QHT və MEDİA
A- A A+

“Üzeyir Hacıbəyli və davamçıları” kitabı macar dilində nəşr edilib

2015-09-19 13:05:14

Azərbaycan professional musiqisinin banisi, dahi bəstəkar Üzeyir Hacıbəylinin anadan olmasının 130 illiyi münasibəti ilə ölkəmizin Macarıstandakı səfirliyinin təşəbbüsü ilə sənətşünaslıq doktoru, Azərbaycan MEA-nın müxbir üzvü Zemfira Səfərovanın "Üzeyir Hacıbəyli və davamçıları" kitabı Budapeştdə macar dilində nəşr edilib

Əsərin tərcüməçisi indiyə qədər Azərbaycan ədəbiyyatından bir sıra nümunələri çevirən Tamaş Varhegidir.

 Səfir Vilayət Quliyev kitaba "Dahi bəstəkar. Böyük vətəndaş" adlı geniş müqəddimə yazıb. Əsərin "Əlavələr" bölməsində Azərbaycan musiqi alətləri və Azərbaycan xalq musiqisinin əsas janrları haqqında məlumatlar yerləşdirilib.

 Kitab təmənnasız şəkildə Ferens List Musiqi Akademiyasına, habelə musiqi məktəblərinin kitabxanalarına hədiyyə edilir.

 Üzeyir Hacıbəylinin anadan olmasının 130 illiyi ilə bağlı Budapeştdə başqa bir mühüm tədbir də hazırlanır. Bu da "Dunay" simfonik orkestrinin ifasında Azərbaycan bəstəkarının əsərlərindən ibarət konsertdir. Dekabrın ilk ongünlüyündə baş tutacaq konsertin dirijoru Azərbaycanın xalq artisti, professor Yalçın Adıgözəlov olacaq.  


Kateqoriya : QHT və MEDİA Baxış sayı : 1301

QHT və MEDİA

2020-06-06 10:20:15

QHT və MEDİA
“İngiltərənin geosiyasi maraqlarında “er...
“İngiltərənin geosiyasi maraqlarında “er...

Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin təşəbbüsü...

2020-06-05 16:35:29

QHT və MEDİA
Ermənilərin soydaşlarımıza qarşı törətdi...
Ermənilərin soydaşlarımıza qarşı törətdi...

Demokratik cəmiyyət quruculuğu yolunda sürətlə irəliləyən, sosial-iqtisadi sa...

CƏMİYYƏT

2020-06-04 18:35:30

CƏMİYYƏT
Ekoloji təhlükəsizlik siyasəti
Ekoloji təhlükəsizlik siyasəti

Əvvəl "Ekoloji təhlükəsizlik" nədir sualına aydınlıq gətirməyə çalışaq. Ekolo...

2020-06-03 08:40:48

CƏMİYYƏT
Azərbaycan Ordusu - 102
Azərbaycan Ordusu - 102

“Danışıqlar öz yerində, ancaq indi dünyada siz də yaxşı görürsünüz ki, güc a...

İQTİSADİ

2020-05-29 09:30:52

İQTİSADİ
Azərbaycan postpandemiya dövründə biznes...
Azərbaycan postpandemiya dövründə biznes...

Dünyanın aparıcı şirkətlərinin Azərbaycana marağı artmaqdadır. Hətta pandemiy...

2020-05-15 10:35:56

İQTİSADİ
Azərbaycan Qafqazdan keçən Avrasiya nəql...
Azərbaycan Qafqazdan keçən Avrasiya nəql...

Azərbaycan Qafqaz regionundan keçən Avrasiya nəqliyyat marşrutlarının inkişaf...