MÜSAHİBƏ
A- A A+

Mahirə Əsədova: “Bu gün bizim hər birimiz Azərbaycan Xalq Cümhuriyyəti ilə bağlı şərəfli tariximizi öyrənməliyik və qürur duymalıyıq”

2019-05-19 08:15:49

Fact-info.az saytının suallarını “Yeni Yurd” Sosial İnkişaf İctimai Birliyinin sədri Mahirə Əsədova cavablandırır

-28 May, Azərbaycan Xalq Cümhuriyyətinin yaradıldığı gün Azərbaycanın çox şərəfli tarixidir. Necə düşünürsünüz biz kifayət qədər tariximizi bilirikmi? -Azərbaycan Xalq Cümhuriyyəti milli dövlətçilik ənənələrimizin bərpası işində böyük rol oynamışdır. Ən əsası isə Azərbaycan Xalq Cümhuriyyəti az yaşasa da, xalqımızda azadlıq, müstəqillik ideyalarını daha da gücləndirdi. Azərbaycan Xalq Cümhuriyyəti 1920-ci ilin aprelində bolşevik işğalı nəticəsində süqut edəndən sonra da müstəqillik hissləri azərbaycanlıları heç zaman tərk etmədi, azadlıq ideyaları şüurlarda hakim kəsildi. Şüurlarda millətimizin, Vətənimizin əbədi olaraq istiqlala qovuşacağı inamını daha da möhkəmləndirdi. Azərbaycan xalqı XX əsrin sonunda tökülən qanlar bahasına dövlətin müstəqilliyini yenidən bərpa etdi. Ümummilli lider Heydər Əliyev Azərbaycan dövlətini yenidən qurdu, onun müstəqilliyini əbədi və dönməz etdi. Bu gün Azərbaycan müstəqillik yolunda inamla irəliləyir və dünya dövlətləri içərisində layiqli yer tutur. Təbii ki, bu gün bizim hər birimiz bu şərəfli tarixi öyrənməliyik və qürur duymalıyıq.

-QHT-lər tariximizin belə şərəfli səhifəsini geniş auditoriyaya tanıtmaq üçün səmərəli fəaliyyət göstərə bilirlərmi?

-Ümumiyyətlə, fədakar QHT-lər var. Onlar hər zaman tariximizin çox möhtəşəm mərhələsini geniş audiriyaya çatdırmağa çalışırlar. Bu çox müsbət haldır. Diqqət yetirsək görərik ki, cəmiyyətin bütün sahələri ilə bağlı proseslərdə QHT-lərimiz çalışırlar, layihə icra edirlər. Müxtəlif kitablar, sənədli filmlər tariximizin şərəfli səhifələrinin təbliğinə həsr olunub. Bundan əlavə biz gənclərimizlə, yeniyetmələrlə görüşürük. Təəssüf ki, gənclərimiz öyrənməyə, mütaliyəyə çox az həvəs göstərirlər.

-“Yeni Yurd” Sosial İnkişaf İctimai Birliyi Azərbaycanın tarixinin öyrənilməsi və tarixi şəxsiyyətlərimizin tanıdılması istiqamətində hansı işlər görür?

- Biz “Yeni Yurd” Sosial İnkişaf İctimai Birliyi olaraq hər zaman bütün bayramlarımızda əsgərlərimizin yanında oluruq. Azərbaycan Ordusu bu gün çox peşəkardır, yüksək səviyyədə təminatı var. Bu gün əsgərlərimizin yalnız mənəvi dəstəyə ehtiyacı var. “Yeni Yurd” Sosial İnkişaf İctimai Birliyinin məqsədi vətənpərvərlik ruhunun qaldırılmasına öz töhfəsini verməkdir. Təbii ki, tariximizlə, böyük şəxsiyyətlərimizlə bağlı bir çox sənədli filmlərin çəkilməsinə, kitabların işıq üzü görməsinə nail olmuşuq. Bu işlərimizi davam etdirəcəyik. Mənim fikrimcə, “Yeni Yurd” Sosial İnkişaf İctimai Birliyinin gördüyü işlər Azərbaycanın tarixinin öyrənilməsi və tarixi şəxsiyyətlərimizin tanıdılması istiqamətində çox əhəmiyyətlidir.

-28 May Azərbaycan Xalq Cümhuriyyəti ilə bağlı bədii filmlərin, sənədli filmlərin bu vaxta qədər yetərincə çəkilməməsi tariximizə biganəlik kimi dəyərləndirmək olarmı?

- Milli kino sahəsində problemlər çözülməyib. Heç şübhəsiz ki, təbliğat məsələlərində filmlərin çox böyük rolu ola bilər. Düşünürəm ki, bu məqamlar nəzərə alınaraq Azərbaycanın tarixi, milli dəyərlərimiz, Milli Qəhrəmanlarımız haqqında sanballı bədii filmlərimiz çəkiləcək. Biz “Yeni Yurd” Sosial İnkişaf İctimai Birliyi olaraq “Torpaq əgər uğrunda ölən varsa Vətəndir” filmi və digər sənədli filmləri çəkmişik. Qafqaz İslam ordusunun Bakını işğaldan azad etməsi və Çanaqqala zəfərinə həsr olunan "Torpaq əgər uğrunda ölən varsa Vətəndir" sənədl filmi Azərbaycanla bərabər bir sıra xarici ölkələrdə geniş təqdim olunub. Bu film Nuru Paşanın başçılıq etdiyi Qafqaz İslam Ordusunun şərəfli tarixindən bəhs edir. Onu demək istərdim ki, ”Yeni Yurd” Sosial İnkişaf İctimai Birliyinin çəkdiyi bir sıra sənədli filmlər geniş ictimaiyyətə təqdim olunub. Belə sənədli filmlər cəmiyyət üçün çox effektlidir.

-“Yeni Yurd” Sosial İnkişaf İctimai Birliyi həm Dağlıq Qarabağ münaqişəsi, həm də ümumilikdə tariximizlə bağlı gələcəkdə nə etmək fikrindədir?

-Biz QHT olaraq, vətəndaş olaraq hər zaman aktiv olmalıyıq. Azərbaycan müharibə şəraitində olan ölkədir. Bütün fəaliyyətimizlə dövlətimizə dəstək olmalıyıq. Biz “Yeni Yurd” Sosial İnkişaf İctimai Birliyi olaraq cəbhə bölgələrində əsgərlərimizlə daim təmasda oluruq. Belə mənəvi dəstək əsgərlərimiz tərəfdən çox yaxşı qarşılanır. Bundan əlavə sərhəd rayonlarımızda sosial əhəmiyyətli layihələrimizi davam etdirəcəyik. Həmçinin gələcəkdə tarixi şəxsiyyətlərimizlə bağlı, xüsusilə, Ümummilli Lider Heydər Əliyev, Məhəmməd Əmin Rəsulzadə və digər şəxsiyyətlərimiz haqqında sənədli filmlər çəkmək fikrindəyik.

Toğrul

Fact-info.az


Kateqoriya : MÜSAHİBƏ Baxış sayı : 515

QHT və MEDİA

2019-08-24 08:00:14

QHT və MEDİA
Əliməmməd Nuriyev: “Ermənilərin avantüri...
Əliməmməd Nuriyev: “Ermənilərin avantüri...

Ermənistan KİV-in məlumatına görə, Ermənistan hökuməti qondarma Dağlıq Qaraba...

2019-08-24 07:40:00

QHT və MEDİA
Dinlərarası və Sivilizasiyalarası Əməkda...
Dinlərarası və Sivilizasiyalarası Əməkda...

Mərkəzdən APA-ya daxil olan bəyanatda bildirilir ki, bu il Birləşmiş Millətlə...

CƏMİYYƏT

2019-08-23 07:40:56

CƏMİYYƏT
Soyqırımdan bəhs edən və ingilis dilində...
Soyqırımdan bəhs edən və ingilis dilində...

Onu da qeyd edək ki, filmin ssenari müəllifi Əkrəm Bəydəmirli, məsləhətçi Ni...

2019-08-20 21:55:46

CƏMİYYƏT
Pakistan mətbuatı Azərbaycandan yazdı...
Pakistan mətbuatı Azərbaycandan yazdı...

Jurnalda dərc olunan məqalədə Azərbaycan xalqının uzun sürən azadlıq arzuları...

İQTİSADİ

2019-08-25 09:35:02

İQTİSADİ
Qeyri-neft sektorunun inkişafına dəstək ...
Qeyri-neft sektorunun inkişafına dəstək ...

-Azərbaycanda qeyri neft sektorunun inkişafının sürətləndiyi dövrdə melorasi...

2019-08-21 09:00:05

İQTİSADİ
Altı ayın uğurları: Azərbaycan liderliyi...
Altı ayın uğurları: Azərbaycan liderliyi...

Məlum olduğu kimi, iyulun 31-də dövlət başçısının yanında bu ilin ilk altı ay...