SOSİAL
A- A A+

"Bir elin Şahları" sənədli filminin təqdimat mərasimi keçirildi

2019-05-18 08:45:18

Ermənistanın Azərbaycana qarşı hərbi təcavüzü nəticəsində 20 faizdən artıq Vətən torpağı işğal edildi, 1 milyondan artıq soydaşımız qaçqın və məcburi köçkünə çevrildi. İşğal edilən doğma Vətən torpaqlarının siyahısında Kəlbəcər rayonunun da adı var

1993-cü il aprelin 2-də düşmən tərəfindən işğal edilən rayonun Ermənistan Silahlı Qüvvələrindən azad edilməsi üçün BMT-nin bir neçə Qətnaməsi var. Respublikamızın ərazi bütövlüyü uğrunda gedən döyüşlər zamanı qəhrəmancasına həlak olan oğullardan biri əslən Kəlbəcər rayonunun Zülfüqarlı kəndindən olan polis mayoru Şahlar Əvəz oğlu Şükürovdur. Zərdab rayon Polis şöbəsində çalışan

Ş.Şükürov tez-tez valideynlərinin yaşadığı Zülfüqarlı kəndinə baş çəkər, rayonun müdafiəsi üçün əllərindən gələni əsirgəməzdi. Növbəti dəfə doğmalarına baş çəkməyə gedərkən erməni terrorçularının dinc əhaliyə qarşı pusqu qurduqlarının şahidi olur. O, sadə insanların həyatlarını xilas etmək üçün irəli atılır və bu zaman qəhrəmancasına həlak olur. Dövlət Başçısının 7 oktyabr 1992-ci il tarixli Fərmanı ilə Şahlar Əvəz oğlu Şükürova Azərbaycanın Milli Qəhrəmanı adı verilir(ölümündən sonra).

Mayın 17-də Bakıdakı Beynəlxalq Mətbuat Mərkəzində cəsur zabit Şahlar Şükürov haqda lentə alınan “Bir elin Şahları” sənədli filminin təqdimat mərasimi keçirildi. Mərasimi “Aşıq Şəmşir Mədəniyyət Ocağı” ictimai birliyi sədrinin müavini Həbib Misirov açdı. O, polis əməkdaşı olan Ş.Şükürovun mənalı ömür yolu haqda tədbir iştirakçılarına məlumat verdi. Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin nümayəndəsi Almaz xanım təmsil etdiyi dövlət qurumunun xəttilə indiyədək 80 şəhid Milli Qəhrəman haqda sənədli film çəkildiyini tamaşaçıların diqqətinə çatdırdı.Daha sonra filmə baxış oldu.

Film nümayiş edildikdən sonra “Bir elin Şahları” sənədli filminin ssenari müəllifi Qorxmaz Şıxalıyev, rejissor Vəli müəllim, “Azərnəşr” in baş redaktoru Əlövsət Ağalarov, tanınmış şair və şəhid atası Zakir Fəxri, ehtiyatda olan polkovnik Balay Nəsibov, jurnalist Adil Cəmil və başqaları içdiyi andına sadiq olan Şahlar Şükürovla bağlı maraqlı xatirələr danışdlar. Təklif edildi ki, bu tipli filmlərin respublikamızın orta ümumtəhsil və ali məktəblərində nümayiş edilməsi, kitabların təqdimatının keçirilməsi, beləliklə də, uşaq, yeniyetmə və gənclərin Vətənin qeyrətli oğullarını tanımaları üçün Azərbaycan Respublikasının Təhsil Nazirliyinə müraciət olunsun.

Şəhid Milli Qəhrəman Şahlar Şükürovun qardaşı, doktor Malik Şükürov, şəhidin ömür-gün yoldaşı xanım Elmira Əliyeva çıxış edərək sənədli filmin araya-ərsəyə gəlməsində zəhməti olanların hər birinə, o cümlədən, qiymətli vaxtlarından ayırıb tədbirə gələnlərə öz təşəkkürlərini bildirdilər.

Şamilə Şamilqızı.


Kateqoriya : SOSİAL Baxış sayı : 284

QHT və MEDİA

2019-06-19 10:10:23

QHT və MEDİA
Azərbaycan nümayəndə heyəti Vyanada Avst...
Azərbaycan nümayəndə heyəti Vyanada Avst...

Qafqaz Müsəlmanları İdarəsinin sədri Şeyxülislam Allahşükür Paşazadənin rəhbə...

2019-06-18 09:45:56

QHT və MEDİA
Ankarada Azərbaycan diplomatik xidmət or...
Ankarada Azərbaycan diplomatik xidmət or...

Konfransda Ankarada akkreditə olunan diplomatik korpusun rəhbərləri və təmsil...

CƏMİYYƏT

2019-06-19 15:25:56

CƏMİYYƏT
Hikmət Şikarov: “İmzalanan fərman və sə...
Hikmət Şikarov: “İmzalanan fərman və sə...

Dövlətimizin imkanları genişləndikcə daxili siyasətin əsas istiqamətlərindən ...

2019-06-17 10:45:20

CƏMİYYƏT
Litvada “Qara bağın faciəsi” kitabının i...
Litvada “Qara bağın faciəsi” kitabının i...

Litvanın Şaulyay şəhərində yazıçı-publisist Gintaras Visotskasın “Qara bağın ...

İQTİSADİ

2019-06-14 22:40:47

İQTİSADİ
SOCAR-ın AMEA ilə əməkdaşlığı çərçivəsi...
SOCAR-ın AMEA ilə əməkdaşlığı çərçivəsi...

Bu gün SOCAR-ın prezidenti Rövnəq Abdullayev və Şirkət rəhbərliyinin nümayənd...

2019-06-13 18:40:16

İQTİSADİ
Yohannes Han: “Azərbaycan Avropanı Avras...
Yohannes Han: “Azərbaycan Avropanı Avras...

Fact-info.az-ın APA-ya istinadən xəbərinə görə, bunu Avropa İttifaqının Avrop...