İQTİSADİ
A- A A+

ABŞ Konqresində Trans-Xəzər regionu ilə bağlı xüsusi brifinq keçirilib

2019-05-22 23:10:52

Mayın 22-də ABŞ Konqresində Xəzər Siyasət Mərkəzinin təşkilatçılığı ilə Trans-Xəzər regionuna həsr olunmuş xüsusi brifinq keçirilib

Brifinqdə Azərbaycan, Əfqanıstan, Türkiyə, Gürcüstan və Özbəkistanın ABŞ-dakı diplomatik nümayəndəliklərin rəhbərləri ilə yanaşı, Əfqanıstanın Xarici İşlər Nazirliyinin baş direktoru Həsən Suruş və Türkiyənin Xarici işlər nazirinin müavini Yavuz Selim Kıran iştirak ediblər.

AZƏRTAC xəbər verir ki, tədbiri giriş sözü ilə açan Xəzər Siyasət Mərkəzinin idarə heyətinin üzvü Robert Sekuta qonaqları salamlayıb. Daha sonra Xəzər Siyasət Mərkəzinin idarə heyətinin digər üzvü Riçard Houqland moderator qismində çıxış edərək, Trans-Xəzər regionunun böyük potensialını və üstünlüklərini vurğulayıb, belə tədbirlərin ABŞ-ın paytaxtında keçirilməsinin əhəmiyyətini, cəlb olunmuş dövlətlər arasında əməkdaşlığın daha da artırılmasında və bunun ölkələrin iqtisadi inkişafında vacibliyini qeyd edib.

Türkiyənin Xarici işlər nazirinin müavini Yavuz Selim Kıran ABŞ-ın Türkiyə ilə İraq və Əfqanıstandakı birgə çalışmalarını qeyd edərək, Ankara ilə Vaşinqtonun müttəfiqliyinin uzun müddətli olduğunu bildirib.

Türkiyənin Trans-Xəzər ölkələri ilə münasibətlərinin yüksək səviyyədə olduğunu və çoxtərəfli əlaqələri dəstəklədiyini qeyd edən Yavuz Selim Kıran Bakı-Tbilisi-Ceyhan neft kəməri, Bakı-Tbilisi-Kars dəmir yol xətti kimi irimiqyaslı layihələrin regionun inkişafında böyük rol oynadığını vurğulayıb.

Əfqanıstanın Xarici İşlər Nazirliyinin baş direktoru Həsən Suruşa ABŞ-ın digər beynəlxalq tərəfdaşlarla birgə regionun inkişafına çox böyük töhfələr verdiyini bildirib. Həsən Suruş Xəzər regionu ölkələri ilə Əfqanıstan arasında olan münasibətlərin əsrlər boyu mövcud olduğunu qeyd edib. Region ölkələrinin əlaqələrin qurulmasında Əfqanıstanın böyük rol oynadığını bildirib.

Xəzər regionun unikal olduğunu bildirən Azərbaycanın ABŞ-dakı səfiri Elin Süleymanov çıxışında ölkəmizin regional inkişafı dəstəklədiyini qeyd edib. Səfir enerjinin hazırda Şərq-Qərb dəhlizinin əsasını təşkil etdiyini vurğulayıb və bu siyasətin gerçəkləşməsində Azərbaycanın böyük rolunun olduğunu söyləyib.

Bununla yanaşı səfir yalnız enerji sahəsində deyil, digər sahələrdə də münasibətlərin inkişaf etdirilməsinin vacib olduğunu qeyd edib. Azərbaycan-ABŞ əlaqələrinə toxunan Elin Süleymanov, iki ölkə arasındakı əhəmiyyətli investisiya tərəfdaşlığının mövcud olduğunu vurğulayıb.

Daha sonra Gürcüstanın ABŞ-dakı səfiri David Bakradze çıxış edib. O, öz çıxışında ABŞ-ın Gürcüstan üçün strateji tərəfdaş olduğunu bildirib, ölkəsinin Trans-Xəzər regionunda münasibətlərinin inkişafı üçün vacib rol oynadığını qeyd edib.

Brifinqdə Xəzər Siyasət Mərkəzi və ABŞ Ticarət Palatasının bu gün Azərbaycan, Əfqanıstan, Gürcüstan, Qazaxıstan, Türkiyə, Türkmənistan və Özbəkistan səfirliklərinin dəstəyi ilə Vaşinqtonda keçiriləcək dördüncü Trans-Xəzər Forumu haqqında da geniş məlumat verilib.

ABŞ Ticarət Palatasının Vaşinqtondakı baş ofisində keçiriləcək növbəti Trans-Xəzər Forumu Birləşmiş Ştatlar və Xəzər regionu ölkələrindən olan biznes liderləri, xarici siyasət mütəxəssisləri və dövlət rəsmilərini bir araya toplayaraq onlara yeni istiqamətləri araşdırmaq və yeni imkanları müəyyən etmək üçün platforma yaradır. Forum 2016-cı ildən ardıcıl olaraq hər il keçirilir.

Qeyd edək ki, Xəzər Siyasət Mərkəzi Vaşinqtonda yerləşən müstəqil, qeyri-kommersiya tədqiqat mərkəzidir. Xəzər regionunun iqtisadi, siyasi, enerji və təhlükəsizlik məsələləri Xəzər Siyasət Mərkəzinin əsas tədqiqat obyektini təşkil edir.


Kateqoriya : İQTİSADİ Baxış sayı : 397

QHT və MEDİA

2019-11-16 11:00:04

QHT və MEDİA
Şura 2020-ci ildə dövlət orqanları və di...
Şura 2020-ci ildə dövlət orqanları və di...

Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dö...

2019-11-15 09:10:51

QHT və MEDİA
UNESCO-da ölkəmizin bu quruma verdiyi tö...
UNESCO-da ölkəmizin bu quruma verdiyi tö...

Mədəniyyətlərarası dialoqun təşviqi sahəsində Azərbaycan UNESCO-nun əsas tərə...

CƏMİYYƏT

2019-11-14 10:20:06

CƏMİYYƏT
Daşkənddə rus tarixçinin “Qarabağ münaqi...
Daşkənddə rus tarixçinin “Qarabağ münaqi...

Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin (AMM) lay...

2019-11-12 09:45:14

CƏMİYYƏT
Konstitusiyamız və milli ideologiyamız...
Konstitusiyamız və milli ideologiyamız...

Müstəqil Azərbaycan Respublikasının ilk Konstitusiyasının qəbul edilməsindən ...

İQTİSADİ

2019-11-13 10:20:32

İQTİSADİ
Vyanada Azərbaycan turizminin təqdimatı ...
Vyanada Azərbaycan turizminin təqdimatı ...

Dövlət Turizm Agentliyi, Azərbaycan Turizm Bürosu, Azərbaycan Mədəniyyət Mər...

2019-11-11 10:20:07

İQTİSADİ
Azərbaycanın nəqliyyat infrastrukturu və...
Azərbaycanın nəqliyyat infrastrukturu və...

Azərbaycanın nəqliyyat infrastrukturu və siyasi sabitliyi "Bir kəmər, bir yol...