SOSİAL
A- A A+

Beynəlxalq tibbi elmi konfransının hədəfləri

2019-05-23 09:35:33

.

Bakı növbəti dəfə möhtəşəm beynəlxalq tibbi elmi konfransa ev sahibliyi edib. 5-ci Beynəlxalq Bariatrik Metabolik Cərrahi Konqresi Azərbaycan Respublikası Səhiyyə Nazirliyi, Modern Hospital, Gənclər Fondu, Azərbaycan Bariatrik Metabolik Cərrahiyyə Dərnəyinin birgə təşkilatçılığı ilə Bakı Konqres Mərkəzində baş tutmuşdur.

Fact-info.az-a daxil olan məlumata görə, artıq 5-ci dəfə təşkil olunan konfransda 9 xarici ölkədən 32 beynəlxalq dərəcəli professor və mütəxəssis həkimlər iştirak edib. Ümumilikdə 7 Akademik paneldə 73 spiker Bariatrik, Dietoloji, Endokrinoloji, Psixoloji, Kardioloji, Uşaq piylənməsi, Hepatoloji sahələrdə piylənmənin təsiri mövzusunda öz bilik və təcrübələri ilə bağlı təqdimatlarını paylaşıblar. Ölkəmizdə ümumi səhiyyə sferasında tanınmış, tibbin müxtəlif sahələri üzrə mütəxəssis olan 41 yerli çıxışçı (professor və həkimlər) da konfransın gedişatı boyunca gənc səhiyyə işçiləri və bu sahəyə marağı olan 1000-dən çox iştirakçı ilə əhəmiyyətli, maarifləndirici bilgiləri bölüşüblər. Hazıda cərrahiyyənin daha çətin, önəmli və müasir sahələrindən biri olan Bariatrik-Metabolik cərrahiyyə çox sürətlə inkişaf etməkdədir. Bu inkişafa son 5 ildə ölkəmizin də qoşulub. Bu baxımdan öz faydalı işləri ilə hər zaman fərqlənən elmi dərnək olan Azərbaycan Bariatrik-Metabolik Cərrahlar Dərnəyinin hər il elmi təşkilatçılıq etdiyi Beynəlxalq konqreslərin xüsusi rolu var.

Bu dəfəki konqres də Beynəlxalq İFSO ( International Federation for the Surgery of Obesity and Metabolic Disorders) tərəfindən rəsmi təsdiq olunaraq həyata keçirilib. Bu konfransın təşkil olunmasında həmçinin Azərbaycan Tibb Universiteti, ATU, Azərbaycan Gənclər Fondu, “Dan” ictimai birliyi və TOSS(Turkish Obesity Society of Surgery) da elmi tərəfdaş olaraq çıxış edib.

Konqresdə Bariartik-Metabolik cərrahiyyə yeniliklərindən əlavə bu sahənin ən aktual məsələlərini özündə birləşdirən Reanimasion-Anestezioloji , Endokrinoloji, Dietoloji, Psixoloji, Kardioloji, Post-Bariatrik Qidalanma, Post-Bariatrik plastik Cərrahiyyə və II tip şəkərli diabetin cərrahi müalicəsinə dair panel də keçirilib.

Tədbirin gündəliyində Azərbaycana ilk dəfə olaraq bu sahədə yerli tibbi mütəxəssislərin hazırlanması məqsədilə istifadə olunan ən müasir proqram və treninq protokolları əsasında müasir simulyatorlardan və heyvan orqanları modellərindən istifadə edilməklə Bariatrik cərrahi vərdişlər kursu təşkil olunaraq bu sahəyə marağı olanlara sertifikatlar verilib.

Toğrul

Fact-info.az


Kateqoriya : SOSİAL Baxış sayı : 737

QHT və MEDİA

2019-12-13 08:45:11

QHT və MEDİA
Almaniya televiziyası erməni mafiyasının...
Almaniya televiziyası erməni mafiyasının...

Fact-info.az trend-ə istinadən məlumat verir ki, müəllifləri Aksel Hemmerlinq...

2019-12-12 17:30:24

QHT və MEDİA
Azərbaycan Milli Radiosunda uşaq proqram...
Azərbaycan Milli Radiosunda uşaq proqram...

11 dekabr - Beynəlxalq Uşaq Televiziya və Radio Günüdür.

Uşaq ailəni...

CƏMİYYƏT

2019-12-12 10:45:41

CƏMİYYƏT
Hikmət Şikarov: Azərbaycan xalqı Heydər...
Hikmət Şikarov: Azərbaycan xalqı Heydər...

Şübhəsiz ki, Azərbaycan xalqı və dövlətinin tarixin səhnəsində özünəməxsus ye...

2019-12-11 11:45:43

CƏMİYYƏT
Azərbaycanın dinamik inkişaf strategiyas...
Azərbaycanın dinamik inkişaf strategiyas...

Otuz beş ilə yaxın bir müddətdə Azərbaycanın taleyi dahi şəxsiyyət, görkəmli ...

İQTİSADİ

2019-12-10 20:15:07

İQTİSADİ
“The Jerusalem Post”: TANAP qaz kəməri A...
“The Jerusalem Post”: TANAP qaz kəməri A...

Azərbaycan özünün Cənub Qaz Dəhlizi meqalayihəsini uğurla davam etdirir. Azər...

2019-12-08 09:30:36

İQTİSADİ
“Abşeron” yatağı Azərbaycanın daxili təl...
“Abşeron” yatağı Azərbaycanın daxili təl...

Dekabrın 6-da SOCAR-ın prezidenti Rövnəq Abdullayev Fransanın TOTAL şirkəti...