QHT və MEDİA
A- A A+

Azərbaycanın ictimai-siyasi həyatında QHT-lərin rolu məsələsi müzakirə olunub

2019-05-16 07:55:17

MDB Parlamentlərarası Assambleyasının Demokratiyanın, parlamentarizmin inkişafının və vətəndaşların seçki hüquqlarına riayət olunmasının monitorinqi Beynəlxalq İnstitutunun (MDB PAA DİMBİ) Bakı filialının təşkilatçılığı ilə mayın 16-da “Azərbaycan Respublikasının ictimai-siyasi həyatında QHT-lərin rolu” mövzusunda seminar keçirilib

Fact-info.az AZƏRTAC-a istinadən xəbər verir ki, tədbiri MDB PAA DİMBİ Bakı filialının direktoru Elman İmaməliyev açaraq seminarda müzakirə olunan mövzunun aktuallığına toxunub. O, Azərbaycan Respublikasında ictimai təşkilatların ölkənin həyatında oynadığı rolun öyrənilməsinin MDB-yə üzv ölkələrdə tətbiqi imkanlarının ümumiləşdirilməsinə xidmət etdiyini bildirib. Eyni zamanda, o, uyğun təcrübə mübadiləsinin MDB-yə üzv ölkələr arasında çoxtərəfli qarşılıqlı münasibətlərin inkişafına, eləcə də oxşar sahədə əməkdaşlıq imkanlarının genişlənməsinə yol aça biləcəyini diqqətə çatdırıb.

Direktor Azərbaycanda ictimai birliklərin fəaliyyətini tənzimləyən normativ baza, qeyri-hökumət təşkilatlarına dövlət dəstəyi, fondların, həmkarlar ittifaqlarının, peşə birliklərinin, siyasi partiyaların cəmiyyətin həyatında rolu kimi fəsilləri əks etdirən elmi-araşdırma işinin hazırlandığını və onun qısa xülasəsi əsasında iki dildə nəşr edilən əyani vəsaitlərin iştirakçılara paylanılacağını bildirib.

Milli Məclisin deputatları Hikmət Babaoğlu, Şahin İsmayılov, "İki sahil" qəzetinin baş redaktoru Vüqar Rəhimzadə, Beynəlxalq Avrasiya Mətbuat Fondunun sədri Umud Mirzəyev, “Konstitusiya” Araşdırmalar Fondunun sədri Əliməmməd Nuriyev, Milli Qeyri-Hökumət Təşkilatları Forumunun vitse-prezidenti Nüşabə Məmmədova, Azərbaycan Texniki Universitetinin kafedra müdiri Şikar Qasımov, Azərbaycan Mətbuat Şurasının İdarə Heyətinin üzvü Azər Həsrət, Azərbaycan Respublikası Gənclər Təşkilatları Milli Şurasının sədri Məryəm Məcidova, Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının şöbə müdirinin müavini Əli Cəfərov, YAP Yasamal rayon təşkilatının Qadınlar Şurasının büro üzvü Sədaqət Əbdürəhmanova, Azərbaycan Demokratik Tələbə Gənclər Təşkilatının sədri Asif Əsgərli, Milli Qeyri-Hökumət Təşkilatları Forumunun prezidentinin müşaviri Əhməd Qəşəmoğlu Azərbaycanın ictimai-siyasi həyatında QHT-lərin rolu ilə bağlı fikirlərini bölüşüblər.


Kateqoriya : QHT və MEDİA Baxış sayı : 332

QHT və MEDİA

2019-10-17 10:10:15

QHT və MEDİA
Ukrayna Analitik Mərkəzinin rəhbəri: Azə...
Ukrayna Analitik Mərkəzinin rəhbəri: Azə...

Azərbaycan türkdilli ölkələr arasında güclü iqtisadiyyata və nüfuza malik döv...

2019-10-16 16:20:39

QHT və MEDİA
Müstəqil dövlətin azad övladları
Müstəqil dövlətin azad övladları

15.10.2019-cu il tarixində Şamaxı rayon Sabir qəsəbə tam orta məktəbində Azər...

CƏMİYYƏT

2019-10-15 06:55:21

CƏMİYYƏT
Azərbaycanda multikultural cəmiyyət qurm...
Azərbaycanda multikultural cəmiyyət qurm...

Bu günlərdə türk dünyasının gözü, qulağı Bakıdadır, Azərbaycandan yeni-yeni x...

2019-10-10 07:10:35

CƏMİYYƏT
Kövrək duyğuların poetik ifadəsi
Kövrək duyğuların poetik ifadəsi

Mən bu qənaətə Şahrun Süleymanlının "Keçmişdə gəzinti" şeirlər toplusunu oxu...

İQTİSADİ

2019-10-10 08:35:55

İQTİSADİ
Azərbaycan qlobal rəqabət reytinqində ir...
Azərbaycan qlobal rəqabət reytinqində ir...

Azərbaycan qlobal rəqabət reytinqində irəliləyərək, 141 ölkə arasında 58-ci y...

2019-10-08 12:00:37

İQTİSADİ
Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasın...
Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasın...

Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının (TDƏŞ) Bakıda keçiriləcək Zirvə To...