SİYASƏT
A- A A+

İtaliyanın “L’indro” xəbər saytı Cənubi Qafqazdakı son vəziyyəti təhlil edib

2015-09-21 09:25:02

İtaliyanın “L’indro” xəbər saytında Cənubi Qafqazdakı son durumun təhlil olunduğu yazı yerləşdirilib

 

Yazıda əsasən bu ayın 13-də qondarma “Dağlıq Qarabağ Respublikası”nın “özünüidarə orqanları”na qanunsuz keçirilmiş seçkilərdən, Dağlıq Qarabağ münaqişəsindən, Ermənistan və Azərbaycan qoşunlarının təmas xəttində gərginliyin hökm sürməsindən bəhs olunur.

Yazıda oxucuların diqqətinə çatdırılır ki, əslində mövcud olmayan, beynəlxalq birlik tərəfindən tanınmayan qondarma “Dağlıq Qarabağ Respublikası”nda keçirilmiş seçkilərin nəticələrini önəmli beynəlxalq təşkilatlar, dünyanın nüfuzlu ölkələri qeyri-qanuni hesab ediblər. Səbəbi isə çox aydındır. Heç bir dövlət Qafqazda və Şərqi Avropada önəmli geosiyasi aktor olan Azərbaycan ilə əlaqələrini korlamaq istəmir.

Dağlıq Qarabağ münaqişəsi ilə bağlı məqamlara toxunan müəllif qeyd edir ki, münaqişə nəticəsində bir milyondan artıq azərbaycanlı qaçqın və məcburi köçkünə çevrilib. 1994-cü ildə tərəflər arasında atəşkəsə dair sənəd imzalansa da, cəbhə xəttində silahlı toqquşmaların davam etməsi nəticəsində hər iki tərəfdən xeyli insan həyatını itirməkdədir.

 

Cənubi Qafqazın, xüsusilə Azərbaycanın Avropa ölkələri ilə əlaqələrindən bəhs olunan yazıda vurğulanır ki, köhnə qitə sürətlə inkişaf edən və strateji baxımdan önəmli nöqtədə yerləşən bu ölkə ilə münasibətlərini həmişə yüksək səviyyədə saxlamaq niyyətindədir. Qərb ölkələri Ermənistanı Azərbaycan torpaqlarını işğal etdiyi üçün günahlandırır, lakin bu məsələni beynəlxalq səviyyədə kifayət qədər gündəmə gətirmir, qondarma “Dağlıq Qarabağ Respublikası”nda reallaşmış seçkiləri tanımamaqlarına baxmayaraq, münaqişənin həlli istiqamətində aparılan danışıqlar prosesinə kifayət qədər töhfə vermirlər.


Kateqoriya : SİYASƏT Baxış sayı : 1032

QHT və MEDİA

2019-08-19 11:45:38

QHT və MEDİA
ABŞ Çernobıl faciəsi ilə bağlı DƏHŞƏTLİ ...
ABŞ Çernobıl faciəsi ilə bağlı DƏHŞƏTLİ ...

Fact-info.az Publika.az-a istinadən xəbər verir ki, bu haqda Milli Təhlükəsiz...

2019-08-19 09:15:10

QHT və MEDİA
Azərbaycanın diplomatik xidmət orqanları...
Azərbaycanın diplomatik xidmət orqanları...

Azərbaycanın Braziliyadakı səfirliyinin təşkilatçılığı və UNESKO üzrə Azərbay...

CƏMİYYƏT

2019-08-17 11:20:15

CƏMİYYƏT
Dünyanı fəth edən ecazkar səs
Dünyanı fəth edən ecazkar səs

Hər bir bəşər övladının ölümündən sonrakı vaxt axarında böyük bir boşluq yara...

2019-08-14 16:15:54

CƏMİYYƏT
Nəsimi haqqında “Son gecə” filmi çəkilib...
Nəsimi haqqında “Son gecə” filmi çəkilib...

AzTV-nin Sosial media və ictimaiyyətlə əlaqələr şöbəsindən Modern.az-a verilə...

İQTİSADİ

2019-08-19 12:05:41

İQTİSADİ
Yeddi ayda 45 milyard manatadək ümumi da...
Yeddi ayda 45 milyard manatadək ümumi da...

Dövlət Statistika Komitəsindən bildirilib ki, bu dövrdə informasiya və rabitə...

2019-08-18 08:05:57

İQTİSADİ
Xəzər İqtisadi Forumu: perspektivli yeni...
Xəzər İqtisadi Forumu: perspektivli yeni...

2018-ci ildə Xəzərin hüquqi statusu ilə bağlı sənədlər qəbul ediləndən sonra ...