MÜSAHİBƏ
A- A A+

Polad Bülbüloğlu: Türkmənistanın Xalq artisti kimi yüksək ada görə fəxr edirəm

2019-05-17 09:20:50

.

Dövlətlərarası Humanitar Əməkdaşlıq Fondunun (DHƏF) idarə heyətinin sədri Polad Bülbüloğlu MDB ölkələrinin Yaradıcı və Elmi Ziyalılarının XIV forumundakı çıxışında gənclər siyasəti və təhsil mövzusunu davam etdirib.

AZƏRTAC “Turkmenistan seqodnya” agentliyinə istinadla xəbər verir ki, forumda MDB-nin ali orqanları tərəfindən bu məsələlərə dair 35 sənəd: ali təhsil haqqında diplomların tanınması barədə, pedaqoji işçilərin ixtisasının artırılması haqqında, MDB ölkələrinin əmək bazarlarında tələbat nəzərə alınmaqla mütəxəssislərin ixtisas səviyyəsinin artırılması və yenidənhazırlanması üçün 17 ali məktəbə MDB dövlətlərinin baza təşkilatları statusu verilməsi haqqında və sair sazişlər qəbul edilib.

Polad Bülbüloğlu mədəni əməkdaşlıq sahəsini xüsusi qeyd edərək, bu istiqamətdə ən mühüm layihə və tədbirləri, beynəlxalq və milli aksiyaları göstərib: musiqi, teatr və kino festivalları, birgə sərgilər, müsabiqələr, rəssamlar üçün emalatxanalar, seminarlar, konfranslar və s.

DHƏF rəhbərinin sözlərinə görə, 2007-2018-ci illərdə bu fond 735 çoxtərəfli layihənin həyata keçirilməsinə kömək edib, həmin layihələrdə MDB üzvü olan bütün ölkələrdən, habelə Baltikyanı dövlətlərdən və Gürcüstandan 500 mindən çox adam iştirak edib. 2019-cu il üçün 84 layihə planlaşdırılıb.

Polad Bülbüloğlu DHƏF-in bütün komandasına, bütün əvvəlki və gələcək layihələrin iştirakçılarına, hazırkı forumun təşkilatçılarına və ölkələrimiz üçün dinc humanitar məkan yaradılmasına öz gücünü, biliklərini və bacarıqlarını sərf edən hər kəsə təşəkkürünü bildirib.

Fondun sədri çıxışının sonunda Azərbaycan nümayəndəsi kimi qeyd edib ki, türkmən və Azərbaycan xalqlarını ortaq köklər bağlayır. 2017-ci ildə Türkmənistanın Xalq artisti kimi yüksək ada layiq görülmüş qonaq vurğulayıb ki, biz qədim oğuzların vahid ailəsinə mənsubuq və müxtəlif dialektlərdə olsa da, eyni dildə danışırıq. Türkmən və Azərbaycan xalqları arasında dil yaxınlığı və mədəniyyətlərimizin yaxınlığından əlavə, mental yaxınlıq da var və bu, bizim bir-birimizi sözsüz belə anlamağımıza imkan verir. Məhz bu səbəbdən, bir-birimizin musiqi və poetik irsimizə maraq bu dərəcədə yüksəkdir.

Polad Bülbüloğlu fürsətdən istifadə edərək, ona göstərilmiş etimada görə forumun tribunasından Türkmənistan Prezidenti Qurbanqulu Berdiməhəmmədova, habelə bütün türkmən xalqına dərin minnətdarlığını bildirib. DHƏF rəhbəri deyib: “Sizin etimadınızı doğrultmağa çalışacağam və bu yüksək adı ömrümün axırına qədər qürurla daşıyacağam”.


Kateqoriya : MÜSAHİBƏ Baxış sayı : 247

QHT və MEDİA

2019-06-19 10:10:23

QHT və MEDİA
Azərbaycan nümayəndə heyəti Vyanada Avst...
Azərbaycan nümayəndə heyəti Vyanada Avst...

Qafqaz Müsəlmanları İdarəsinin sədri Şeyxülislam Allahşükür Paşazadənin rəhbə...

2019-06-18 09:45:56

QHT və MEDİA
Ankarada Azərbaycan diplomatik xidmət or...
Ankarada Azərbaycan diplomatik xidmət or...

Konfransda Ankarada akkreditə olunan diplomatik korpusun rəhbərləri və təmsil...

CƏMİYYƏT

2019-06-19 15:25:56

CƏMİYYƏT
Hikmət Şikarov: “İmzalanan fərman və sə...
Hikmət Şikarov: “İmzalanan fərman və sə...

Dövlətimizin imkanları genişləndikcə daxili siyasətin əsas istiqamətlərindən ...

2019-06-17 10:45:20

CƏMİYYƏT
Litvada “Qara bağın faciəsi” kitabının i...
Litvada “Qara bağın faciəsi” kitabının i...

Litvanın Şaulyay şəhərində yazıçı-publisist Gintaras Visotskasın “Qara bağın ...

İQTİSADİ

2019-06-14 22:40:47

İQTİSADİ
SOCAR-ın AMEA ilə əməkdaşlığı çərçivəsi...
SOCAR-ın AMEA ilə əməkdaşlığı çərçivəsi...

Bu gün SOCAR-ın prezidenti Rövnəq Abdullayev və Şirkət rəhbərliyinin nümayənd...

2019-06-13 18:40:16

İQTİSADİ
Yohannes Han: “Azərbaycan Avropanı Avras...
Yohannes Han: “Azərbaycan Avropanı Avras...

Fact-info.az-ın APA-ya istinadən xəbərinə görə, bunu Avropa İttifaqının Avrop...