SİYASƏT
A- A A+

Elşad Mirbəşiroğlu: Azərbaycan Avropa İttifaqının etibarlı və məsuliyyətli tərəfdaşıdır

2019-05-19 08:55:16

Avropa İttifaqı (Aİ) ilə əməkdaşlığın genişləndirilməsi Azərbaycan Respublikasının xarici siyasətinin prioritet istiqamətlərindən biridir. Nəzərə almaq lazımdır ki, Azərbaycanın ən böyük ticarət tərəfdaşı məhz Avropa İttifaqıdır. Aİ Azərbaycandakı sabitliyi, təhlükəsizlik və investisiya mühitini kifayət qədər yüksək qiymətləndirir

Bunu Avropa İttifaqının bu günə qədər Azərbaycan iqtisadiyyatına iyirmi milyard dollardan çox sərmayə qoyması sübut edir. Bundan başqa, regionda həm geoiqtisadi, həm də geosiyasi cəhətdən strateji əhəmiyyət kəsb edən mühüm layihələrin həyata keçirilməsi məhz Azərbaycanın təşəbbüskarlığı və yaxından iştirakı ilə baş tutub.

Bu fikirləri AZƏRTAC-a açıqlamasında politoloq Elşad Mirbəşiroğlu bildirib.

Politoloq qeyd edib ki, Azərbaycan Respublikasının regionun aparıcı dövləti olması bütün istiqamətlərdə Avropa İttifaqı ilə əməkdaşlıq imkanlarının genişliyini şərtləndirir və bu reallıq Aİ tərəfindən obyektiv qiymətləndirilir. Enerji, nəqliyyat, təhlükəsizlik, humanitar sahələrdə Avropa İttifaqı ilə Azərbaycan arasında əməkdaşlığın hazırkı səviyyəsi tərəflərin strateji maraqlarına və gözləntilərinə uyğun olsa da, daha da sıx əməkdaşlıq imkanları daim müzakirə mövzusudur. Hazırkı mərhələdə Avropa İttifaqını ən çox qayğılandıran enerji təhlükəsizliyi və səmərəli vahid enerji bazarının formalaşdırılması məsələləridir. Avropanın bu prioritetlərinin həyata keçirilməsində Azərbaycanın töhfələri göz qabağındadır. Dəyəri 40 milyard dollar olan Cənub Qaz Dəhlizi layihəsinin həyata keçirilməsi istiqamətində işlərin əhəmiyyətli hissəsi yerinə yetirilib. Ötən il mayın 29-da layihənin ilk hissəsinin rəsmi açılışı olub. Bu da bir daha sübut edir ki, Azərbaycanın Avropanın enerji təhlükəsizliyinin təmin olunması sahəsində rolu artmaqdadır. Azərbaycanın təşəbbüsü olan “Cənub Qaz Dəhlizi” layihəsinin həyata keçirilməsi prosesində Avropa İttifaqı ilə ölkəmiz arasında daha yaxın əməkdaşlıq qurulub. Xüsusi olaraq vurğulamaq lazımdır ki, ölkəmiz Avropa İttifaqının 9 ölkəsi ilə strateji tərəfdaşlıq bəyannamələrini qəbul etməklə Aİ-yə üzv dövlətlərin üçdəbiri ilə strateji tərəfdaşlıq münasibətləri qurub. Bu, təbii ki, ümumilikdə Avropa İttifaqı ilə Azərbaycan arasında əlaqələrin hərtərəfli intensiv inkişafı üçün mühüm zəmin yaradır.

Azərbaycanla Avropa İttifaqı arasında səmərəli əməkdaşlıq sisteminin mövcudluğu Aİ rəhbərliyi tərəfindən yüksək qiymətləndirilir. Belə ki, Aİ Şurasının prezidenti Donald Tusk Azərbaycan Prezidenti ilə görüşü zamanı qeyd edib ki, Azərbaycan Avropa İttifaqının etibarlı və məsuliyyətli tərəfdaşıdır. Həmçinin Azərbaycanın regionda aparıcı rolunun Avropa İttifaqı tərəfindən müsbət qiymətləndirildiyi vurğulanıb. Təbii ki, Avropa İttifaqı rəhbərliyinin belə mövqeyi obyektiv əsaslara söykənir. Hər şeydən öncə, regionda həyata keçirilmiş və keçirilməkdə olan bütün enerji və nəqliyyat layihələrinin reallaşması məhz Azərbaycanın təşəbbüsü və yaxından iştirakı ilə mümkün olur.

E.Mirbəşiroğlu əlavə edib ki, dünya dövlətlərini Azərbaycanla əməkdaşlığa sövq edən əsas məqamlardan biri məhz ölkəmizin müsbət beynəlxalq imici ilə bağlıdır. Belə ki, Azərbaycanın sözü ilə əməli biri-birini dəqiqliklə tamamlayır. Tərəfdaşları ilə əldə olunmuş istənilən razılaşmanın şərtləri Azərbaycan tərəfindən vaxtında və dəqiqliklə yerinə yetirilir. Bu da təbii ki, Avropa İttifaqında da Azərbaycana etibarlı tərəfdaş kimi baxılmasının obyektiv səbəbidir. Şərq Tərəfdaşlığı Proqramında ən fəal iştirak edən ölkələrdən biri də məhz Azərbaycan Respublikasıdır. Bunu Azərbaycan Prezidenti İlham Əliyev Şərq Tərəfdaşlığı ölkələrinin dövlət və hökumət başçılarının şərəfinə verilən şam yeməyində çıxışı zamanı qeyd etdi. Azərbaycanla Avropa İttifaqı arasında münasibətlərin xarakterinə toxunan Prezident tərəflər arasında sıx əməkdaşlığın mövcudluğunu bir daha vurğuladı. Dövlət başçısı Şərq Tərəfdaşlığı Proqramının iştirakçısı olan Ermənistan tərəfindən Azərbaycan torpaqlarının hələ də işğal altında saxlanıldığını bildirdi və münaqişənin tənzimlənməsi prosesində Azərbaycanın prinsipial mövqeyini tədbir iştirakçılarının diqqətinə çatdırdı. Prezident İlham Əliyev münaqişənin beynəlxalq hüququn norma və prinsipləri, BMT TŞ-nin qətnamələri əsasında, Azərbaycanın ərazi bütövlüyü, suverenliyi və sərhədlərinin toxunulmazlığı çərçivəsində həll olunmasının vacibliyini bir daha səsləndirdi. Bu da növbəti dəfə sübut edir ki, Azərbaycan beynəlxalq hüquqa həssaslıqla yanaşan, regional sülhün və təhlükəsizliyin qayğısına qalan bir dövlətdir. Prezident, həmçinin 2018-ci ildə Azərbaycanla Avropa İttifaqı arasında paraflanmış “Tərəfdaşlıq prioritetləri” sənədində də Azərbaycanın ərazi bütövlüyü məsələsinin ifadəsini tapdığını xatırlatdı.

Göründüyü kimi, Avropa İttifaqı ilə əməkdaşlığın inkişaf etdirilməsi ilə yanaşı, ölkəmizin ərazi bütövlüyünün dəstəklənməsi mühüm prioritet kimi müəyyənləşdirilib. Azərbaycan Prezidenti ölkəmizin Avropa İttifaqı üçün əhəmiyyətinə, etibarlı tərəfdaş olduğuna bir daha işarə edərək bildirib ki, Azərbaycanın birbaşa təşəbbüsü və yaxından iştirakı ilə enerji layihələrində bütün iştirakçıların maraqları dəqiqliklə qorunur. Azərbaycan ilə Avropa İttifaqı arasında əməkdaşlıq tərəflərin bərabərhüquqluluğu prinsipinə söykənir. Bu da bir daha sübut edir ki, Prezident İlham Əliyev dəqiqliklə Azərbaycanın milli maraqlarına, beynəlxalq münasibətlər sistemində ölkəmizin mövqelərinin möhkəmlənməsinə xidmət edən siyasət həyata keçirir.


Kateqoriya : SİYASƏT Baxış sayı : 154

QHT və MEDİA

2019-06-19 10:10:23

QHT və MEDİA
Azərbaycan nümayəndə heyəti Vyanada Avst...
Azərbaycan nümayəndə heyəti Vyanada Avst...

Qafqaz Müsəlmanları İdarəsinin sədri Şeyxülislam Allahşükür Paşazadənin rəhbə...

2019-06-18 09:45:56

QHT və MEDİA
Ankarada Azərbaycan diplomatik xidmət or...
Ankarada Azərbaycan diplomatik xidmət or...

Konfransda Ankarada akkreditə olunan diplomatik korpusun rəhbərləri və təmsil...

CƏMİYYƏT

2019-06-19 15:25:56

CƏMİYYƏT
Hikmət Şikarov: “İmzalanan fərman və sə...
Hikmət Şikarov: “İmzalanan fərman və sə...

Dövlətimizin imkanları genişləndikcə daxili siyasətin əsas istiqamətlərindən ...

2019-06-17 10:45:20

CƏMİYYƏT
Litvada “Qara bağın faciəsi” kitabının i...
Litvada “Qara bağın faciəsi” kitabının i...

Litvanın Şaulyay şəhərində yazıçı-publisist Gintaras Visotskasın “Qara bağın ...

İQTİSADİ

2019-06-14 22:40:47

İQTİSADİ
SOCAR-ın AMEA ilə əməkdaşlığı çərçivəsi...
SOCAR-ın AMEA ilə əməkdaşlığı çərçivəsi...

Bu gün SOCAR-ın prezidenti Rövnəq Abdullayev və Şirkət rəhbərliyinin nümayənd...

2019-06-13 18:40:16

İQTİSADİ
Yohannes Han: “Azərbaycan Avropanı Avras...
Yohannes Han: “Azərbaycan Avropanı Avras...

Fact-info.az-ın APA-ya istinadən xəbərinə görə, bunu Avropa İttifaqının Avrop...