SİYASƏT
A- A A+

Ziyafət Əsgərov: “Qarabağ münaqişəsinin hərbi yolla həlli gündəlikdən çıxmayıb”

2019-05-25 06:45:19

“Dağlıq Qarabağ münaqişəsinin hərbi yolla həllindən istifadə etmək bizim hüququmuzdur, bu, gündəlikdən çıxmayıb”.

ONA-nın məlumatına görə, bunu bu gün Milli Məclisdə Yeni Azərbaycan Partiyası Gənclər Birliyinin üzvləri ilə görüşdə Mili Məclisin sədrinin birinci müavini, parlamentin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin sədri Ziyafət Əsgərov bildirib.

Z. Əsgərov deyib ki, Azərbaycan indiyə qədər bu addımı atmayıbsa, bu, bir daha sülhsevər dövlət olduğunu ortaya qoyur:

“2016-cı ilin aprelində Azərbaycan ordusu hücum etməmişdi, təxribata cavab vermişdi. Bu, Azərbaycanın gücünü bir daha ortaya qoydu ”.

Birinci vitse-spiker qeyd edib ki, bütün müharibələr sülhlə başa çatır:

“Bu gün Bakıda 30 min erməni yaşayır, sərbəst gəzir. Digər rayonlarda da ermənilər var. Bizim ermənilərlə problemimiz yoxdur. Sarkisyan, Köçəryan rejimi Azərbaycan torpaqlarının işğalında iştirak edib. İndi Ermənistana yeni hakimiyyət gəlib. Ancaq bu hakimiyyət də real addımlar atmır. Azərbaycan davamlı sülhün tərəfdarıdır”.

O bildirib ki, sülh müqaviləsindən sonra Ermənistan Azərbaycanın iştirakı ilə həyata keçirilən layihələrə qoşula bilərdi:

“Ancaq Ermənistan rəhbərləri, cinayətkarlar bunu istəmədi”.


Kateqoriya : SİYASƏT Baxış sayı : 725

QHT və MEDİA

2019-10-20 14:50:47

QHT və MEDİA
"Türk Şurasının Bakı sammiti türk birliy...
"Türk Şurasının Bakı sammiti türk birliy...

Bakıda keçirilmiş Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının yeddinci sammiti...

2019-10-19 09:30:07

QHT və MEDİA
“The American Interest” nəşri Azərbaycan...
“The American Interest” nəşri Azərbaycan...

Kornell yazır ki, mühüm geosiyasi mövqeyi olan Azərbaycan Birləşmiş Ştatlar ü...

CƏMİYYƏT

2019-10-18 10:25:33

CƏMİYYƏT
Dünyəvi ədalətin türk modeli: bu günü və...
Dünyəvi ədalətin türk modeli: bu günü və...

Azərbaycanın Dağlıq Qarabağ faciəsini böyük dövlətlərin liderləri görmək istə...

2019-10-15 06:55:21

CƏMİYYƏT
Azərbaycanda multikultural cəmiyyət qurm...
Azərbaycanda multikultural cəmiyyət qurm...

Bu günlərdə türk dünyasının gözü, qulağı Bakıdadır, Azərbaycandan yeni-yeni x...

İQTİSADİ

2019-10-22 08:10:28

İQTİSADİ
"İnvestisiya təşviqi sənədi sərmayələrin...
"İnvestisiya təşviqi sənədi sərmayələrin...

İndiyədək Azərbaycanda 346 sahibkara investisiya dəyəri 3,9 mlrd. manata yaxı...

2019-10-18 11:30:48

İQTİSADİ
“Davos Ümumdünya İqtisadi Forumunun hesa...
“Davos Ümumdünya İqtisadi Forumunun hesa...

“Bizim sosial siyasətimiz birmənalıdır. Dəfələrlə demişəm ki, siyasətimizin m...