CƏMİYYƏT
A- A A+

Şuşa və Ağdamda olan tarixi abidələrin peyk görüntüləri hazırlanacaq

2019-05-11 10:05:05

Mədəniyyət Nazirliyinin yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidməti və “Azərkosmos” Açıq Səhmdar Cəmiyyəti (ASC) arasında görüş keçirilib

Görüşdə “Azərbaycan Respublikasında peyk vasitəsilə Yerin məsafədən müşahidəsi xidmətlərinin inkişafına dair 2019-2022-ci illər üçün Dövlət Proqramı”nın icrası ilə əlaqədar məsələlər müzakirə olunub.

Görüşdə vurğulanıb ki, Dövlət proqramının həyata keçirilməsi üzrə tədbirlər planında peyk təsvirlərindən istifadə etməklə turizm nümayiş obyektlərinin (qoruqlar və mədəni irs obyektləri) qorunmasına dəstək göstərilməsi nəzərdə tutulub.

Eyni zamanda, görüşdə “Azərkosmos” tərəfindən “Yer müşahidə məlumatlarının mədəniyyət sahəsində tətbiqi” mövzusunda təqdimat olub. Təqdimatda peyklərin xüsusiyyətləri, dövlət proqramının məqsədləri və gözlənilən nəticələr haqqında məlumat verilib. Nümayiş olunan təqdimatda işğal altında qalan torpaqlarımızda, xüsusi ilə Şuşa və Ağdamda olan tarixi abidələrin peyk görüntüləri yer alıb.

Qeyd olunub ki, ilkin mərhələ üçün yaxın vaxtlarda “Azərkosmos” tərəfindən mədəni irs sahəsində pilot layihə təqdim olunacaq. Layihədə müəyyən olunmuş ərazidə yerləşən tarixi abidələrin peyk görüntüləri hazırlanacaq.


Kateqoriya : CƏMİYYƏT Baxış sayı : 175

QHT və MEDİA

2019-06-14 07:00:21

QHT və MEDİA
Sərhədçilərimiz 5.1 km uzunluğunda dövlə...
Sərhədçilərimiz 5.1 km uzunluğunda dövlə...

Dövlət Sərhəd Xidmətinin mətbuat xidmətindən APA-ya verilən xəbərə görə, dövl...

2019-06-12 11:30:45

QHT və MEDİA
Azay Quliyev: "Bölgədə həll olunmayan m...
Azay Quliyev: "Bölgədə həll olunmayan m...

Heç kim üçün sirr deyil ki, soyuq müharibənin başa çatması beynəlxalq gərginl...

CƏMİYYƏT

2019-06-15 09:00:41

CƏMİYYƏT
Türk dünyasında milli mücadilə və ədəbiy...
Türk dünyasında milli mücadilə və ədəbiy...

Azərbaycan Milli Elmlər Akademiyasının Mərkəzi Elmi Kitabxanasında Nizami Gən...

2019-06-12 08:50:53

CƏMİYYƏT
Şanlı tarix: müstəqillik və inkişaf yolu...
Şanlı tarix: müstəqillik və inkişaf yolu...

28 May – Respublika Günü münasibətilə rəsmi qəbulda çıxışı zamanı Prezident İ...

İQTİSADİ

2019-06-14 22:40:47

İQTİSADİ
SOCAR-ın AMEA ilə əməkdaşlığı çərçivəsi...
SOCAR-ın AMEA ilə əməkdaşlığı çərçivəsi...

Bu gün SOCAR-ın prezidenti Rövnəq Abdullayev və Şirkət rəhbərliyinin nümayənd...

2019-06-13 18:40:16

İQTİSADİ
Yohannes Han: “Azərbaycan Avropanı Avras...
Yohannes Han: “Azərbaycan Avropanı Avras...

Fact-info.az-ın APA-ya istinadən xəbərinə görə, bunu Avropa İttifaqının Avrop...