SİYASƏT
A- A A+

Hikmət Şikarov: “Amnesty İnternational” təşkilatının qərəzli çağırışlarının heç bir əsası yoxdur

2019-05-23 13:35:46

Artıq inkişaf edən ölkələr sırasında öncül yerlərdən birini tutan Azərbaycanda sosial – iqtisadi, siyasi, mədəni, bir sözlə, bütün sahələrdə əldə edilən yüksək göstəricilər onun qüdrətini daha da artırmaqdadır

Demokratik, hüquqi dövlət quruculuğu yolunu tutan Azərbaycan bu istiqamətdə mühüm uğurlara imza atır. Bu uğurların əsasında isə ilk növbədə ölkədə mövcud olan ictimai – siyasi sabitlik dayanır.

Sivilizasiyalararası dialoq məkanı kimi tanınan Azərbaycanın bu gün mötəbər tədbirlərə ev sahibliyi etməsi, təşkilatçılıq sahəsində mükəmməl təcrübəyə yiyələnməsi, ən əsası, malik olduğu imkanlar ölkəmizdə hər bir beynəlxalq idman yarışının keçirilməsi üçün münbit şərait yaradır. Bu yarışların Azərbaycanda keçirilməsi isə ölkəmiz üçün tamamilə yeni səhifə açır. Azərbaycan bu yarışlara ev sahibliyi etməklə beynəlxalq nüfuzunu daha da artırır və yeni - yeni tərəfdaşlar qazanır. Məhz bu uğurlar, reytinqlər, ölkəmizə göstərilən yüksək etimadlar artdıqca, bəzi dairələr, xüsusən də antiazərbaycançı şəbəkələr yaman “əl-ayağa” düşürlər. Çünki ölkəmizin beynəlxalq aləmdə artan nüfuzu dost ölkələri sevindirsə də, belə antiazərbaycançı şəbəkələri, ölkəmizə qarşı ikili standartlardan çıxış edən bəzi beynəlxalq təşkilatları “narahat” edir.

Xarici antiazərbaycançı şəbəkə və onların əlaltıları, bəzi yerli dairələr də ölkəmizdə keçiriləcək olan UEFA Avropa Liqasının final matçının keçirildiyi ərəfədə öz simalarını açıb göstərirlər. Təbii ki, bütün bu kampaniyaların arxasında erməni lobbisi, diasporu, Azərbaycanı sevməyən və uğurlarını qısqanan qüvvələr dayanır. Həyata keçirmək istədikləri planlar hər dəfə alt-üst olsa da, bu çirkin əməllərindən yenə də əl çəkmirlər. Bu gün “Demokratiya çətiri” altında pərdələnən “Amnesty İnternational” adlı bir təşkilat da idmandan siyasi alət kimi istifadə etməyə çalışır və “qara piar” kampaniyasına başlayıb. Əfsuslar olsun ki, belə antiazərbaycançı təşkilatlar öz ölkələrindəki insan haqları problemlərindən diqqəti yayındırmaq, beynəlxalq ictimai rəyi məşğul etmək üçün Azərbaycan kimi ölkələri hədəf alırlar.

Ancaq hər dəfə məqsədləri, niyyətləri ürəklərində qalır. Əslində, bu təşkilat üçün heç nəyin fərqi yoxdur, təki Azərbaycan əleyhinə mövzu olsun. Odur ki, onların qarayaxma planları yeni bir proses deyil. “Amnesty İnternational” kimi ermənipərəst təşkilatların yaydığı qərəzli bəyanatlar, ikili standartlar prinsipi, “qara piar” kampaniyası heç bir nəticə verməyəcək, qərəzli çağırışların heç bir effekti olmayacaq. Çünki nəyəsə etiraz edəndə ilk öncə onun səbəbini ortaya qoymalısan.

Onların ortaya qoyduğu səbəbləri isə bizlər görürük və müəyyən edirik ki, bütün bunlar tamamilə əsassız və mənasızdır, sadəcə, suyu bulandırmaq naminə kampaniya aparırlar. Bu kampaniya aparanların özləri də bilirlər ki, müvəffəqiyyətli bir nəticə əldə edə bilməyəcəklər. Sadəcə olaraq, bu, düşmənin xarakteri və xislətidir. Biz bu təşkilatların keçmişdə belə çirkin hərəkətlərinin dəfələrlə şahidi olmuşuq. Bu gün də belə cəhdlərin şahidi oluruq.

Ümumiyyətlə, onlar Azərbaycanın uğurlara imza atmasını həzm edə bilmirlər. Ancaq indiyədək “Amnesty İnterntional” kimi təşkilatlar bir dəfə olsun belə, Ermənistanın işğalçılıq siyasəti nəticəsində milyona yaxın insanın hüquqlarının pozulduğunu dilə gətirməyiblər. İnsanların hüquqlarının kütləvi şəkildə pozulmasında günahkar olan Ermənistan dövlətinə bir dəfə formal olsa belə çağırış etməyiblər. Odur ki, adıçəkilən bu təşkilatın hər hansı bəyanatı Azərbaycan üçün meyar sayıla bilməz. Hər bir kütləvi tədbirlər zamanı belə təzyiq metodlarının işə salınması onların iş üslubudur. Həmin təşkilata güclü deyil, zəif bir Azərbaycan lazımdır. Güclü Azərbaycan dövləti ilk növbədə xalqımıza lazımdır. Həmişə olduğu kimi, bu dəfə də çirkin kampaniyaları uğursuz və rüsvayçılıqla sona çatacaq, Azərbaycan isə inamla sabaha doğru irəliləyəcək və dünyada artan nüfuzu dövlətimiz üçün yeni uğurlar qazandıracaq.

Hikmət Şikarov

Yeni Azərbaycan Partiyası ( YAP ) Pirallahı rayon təşkilatının sədri


Kateqoriya : SİYASƏT Baxış sayı : 363

QHT və MEDİA

2019-08-24 08:00:14

QHT və MEDİA
Əliməmməd Nuriyev: “Ermənilərin avantüri...
Əliməmməd Nuriyev: “Ermənilərin avantüri...

Ermənistan KİV-in məlumatına görə, Ermənistan hökuməti qondarma Dağlıq Qaraba...

2019-08-24 07:40:00

QHT və MEDİA
Dinlərarası və Sivilizasiyalarası Əməkda...
Dinlərarası və Sivilizasiyalarası Əməkda...

Mərkəzdən APA-ya daxil olan bəyanatda bildirilir ki, bu il Birləşmiş Millətlə...

CƏMİYYƏT

2019-08-23 07:40:56

CƏMİYYƏT
Soyqırımdan bəhs edən və ingilis dilində...
Soyqırımdan bəhs edən və ingilis dilində...

Onu da qeyd edək ki, filmin ssenari müəllifi Əkrəm Bəydəmirli, məsləhətçi Ni...

2019-08-20 21:55:46

CƏMİYYƏT
Pakistan mətbuatı Azərbaycandan yazdı...
Pakistan mətbuatı Azərbaycandan yazdı...

Jurnalda dərc olunan məqalədə Azərbaycan xalqının uzun sürən azadlıq arzuları...

İQTİSADİ

2019-08-25 09:35:02

İQTİSADİ
Qeyri-neft sektorunun inkişafına dəstək ...
Qeyri-neft sektorunun inkişafına dəstək ...

-Azərbaycanda qeyri neft sektorunun inkişafının sürətləndiyi dövrdə melorasi...

2019-08-21 09:00:05

İQTİSADİ
Altı ayın uğurları: Azərbaycan liderliyi...
Altı ayın uğurları: Azərbaycan liderliyi...

Məlum olduğu kimi, iyulun 31-də dövlət başçısının yanında bu ilin ilk altı ay...