800 mindən çox azərbaycanlı zorla öz doğma yurd-yuvalarından didərgin salınıb. Ermənistandan qovulmuş 250 min azərbaycanlı ilə birlikdə azərbaycanlı qaçqınların və məcburi köçkünlərin ümumi sayı 1 milyon nəfəri ötüb. Ermənistanın işğalına məruzə qalan Azərbaycan xalqının məşəqqətlərinə baxmayaraq, müsəlmanların əksəriyyət təşkil etdiyi bu ölkədə bütün dini konfessiyalara və etnik qruplara böyük hörmət və ehtiramla yanaşırlar. Uzun əsrlər ərzində təqiblərdən qaçan insanlar Azərbaycanda sığınacaq, daha sonra əsl Vətən tapıblar”.

Arye Qutun fikrincə, Mxitaryanın Azərbaycana gəlməkdən imtina etmək qərarını Səudiyyə Ərəbistanında keçirilən yarışlarda İsrail idmançılarının iştirak etməməsi kimi faktlarla müqayisə edənlər tamamilə yersiz paralel aparır və səhvə yol verirlər.

O yazır: “Erməni millətindən olan idmançıların və başqa rəsmi xadimlərin Azərbaycana getməsinə İsrail idmançılarının Səudiyyə Ərəbistanına getməsinə olduğu kimi heç vaxt qadağa qoyulmayıb. Yeri gəlmişkən, azərbaycanlılarla sülh, qardaşlıq və həmrəylik şəraitində yaşayan yəhudilərin nümunəsində deyə bilərəm ki, Azərbaycanda millətçilik və şovinizm yoxdur. Azərbaycan İsraildən sonra dünyada yeganə yerdir ki, burada yəhudilər yığcam halda və təhlükəsiz şəraitdə yaşayır, antisemitizm və millətçilik təzahürlərini hiss etmir və bu kimi hallarla üzləşmirlər.

Odur ki, Azərbaycanda təkcə Mxitaryan deyil, heç bir millətin heç bir nümayəndəsi hər hansı təhlükəyə məruzə qala bilməz. O, əbəs yerə erməni millətçilərin bu avantürasına uyub və Bakı kimi çox gözəl və qeyri-adi şəhərə gəlmək zövqündən özünü məhrum edib”.

Məqalə müəllif qeyd edir ki, Azərbaycanın Böyük Britaniyadakı səfiri də, qəbul edən ölkə kimi Azərbaycan tərəfi də H.Mxitaryanın təhlükəsizliyinin təmin edilməsinə lazımi səviyyədə tam zəmanət veriblər. Azərbaycan tərəfinin bəyanatında deyilir ki, son on ildə Azərbaycanda təşkil edilmiş müxtəlif beynəlxalq idman yarışlarında çoxlu sayda erməni idmançı heç bir insident olmadan iştirak edib.

Azərbaycan XİN israrla belə bir faktı vurğulayır ki, Azərbaycan dövləti “Çelsi” ilə oyundan qabaq Mxitaryanın təhlükəsizliyinin təmin edilməsinə tam zəmanət verib.

Məqalə müəllifi Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının baş katibi Elxan Məmmədovun bu sözlərini sitat gətirib: “Azərbaycanın hakimiyyət orqanları Mxitaryanın Bakıya gəlməsi üçün UEFA-ya zəmanət veriblər. Odur ki, onun təhlükəsizliyi və müdafiə olunması ilə bağlı heç bir problem yoxdur. Henrix Mxitaryanın UEFA Avropa Liqasının finalında “Çelsi” ilə oyunda iştirak etmək üçün öz komandası ilə birlikdə Bakıya gəlməyəcəyi barədə “Arsenal”ın bəyanatı bizi məyus edib. Biz bu əsassız qərara görə çox təəssüflənirik. Düşünürük ki, bu, “Arsenal”ın, futbolçunun və onun ailəsinin birgə qərarı olub”.

Elxan Məmmədov deyib: “Biz onun gəlməmək qərarı qəbul etmək hüququnu tanısaq da, bir daha təkrar etmək istəyirik: Azərbaycan dəvət edən ölkə kimi, Mxitaryanın şəxsi təhlükəsizliyinin təmin edilməsinə görə UEFA-ya tam zəmanət verib. Azərbaycanın verdiyi zəmanətin ciddiliyini şübhə altına almağa heç bir əsas yoxdur. Nəhayət, biz hesab edirik ki, həmin qərar bu möhtəşəm oyunun keyfiyyətinə və maraqlı keçməsinə əsla təsir göstərməməlidir. Biz yaxın günlərdə hər iki komandanı Bakıda salamlamaq imkanını səbirsizliklə gözləyirik”.

Arye Qutun fikrincə, bu o deməkdir ki, erməni diasporu ilə Ermənistanın hakimiyyət orqanları əlbir olaraq Azərbaycanın beynəlxalq imicinə qara yaxmaq cəhdini bilərəkdən davam etdirir, öz xalqını və dünya ictimaiyyətini Azərbaycanda mövcud olmayan millətçiliklə qorxudurlar. Arye Qut sonda yazır: “Bu ittihamlar heç bir fakta əsaslanmır, buna görə də əsassızdır və idmançılar Bakıya gələn kimi, sabun köpüyü kimi partlayacaq. Əminəm ki, Xəzərin dalğaları Abşeron sahillərindəki daşlara çırpılıb çilikləndiyi kimi, böhtan xarakterli bütün hücumlar da Azərbaycan xalqının tolerantlığına və multikulturalizminə heç bir xələl gətirə bilməyəcək”.


Kateqoriya : SOSİAL Baxış sayı : 121

QHT və MEDİA

2019-08-16 12:55:45

QHT və MEDİA
Sərhəd Mühafizəsinin 100-cü ildönümü...
Sərhəd Mühafizəsinin 100-cü ildönümü...

"Report" xəbər verir ki, Azərbaycan Sərhəd Mühafizəsinin 100-cü ildö­nümü mün...

2019-08-16 09:10:38

QHT və MEDİA
Dağlıq Qarabağ bölgəsinin azərbaycanlı i...
Dağlıq Qarabağ bölgəsinin azərbaycanlı i...

Azərbaycan Respublikası Dağlıq Qarabağ bölgəsinin azərbaycanlı icması Ermənis...

CƏMİYYƏT

2019-08-17 11:20:15

CƏMİYYƏT
Dünyanı fəth edən ecazkar səs
Dünyanı fəth edən ecazkar səs

Hər bir bəşər övladının ölümündən sonrakı vaxt axarında böyük bir boşluq yara...

2019-08-14 16:15:54

CƏMİYYƏT
Nəsimi haqqında “Son gecə” filmi çəkilib...
Nəsimi haqqında “Son gecə” filmi çəkilib...

AzTV-nin Sosial media və ictimaiyyətlə əlaqələr şöbəsindən Modern.az-a verilə...

İQTİSADİ

2019-08-18 08:05:57

İQTİSADİ
Xəzər İqtisadi Forumu: perspektivli yeni...
Xəzər İqtisadi Forumu: perspektivli yeni...

2018-ci ildə Xəzərin hüquqi statusu ilə bağlı sənədlər qəbul ediləndən sonra ...

2019-08-13 08:40:17

İQTİSADİ
İkinci Xəzər İqtisadi Forumu keçiriləcək...
İkinci Xəzər İqtisadi Forumu keçiriləcək...

İkinci Xəzər İqtisadi Forumu 2020-ci ildə Həştərxanda keçiriləcək. Trend-in m...