SOSİAL
A- A A+

Pirallahıda hesabat yığıncağı keçirilib

2019-05-14 10:00:40

.

Mayın 13-də Bakı şəhəri Pirallahı Rayon İcra Hakimiyyəti başçısının 2019-cu ilin birinci rübünün sosial-iqtisadi inkişafın yekunlarına və qarşıda duran vəzifələrə dair hesabat yığıncağı keçirilmişdir. Hesabat yığıncağında Milli Məclisin deputatı Rauf Əliyev, Azərbaycan Respublikası Prezidenti Administrasiyasının məsul işçisi Orxan Bayramov, rayonun idarə, müəssisə, təşkilatlarının rəhbərləri və ictimaiyyət nümayəndələri iştirak etdilər.

Hesabat yığıncağını giriş sözü ilə Pirallahı Rayon İcra Hakimiyyətinin başçısı Vasif İmanov açaraq aprelin 30-da Prezident cənab İlham Əliyevin sədrliyi ilə Nazirlər Kabinetində 2019-cu ilin birinci rübünün sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş iclası keçirildiyini tədbir iştirakçılarının nəzərinə çatdırdı. Qeyd edildi ki, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə dövlətimizin müstəqilliyi daha da möhkəmlənmiş, ölkəmiz sabitlik və davamlı inkişaf diyarına çevrilmişdir. Azərbaycan bu gün həm siyasi, həm də iqtisadi cəhətdən dünyanın qüdrətli dövlətlərindən birinə çevrilib. İqtisadi artım tempinə görə ölkəmiz nəinki regionda, həm də dünyada lider mövqeyə çatıb. İnsana qayğı, onun maddi, mənəvi tələbatlarının ödənilməsi üçün zəruri şəraitin yaradılması Prezident İlham Əliyevin apardığı siyasətin prinsiplərindəndir. V.İmanov diqqətə çatdırdı ki, 2018-ci ilin prezident seçkilərindən sonra Prezidentin ilk Fərmanı şəhidlərin vərəsələrinə veriləcək 11 min manat vəsaitin ödənilməsi ilə bağlı idi. Hazırda 12 min 200-dən çox şəhid ailəsinə dövlət tərəfindən 11 min manat ödəniş edilib və bu ilin sonuna qədər bu proqram tam icra olunacaqdır. Buna paralel olaraq, şəhid ailələrinə verilən müavinətlər 242 manatdan 300 manata, Əfqanıstanda həlak olanların ailələrinə verilən müavinətlər 220 manatdan 300 manata qaldırılmışdır.

Məcburi köçkünlərlə bağlı bu il bir çox proqramlar icra edilir. Bu il 7 minə qədər köçkün ailəsi yeni mənzillərlə, evlərlə, 800-ə qədər şəhid ailəsi mənzillə təmin ediləcəkdir. Hörmətli Prezidentimiz tərəfindən minumum əməkhaqqları və minumum pensiyalarla bağlı çox ciddi qərarlar qəbul edildi. Minimum əmək haqqları 130 manatdan 180 manata, minumum pensiyaların məbləği isə 116 manatdan 160 manata qədər artırılmışdır və bu artımlar təxminən 823 min insanın təminatını yaxşılaşdıracaqdır. Uzun illər ərzində, vətəndaşları narahat edən problemlərdən biri də vaxtilə tikilmiş və hansısa səbəblərə görə, rəsmi olaraq, istismara qəbul edilməmiş çoxmənzilli binaların sənədləşməsi məsələsi idi. Cənab İlham Əliyevin imzaladığı bir Fərmanla bu problem də həllini tapdı. Fərmanın tətbiqi dörd yüz çoxmənzilli binada yaşayan təxminən 60 minə yaxın ailəni problemlərini həll edəcəkdir. Təqribən 100 minə yaxın tələbənin təqaüdü artırılmış və Prezidentimizin bu addımı tələbələrdə böyük ruh yüksəkliyi yaratmaqla, həm də onlar arasında motivasiyanı gücləndirmişdir. Uzun illər idi ki, vətəndaşlarımızı narahat edən məsələlərdən biri də problemli kreditlərlə bağlı idi. Bununla bağlı Cənab Prezidentin verdiyi qərar dünyada bəlkə də analoqu olmayan tarixi bir hadisədir. Bu Fərman 800 mindən çox ailənin əhatə edəcəkdir ki, bu da, təxminən 1,5 milyard manatdan çox vəsait deməkdir. Həmçinin Cənab prezidentin Şamaxı, İsmayıllı və Ağsuda təbii fəlakətin nəticələrinin aradan qaldırılması üçün imzaladığı sərəncam, “Diqlas”da baş verən yanğınla bağlı verdiyi tapşırıqlar bir daha onun hər zaman Azərbaycan vətəndaşının yanında olduğunu göstərdi.

Son altı ildə paytaxtımız Bakı şəhərinin rayonları sırasında öz layiqli yerini tutmuş Pirallahının inkişaf yolunda olduğunu söyləyən V.İmanov rayonda həyata keçirilən layihələr, ictimai-siyasi sahədə yeni uğurlu nəticələr barədə ətraflı məlumat verdi. RİH-in başçısı çıxışı zamanı qeyd etdi ki, Pirallahı qəsəbəsi S.Vurğun küçəsində qəzalı evlərdə yaşayan sakinlərin mənzil-məişət şəraitinin yaxşılaşdırılması məqsədilə inşa olunan ikisi 6, biri isə 9 mərtəbəli olan 3 ədəd yeni yaşayış binasının tikintisi aparılır. Növbəti mərhələdə inşa olunan 6 ədəd yaşayış binalarında isə dəmir-beton karkasının qurulması və betonlanması işləri aparılmışdır. Bundan əlavə Pirallahı qəsəbəsində məcburi köçkün ailələrinin yaşayış şəraitinin yaxşılaşdırılması üçün ayrılmış 3 ha ərazidə 2 ədəd 9 mərtəbəli, 2 girişli, 72 mənzilli; 1 ədəd isə 9 mərtəbəli, 6 girişli, 162 mənzilli binalar, 220 şagird-yerlik məktəb binasının və müvafiq texniki infrastrukturun tikintisi davam etdirilir.

Pirallahı qəsəbəsində inzibati mərkəz üçün ayrılmış ərazidə Pirallahı RİH-in inzibati binasında, həmçinin Gənclər Mərkəzində və “Mirvari” Park-kompleksində son tamamlanma işləri aparılır. «Nümunəvi Həyətlər» layihəsi çərçivəsində aparılan işlər davam etdirilir. Pirallahı rayonu Gürgən qəsəbəsinin daxili yollarının yenidən qurulması işləri aparılır. Yolun uzunluğu 2 km, yolun hərəkət hissəsi 7 metr olacaq və yol 3-cü texniki dərəcəyə uyğun yenidən qurulacaq.

Həmçinin natiq çıxışında bildirdi ki, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin dəstəyi ilə yaradılan, uşaqların dövlət uşaq müəssisələrinə düşməsinin qarşısının alınması, çətin həyat şəraitində olan uşaqların və ailələrin sosial xidmətlərə çıxışının təmin edilməsi məqsədi ilə Bakı şəhər rayonları arasında yaradılacaq ilk “Pirallahı Uşaq Günərzi və Reabilitasiya Mərkəzi” 50 nəfər uşağa gündəlik qayğı, 50 uşağa isə reabilitasiya xidmətləri göstəriləcək. Ümumilikdə 100 uşaq sosial xidmətlərdən faydalana biləcək.

Vasif İmanov eyni zamanda Pirallahı rayonunda qaz, elektrik enerjisi, istilik, su təchizatı və kanalizasiya sistemlərinin yaxşılaşdırılması istiqamətində işlərin davam etdirildiyini tədbir iştirakçılarının diqqətinə çatdırdı. Sənaye sahəsində görülən işlərdən söz açan V.İmanov vurğuladı ki, ölkə başçısının 14 sentyabr 2016-cı il tarixli sərəncamına əsasən yerli əczaçılıq sənayesinin təşkili məqsədilə yaradılmış Pirallahı Sənaye Parkında dərman preparatları, eləcə də şpris istehsalı zavodlarının yaradılması istiqamətində işlər davam etdirilir. Şpris istehsalı zavodu yaxın vaxtlarda istifadəyə veriləcək. 2019-cu ilin II rübündə Azərbaycan-Rusiya birgə müəssisəsi olan "R-Pharm” MMC tərəfindən dərman vasitələrinin qablaşdırılmasına başlanması nəzərdə tutulur.

“Nərəkənd” balıqyetişdirmə kompleksində qapalı tipli fermaların dam örtüyünün quraşdırılması və hovuzların dəmir-beton konstruksiya işləri tamamlanmışdır. Kompleksin ümumi sahəsi 2,86 ha, fermanın tikinti sahəsi 6560 kvadrat metr, illik istehsal gücü 75 ton rus nərəsi, 25 ton çökənin əti və 4 ton kürü nəzərdə tutulmuşdur. Bundan əlavə sahil boyu və körpü ətrafında dəniz akvatoriyasının təmizlənməsi və genişləndirilməsi işləri aparılmışdır. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırığına əsasən əhalinin ərzaq məhsulları ilə təminatının yaxşılaşdırılması, o cümlədən çeşidini genişləndirməklə seçmək və əlverişli qiymətə almaq imkanının yaradılması məqsədilə hər həftənin şənbə və bazar günlərində Pirallahı qəsəbəsi, K.Rzayev küçəsində yarmarka təşkil olunur.

Ətraf mühitin qorunması, ekoloji tədbirlər və turizmin inkişafından danışan V.İmanov diqqətə çatdırdı ki, hesabat dövrü 2800-dən çox müxtəlif növ ağac və gül kolları əkilmişdir. O cümlədən 1500 ədəd eldar şamı, 150 ədəd sərv ağacı, 1000 ədəd oleandr, 150 ədəd isə qızılgül kolu əkilmişdir.

Hesabat ətrafında çıxış edən “Azərsu” ASC Pirallahı rayon Su-kanal idarəsinin rəisi Əli Kərimli, DSMF-nun Pirallahı rayon bölməsinin müdiri Xançoban Dəmirov, 10 saylı BŞX-nın baş həkimi Ələddin Muxtarov əldə olunmuş uğurlardan, mövcud problemlər və onların aradan qaldırılması yollarından danışdılar. Zalda quraşdırılmış səyyar mikrofon önünə yaxınlaşan sakinlərin rayon rəhbərliyinə sualları və müraciətləri ətraflı cavablandırıldı.

Milli Məclisin deputatı Rauf Əliyev, Prezident Administrasiyasının məsul əməkdaşı Orxan Bayramov cənab Prezidentin rəhbərliyi ilə respublikada davam edən hərtərəfli, geniş və sürətli tərəqqidən ətraflı bəhs etmiş, dövlət başçısının həyata keçirdiyi yeni iqtisadi islahatlar, qeyri-neft sektorunun və sahibkarlığın inkişafına göstərdiyi diqqət və qayğının ölkə ictimaiyyəti tərəfindən böyük razılıq və rəğbətlə qarşılandığını bildirmiş, Pirallahı rayonunda görülən işləri müsbət dəyərləndirmişlər.

Yekunda rayonun sosial-iqtisadi və mədəni inkişafına öz töhfələrini vermiş, ictimai həyatında fərqlənmiş, keçirilən tədbirlərdə fəal iştirak etmiş şəxslərin Pirallahı Rayon İcra Hakimiyyəti tərəfindən mükafatlandırılması mərasimi keçirildi.


Kateqoriya : SOSİAL Baxış sayı : 380

QHT və MEDİA

2019-11-15 09:10:51

QHT və MEDİA
UNESCO-da ölkəmizin bu quruma verdiyi tö...
UNESCO-da ölkəmizin bu quruma verdiyi tö...

Mədəniyyətlərarası dialoqun təşviqi sahəsində Azərbaycan UNESCO-nun əsas tərə...

2019-11-14 18:30:59

QHT və MEDİA
Şuranın dəstəyi ilə yaradılan grant.az s...
Şuranın dəstəyi ilə yaradılan grant.az s...

Tədbirdə dövlət qurumlarının nümayəndələri , QHT rəhbərləri və media əməkdaşl...

CƏMİYYƏT

2019-11-14 10:20:06

CƏMİYYƏT
Daşkənddə rus tarixçinin “Qarabağ münaqi...
Daşkənddə rus tarixçinin “Qarabağ münaqi...

Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin (AMM) lay...

2019-11-12 09:45:14

CƏMİYYƏT
Konstitusiyamız və milli ideologiyamız...
Konstitusiyamız və milli ideologiyamız...

Müstəqil Azərbaycan Respublikasının ilk Konstitusiyasının qəbul edilməsindən ...

İQTİSADİ

2019-11-13 10:20:32

İQTİSADİ
Vyanada Azərbaycan turizminin təqdimatı ...
Vyanada Azərbaycan turizminin təqdimatı ...

Dövlət Turizm Agentliyi, Azərbaycan Turizm Bürosu, Azərbaycan Mədəniyyət Mər...

2019-11-11 10:20:07

İQTİSADİ
Azərbaycanın nəqliyyat infrastrukturu və...
Azərbaycanın nəqliyyat infrastrukturu və...

Azərbaycanın nəqliyyat infrastrukturu və siyasi sabitliyi "Bir kəmər, bir yol...