SİYASƏT
A- A A+

Prezident İlham Əliyev Brüsseldə Azərbaycanın Belçika Krallığındakı səfirliyinin yeni binasının açılışında iştirak edib

2019-05-15 07:30:14

.

ONA-nın məlumatına görə, Azərbaycanın Belçikadakı səfiri Fuad İsgəndərov və binanın dizayneri, Belçikanın tanınmış memarı Filip Vanhereveqe dövlət başçısına görülən işlər barədə məlumat veriblər.

Brüsselin Tervuren prospektində yerləşən bina 2014-cü ildə Azərbaycan Respublikasının Belçika Krallığındakı səfirliyi tərəfindən alınıb, daxili əsaslı təmir edilib, fasadı isə yenilənib. Bina Avropa təsisatlarına çox yaxın məsafədə, Parmentier parkının yaxınlığında, çoxsaylı diplomatik missiyaların yerləşdiyi prospektdədir.

Azərbaycan Prezidenti binanın rəmzi açılışını bildirən lenti kəsiv.

Dövlət başçısı binada yaradılan şəraitlə tanış olub. Binanın girişi dövlət rəmzləri ilə bəzədilib. Burada dünyanın müxtəlif şəhərlərinin məşhur muzeylərində saxlanılan Azərbaycan xalçalarının fotoları, həmçinin 1870-ci il Təbriz xalçası nümunəsində əllə toxunmuş xalça da var. Daxili tərtibat işləri zamanı Qobustan qayaüstü rəsmlərinə də yer ayrılıb. Binanın birinci və ikinci mərtəbələri səfirliyin iş otaqları üçün nəzərdə tutulub. Burada səfirin, müşavirlərin və digər əməkdaşların, həmçinin konsulluq xidmətinin işçilərinin otaqları bütün zəruri avadanlıqla təchiz olunub. Bir sözlə, əməkdaşların səmərəli fəaliyyəti üçün binada hər cür şərait var. Binada, həmçinin səfirlik işçilərinin mənzilləri yerləşir.

Dövlət başçısı səfirliyin əməkdaşları ilə xatirə şəkli çəkdirib.

Mayın 14-də prezident İlham Əliyevin Belçika Krallığına işgüzar səfəri başa çatıb.

*** 17:17

Azərbaycanın Belçika Krallığındakı səfirliyinin yeni binasının açılışı olub.

ONA-nın xəbərinə görə, bu barədə Azərbaycan XİN-in mətbuat katibi Leyla Abdullayeva "Twitter" səhifəsində məlumat verilib.

Məlumatda bildirilir ki, açılış mərasimində Azərbaycan Prezidenti İlham Əliyev iştirak edib.


Kateqoriya : SİYASƏT Baxış sayı : 200

QHT və MEDİA

2019-07-18 14:25:20

QHT və MEDİA
Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəst...
Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəst...

Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dö...

2019-07-18 11:05:04

QHT və MEDİA
“Gənclik İlləri” adlı kitab təqdim olund...
“Gənclik İlləri” adlı kitab təqdim olund...

Tədbiri giriş sözü ilə acan Xurşudbanu Natavan adına kitabxananın müdiri Tura...

CƏMİYYƏT

2019-07-19 08:40:08

CƏMİYYƏT
Akademik Azərbaycan Xalq Cümhiriyyətini...
Akademik Azərbaycan Xalq Cümhiriyyətini...

Azərbaycan Respubliksının Prezidenti İlham Əliyevin 27 may 2019-cu il tarixli...

2019-07-16 08:20:48

CƏMİYYƏT
Müharibə şəraitində mediamız
Müharibə şəraitində mediamız

Ancaq bəzi məqamları diqqətsiz buraxmaq olmur. Ümumiyyətlə, jurnalistikanın ...

İQTİSADİ

2019-07-17 08:50:31

İQTİSADİ
100,6 milyard dollar investisiya yatırıl...
100,6 milyard dollar investisiya yatırıl...

Energetika Nazirliyindən bildirilib ki, Energetika naziri Pərviz Şahbazov ADA...

2019-07-16 09:25:35

İQTİSADİ
Aİ-Azərbaycan: strateji tərəfdaşlığın ak...
Aİ-Azərbaycan: strateji tərəfdaşlığın ak...

Bir sıra ekspertlər son zamanlar Avropa İttifaqı-Azərbaycan münasibətlərində ...