2019-05-26 16:35:03 | TƏDQİQATLAR-ANALITIKA
“1920-1950-ci illərdə repressiyaya məruz qalanların sayı 400 mindən artıq olub”

“Ötən əsrin 20-ci illərindən başlayaraq ardıcıl olaraq “AzÇEKA” kimi tanınan Fövqəladə Komissiyanın, “NKVD” adı ilə qorxu və vahimə hissləri oyadan Daxili İşlər Xalq Komissarlığının yerləşdiyi bu binada “Siyasi Repressiya Qurbanları Muzeyi”nin yaradılması tarixin tələbidir”

ONA-nın xəbərinə görə, bunu Dövlət Sərhəd Xidmətinin (DSX) rəisi general-polkovnik Elçin Quliyev DSX aparatının inzibati binasında “Siyasi qurbanların xatirəsi muzeyi”nin açılış tədbirində çıxışı zamanı deyib.

O bildirib ki, Ulu Öndər Heydər Əliyevin Azərbaycan xüsusi xidmət orqanla­rının tarixində silinməz qara ləkə kimi qiymətləndirdiyi 1920-1950-ci il­lərdə bu qalın divarlar arxasında xalqımızın minlərlə övladlarına “xalq düşməni”, “Vətən xaini” damğası vurularaq, görkəmli ziyalı və mütə­fək­kirlər, elm və mədəniyyət xadimləri fiziki və mənəvi məhvə məruz qal­ıb­lar: “Düşünülmüş surətdə təhlükəsizlik orqanla­rında, xü­susən də ölüm hökmləri çıxaran üçlüklərin tərkibində yerləşdirilən er­məni daşnakları tərəfindən millətimizin qabaqcıl simaları, sözün əsl mə­nasında işıqlı və aydın insanları imperiyanın qaçılmaz ölüm və sür­günlərinə məhkum edilib, neçə-ne­çə nəsillərin ən layiqli nüma­yən­də­ləri yaşayıb-yaratmaq imkanından məhrum olun­ublar.

O illərin statistik rəqəmlərinə dərindən nəzər saldıqda, dövlətin rep­ressiya məngənəsi al­tında nə qədər say-seçmə azərbay­canlının məhv edilməsi, nə qədər Vətən övladının gələcə­yinin üzərindən xətt çə­kildiyini təsəvvür etmək, həmin dövrün dəhşət doğuran həqiqətlərini dərk etmək mümkündür. Rəsmi rəqəmlərə görə 1920-ci ilin may ayından 1921-ci ilin əvvəlinədək AzÇEKA tərəfindən 40 min soydaşımız məhv edilib, 1934-1938-ci illərdə Daxili İşlər Xalq Ko­missarlığı tərəfindən 80 mindən artıq şəxs güllələnmə cəza­sına məh­­kum edilib. Təkcə 1937-ci ildə Azərbaycanda 22 xalq komis­sarı, 49 rayon partiya komitəsinin katibləri, 29 rayon İcra­iyyə komitə­sinin sədrləri, 57 zavod və mədən di­rek­torları, 95 mühəndis, 110 hərbi qul­luqçu, 207 partiya və həmkarlar ittifaqı işçiləri, 8 professor həbs edilib, əksəriyyəti güllə­lən­ib. Ümu­miy­yətlə, 1920-1950-ci illərdə rep­res­si­yaya mə­­ruz qal­mış vətəndaşların ümumi sayı 400 min nə­fərdən artıq olub, bundan başqa yarım milyon insan ölkə ərazisindən sürgün ediliblər”.

DSX rəisi qeyd edib ki, Həmin illərdə dəyərli Vətən övladlarının ən ağrılı, ən mə­şəq­qətli günlərinin şa­hidi olan bu bina­nın milli dövlətçilik tariximizdə böyük rolu var: “Çünki 1950-ci ildən 1969-cu ilədək Dahi Öndər Heydər Əliyev Azər­baycan SSR Dövlət Təhlükəsizlik Komitəsində rəhbər vəzifələrdə ça­lış­dığı, həmin Komitəyə rəhbərlik etdiyi illərdə məhz bu binada işlə­yib, Azərbaycanın gələcəyinə hesablanmış taleyüklü ideya­ları bu binada düşünmüş və həyata keçirməyə başlayıb. Ümummilli Lider Heydər Əliyevin təhlü­kə­sizlik orqanlarının milli maraqlara zidd fəaliy­yə­tinə son qoyulmasına yönəlmiş fəda­kar xidmət­ləri nəticəsində vaxtilə şəhər sakinlərinin yanın­dan qor­xu ilə keçdikləri, azərbaycanlılara qarşı “qırmızı terror”un simvolu olan bu binada hazır­da müstəqil Azərbaycan Respublikasının dövlət müs­təqilliyinin əsas göstəricilərindən birinin – dövlət sərhədlərinin toxunul­mazlığına cavab­deh olan dövlət orqanı – Dahi Öndərin 2002-ci ildə ya­ratdığı Dövlət Sərhəd Xidməti yerləşir.

2005-ci ilin avqust ayında Azərbaycan Res­publikasının Prezi­denti Silahlı Qüvvə­lərin Ali Baş Komandanı cənab İlham Əliyevin bu binada Dövlət Sərhəd Xidmətinin hərbi hissə­lə­rinə döyüş bay­raq­larını təqdim etməsi Azər­bay­can sərhədçilərində böyük ruh yüksəkliyi yaradıb. Bununla yanaşı bu tədbirin daha bö­yük bir əhə­miyyəti də olub - müstəqil Azər­baycan Respublikasının Prezidentinin, Silahlı Qüv­və­­lərinin Ali Baş Komanda­nının gəlişi şərə­finə bu binanın sıra meyda­nında 1919-cu ildə yazılmış dövlət himninin səslən­məsi ilə Vətənin azadlığı uğrun­da mübari­zə­­lərinə görə, vətən­pərvər­liklərinə görə rep­ressiya qurbanı olmuş Hüseyn Cavidin, Mikayıl Müşfiqin, Yusif Vəzir Çə­mən­zəminlinin, Salman Mümtazın, Tağı Şah­ba­zinin, Əli Nazi­min, habelə həmin dövlət him­ninin sözlərinin müəllifi Əhməd Cavadın və digər­lərinin ruhları şad olmuş və ra­hatlıq tapıb. Bu gün açılışını etdiyimiz “Siyasi Rep­ressiya Qurbanları Muzeyi” Azər­bay­can tarixinə və mədəniyyətinə bir sərhədçi töhfəsidir. Əminəm ki, bu muzeyin fəaliyyətə başla­ması gənc nəslin vətən­pər­vərlik ruhunda tərbi­yəsi işinə xidmət edəcək”.

Baxış sayı : 859
Türkiyə Ombudsmanı Ermənistanın cinayətləri barədə hesabat hazırlayıb 2020-11-24 18:00:05 XXI əsrin vəhşi qəbiləsi 2020-11-24 17:00:43 Azərbaycan Prezidenti: Biz qəhrəman əsgər və zabitlərimizin hesabına qələbə qazanmışıq 2020-11-24 10:25:40 Vətən müharibəsində Azərbaycanın tam Qələbəsini təmin edən həlledici amillər 2020-11-24 09:20:12 Diqqət: Feyk xəbərlər... 2020-11-24 09:00:33 BMT Dağlıq Qarabağda minaların təmizlənməsi üzrə missiya yerləşdirəcək 2020-11-24 08:50:40 Ağdamdan olan məcburi köçkünlərin say tərkibi dəqiqləşdirilir 2020-11-24 08:40:22 Ağdamın Gülablı kəndindəki keçmiş orta məktəbdə Azərbaycan bayrağı qaldırılı 2020-11-24 08:30:14 Hikmət Hacıyev: Füzulidən dünyaya sülh və dözümlülük müraciəti edirik 2020-11-23 20:15:44 General Yücel Karauz: Azərbaycanın qazandığı bu zəfərlə dünya hərb tarixində parlaq səhifə yaradıb 2020-11-23 15:30:29 Seyran Ohanyan barəsində soyqırımı cinayəti üzrə axtarış elan edildi 2020-11-23 14:20:46 Dahi bəstəkar Üzeyir Hacıbəylinin anım günü 2020-11-23 09:15:45 Gürcüstan mediası xarici diplomatların işğaldan azad olunmuş Füzuli şəhərinə səfərindən yazır 2020-11-23 09:10:11 Kestutis Yankauskas: "Füzulidəki dağıntıları gözlərimizlə gördük" 2020-11-23 09:05:29 “Füzulidəki bu acınacaqlı vəziyyət beynəlxalq ictimaiyyətə çatdırılmalıdır” 2020-11-23 09:00:59 Politoloq: Fransa beynəlxalq hüququn normalarını və özünün beynəlxalq öhdəliklərini pozur 2020-11-22 08:55:51 Ağdamda dağıntılardan başqa heç nə qalmayıb - “Əl-Cəzirə” 2020-11-22 08:35:01 Rusiya və Türkiyənin birgə səyləri ilə Dağlıq Qarabağdakı hərbi münaqişə dayandırıldı 2020-11-21 22:05:48 Bu məsuliyyətsiz yanaşma Avropada təhlükəli separatizmə geniş qapı aça bilər 2020-11-21 09:35:44 “Xristian irsimizi tanıyaq”: Çotari Alban-Udi kilsəsi 2020-11-21 09:05:54 Azərbaycan Bayrağı Ağdamda dalğalanır 2020-11-21 08:40:33 Şoyqu Qarabağda yaradılacaq monitorinq mərkəzi haqqında danışdı 2020-11-21 08:40:18 Prezident İlham Əliyev Ağdamın işğaldan azad olunması münasibətilə xalqımızı təbrik edib 2020-11-20 12:30:19 Aztəminatlı aillərə tibbi psixoloji rebilitasiya dəstəyi göstərilib 2020-11-20 11:30:22