QHT və MEDİA
A- A A+

Müharibə veteranından irad

2019-05-09 21:00:40

11 şəhərə “Qəhrəman şəhər” statusu veriləndə Bakı niyə “yada” düşmədi?!

Azərbaycan 1941-1945-ci illərdə, İkinci Dünya müharibəsində bütün maddi imkanlarını və hərbi mükəlləyyətli vətəndaşlarını səfərbər edərək alman faşizmi üzərində Qələbənin əldə olunmasında fədakarcasına iştirak edərək müstəsna xidmətlər göstərmişldir.

İkinci Dünya müharibəsi zamanı, təkcə Azərbaycandan 440 min nəfər azərbaycanlı müharibəyə səfərbər edilib ki, onun da 10 min nəfəri qadın olmuşdur. Ən dəhşətlisi budur ki, bu müharibədən geri qayıtmayanların sayı 420 min nəfər olmuşdur.

İkinci Dünya müharibəsi illərində Azərbaycan xalqı həm ön cəbhədə, həm də arxa cəbhədə böyük qəhrəmanlıq və igidlik nümunələri göstərib. Qısa müddətdə respublikada 87 qırıcı təyyarə batalyonu və 1124 özünümüdafiə dəstələri təşkil olunub. Azərbaycan diviziyaları Qafqazdan Berlinəcən şanlı döyüş yolu keçib.

İkinci Dünya müharibəsində ən yüksək fəxri adı alan Sovet İttfaqı Qəhramanı 121 nəfər olmuşdur ki, onlardan da 43 nəfəri azərbaycanlıdır. 30 nəfər Azərbaycan əsgər və zabiti Şərəf ordeni ilə, 170 min nəfər isə SSRİ-nin müxtəlif orden və medalları ilə təltif edilib. İki dəfə Sovet İttifaqı Qəhrəmanı Həzi Aslanov, Sovet İttifaqı qəhrəmanları İsrafil Məmmədov, Qafur Məmmədov, Ruslan Vəzirov, Adil Quliyev, Ziya Bünyatov, Gəray Əsədov, Məlik Məhərrəmov, Mehdi Hüseynzadə, generallar Mahmud Əbilov, Akim Abbasov, Tərlan Əliyarbəyov, Hacıbaba Zeynalov və s. öz qəhrəmanlığı ilə xalqımızın şərəfli tarixinə yeni sətirlər yazıblar.

Müharibə illərində Azərbaycanda yüngül və yeyinti sənayeləri cəbhə üçün işləməyə başlayıb, Bakı şəhəri isə qısa müddətdə döyüşən ordunun ən mühüm cəbhəxanasına çevrilərək, böyük çətinliklərə baxmayaraq, neftçilərimizin fədakarlıqları nəticəsində cəbhəni yanacaqla təmin etmişdir.

Alman faşizimi üzərində qələbəni əldə etmək üçün Bakı neftçiləri 1941-1945-ci illərdə geçə-gündüz əzmlə çalışaraq 75 milyon ton neft istehsal edərək müharibəyə yardım etmişdir. Xususi ilə qeyd etmək istəyirəm ki, II Dünya müharibəsində Sovet aviyasiya benzininin 85-90 %-ni Bakı neftçiləri vermişdi. İkinci Dünya müharibəsində Bakının, konkret olaraq Bakı neftinin həlledici rolu həm tarixçilər, həm də müharibənin iştirakçıları olan dövlətlər tərəfindən birmənalı olaraq təsdiq edilir.

1941-cı ildə SSRİ-də çıxarılan 33 milyon ton neftin 23,5 milyon tonu Bakının payına düşürdü. Neftin 70-75 %-i, benzinin 85-90 %-i Bakıda istehsal olunurdu. Əgər Bakının nefti və Azərbaycan xalqının misilsiz xidmətləri olmasa idi, Sovet İttifaqının faşizimin üzərində qələbəsi mümkün olmazdı. Belə ki, neftinə görə Bakı bütün müharibə dövründə tam mühasirə şəraitində yaşamış və sonadək əzmlə mübarizə aparmışdır.

Bakı nefti faşizm üzərində qələbə qazanılmasında əsas amiliərdən biri oldu. Bunu demək kifayətdir ki, hər beş təyyarənin, hər beş tankın, hər beş avtomobilin dördü Bakı benzini ilə işləyirdi. İkinci Dünya müharibəsi Azərbaycan xalqının fədakar, qəhrəman, cəsərətli xalq olmasını bir daha sübut etdi.

Buna görə də, 1941-ci ilin qışında Moskvanı düşmənə verməyin münkünlüyünü araşdıran sovet rəhbərliyinin Bakı-Mahaçqala istiqamətində 1000 kilometirlik müdafiə xətti yaratması Bakı neftini əldən verməmək isdəyindən irəli gəldi.

Müharibə müddətində Azərbaycan hospitallarında bir miliyondan artıq yaralı müalicə olmuşdur ki, onların da yarsının həyatlarını xilas etmək münkün olmadığı üçün, Bakıda qardaşlıq məzarlarında dəfin olunmuşlar.

Bakı Sovet ordusunun çəbhəxanası idi, Bkıda 130 adda silah, Sinakin pulamiyotu istehsal edilirdi. Azərbaycan döyüşçülərinin ilk qəhrəmanlıq sədası 1941-ci il iyununda Brest qalasından gəlmişdir. İkinci Dünya müharibəsində 5 milli atıcı divizyamız: 1920-ci ildə yaranan və 1942-ci ildə bərpa edilən 77, 1941-ci il avqustunda yaradılmış 402, oktyabrda 223, 1942-ci ilin martında yaradılmış 416, sentyabrında yaradılmış 271-ci divizyalarımız böyük qələbəyədək qəhrəmancasına döyüşmüşdür. Döyüşdükləri ərazilərdə göstərdikləri sücaətlərə görə 416-cı divizya Taqanroq, 271-ci divizya Qarlovka, 77-ci divizya Simferopol, 223-cü divizya Belqrad Fəxri adlarını almışdır.

Böyük Vətən Müharibəsi illərində sovet döyüş texnikasını yanacaq və sürtkü yağları ilə vaxtı-vaxtında artıqlaması ilə təmin etdiyi üçün 10 dəfə SSRİ-nin ən yüksək ordenləri və ali bayraqları ilə təltif olunduqu halda necə olur ki, mühribədən sonra 11 şəhərə “Qəhrəman şəhər” statusu veriləndə Bakı “yada” düşmədi?! Qəhrəman şəhər statusuna layiq görülmüş şəhərlər isə Moskva, Leninqrad (S.Peterbruq), Stalinqrad (Volqoqrad), Kiev, Minisk, Odessa, Tula, Brest, Kerç, Novorassiysk və Sevestopol şəhərləri olmuşdur.

Təəssüflər olsun ki, alman façizimi üzərində qələbədən 74 il keçməsinə baxmayaraq, bu vaxta kimi keçmiş SSRİ-nin varisi sayılan Rusiya Federasiyasının rəhbərlikləri və Dövlət Dumasının biganəliyi, ögey münasibətləri səbəbindən Azərbaycanın paytaxtı Bakıya “Qəhrəman şəhər” Fəxri adı verilməmişdir.

Bu gün Rusiya Federsiyasının paytaxtı Moskvanın Aleksandrovski bağında qəhrəman şəhərlərin büstü durursa, qələbənin əldə olunmasında əvəzsiz xidmətləri olmuş Bakının adı yazılan büst və ya löhvə niyə olmasın. Axı İkinci Dünya müharibəsində alman faşizim üzərində qələbənin əldə olunmasında, Azərbaycan xalqının və paytaxt Bakının misilsiz rolu olmuşdur. Əgər “Qəhrəman şəhər” adını alanlar dağıntıya məruz qalaraq onu almışlarsa, Bakının əhalisinin çəkdiyi min bir əziyyət nəticəsində bütün dünya faşizimdən xilas olmuşdur.

Buna görə, Azərbaycan Milli Məclisi, Azərbaycanın bir neçə rayon və şəhərlərinin adlarının dəyişdirdiyi haqqında qərar qəbul etdiyi kimi, Bakıya “Qəhrəman şəhər” Fəxri adı verilməsi ilə bağlı qərar qəbul edərək Azərbaycan Respublikasının Prezidentinə göndərməli, Prezident isə Fərman imzalayaraq icra olunması üçün Azərbaycan Respublikasının Nazirlər Kabinetininə göndərməlidir.

Azərbaycan Milli Məclisinin Bakıya “Qəhrəman şəhər” Fəxri adının veriməsi ilə bağlı qərarına və müraciətinə Rusiya Federasiyasının Dövlət Duması və Müsdəqil Dövlətlər Birliyinə üzv olan dövlətlər biganə qalmamalıdır.

Gec də olsa, Bakıya “Qəhrəman şəhər” Fəxri adının verilməsi tarixi ədaləti bərpa etmiş olardı. Buna görə də növbəti ildə, İkinci Dünya müharibəsinin başa çatmasının 75-ci il yubileyi ərəfəsində Bakıya “Qəhrəman şəhər” Fəxri adının verilməsi həm mənəvi, həmdə çox ədalətli qərar olardı.

Tarixi ədalət bərpa edilərək Bakıya “Qəhrəman şəhər” Fəxri adı verilməklə Bakı öz layiq olduğu qəhrəman adını daşımalıdır. Bakıya “Qəhrəman şəhər” Fəxri adının verilməsi illərdən bəri Azərbaycan xalqının arzusudur. İnanırıq ki, xalqımızın uzun mütdətdir səbirsizliklə gözlədiyi tarixi ədalətsizliyə son qoyulacaq. Azərbaycan xalqının müharibə illərində nümayiş etdirdiyi qəhrəmanlığın, döyüşlərdə həlak olmuş 420 min və müharibədən sonra isə vəfat etmiş 19350 soydaşımızın xatirəsini əbədiləşdirəcəkdir.

Bu gün, Azərbaycanda İkinci Dünya müharibəsi iştirakçılarından sağ qalanların rəsmi statistik sayı 750 nəfərdir, 12540 nəfər isə müharibədə həlak olmuş və ya sonralar vəfat etmiş döyüşçülərin dul arvadları, arxa cəbhədə fədakar əməyinə görə orden və medallarla təltif edilmiş şəxslər, döyüş cəbhələrinin arxa hüdudları, yaxud döyüşən donanmaların əməliyyat zonaları daxilində ordunun və donanmanın mənafeyi üçün tapşırıqları yerinə yetirmiş xüsusi birləşmələrin işçiləri, Leninqrad şəhərinin müdafiəsi və mühasirəsinin iştirakçıları vardır.

Naxçıvan Muxtar Respublikası üzrə isə İkinci Dünya müharibəsi iştirakçılarından sağ qalanların rəsmi sayı 1100 nəfərdir. Bunlardan 31 nəfər İkinci Dünya müharibəsi iştirakçısı, 1069 nəfər isə İkinci Dünya müharibəsində həlak olmuş və ya sonralar vəfat etmiş döyüşçülərin dul arvadları, həmin illərdə arxa cəbhədə fədakarlıq göstərmiş insanlardır. Bu gün İkinci Dünya müharibəsi iştirakçıları xalqımızın canlı səlnaməsidirlər!

Amma təəssüflər olsun ki, İkinci Dünya müharibəsindən 74 il keçsə də, bu günə kimi, Bakıya layiq olduğu “Qəhrəman şəhər” Fəxri adı verilməmiş, bu günə kimi Azərbaycanın baş kəndində İkinci Dünya müharibəsnin iştirakçılarının xatirələrini əbədləşrirmək üçün ŞƏRƏF müzeyi yaradılmamışdır. Bunun vətənpərvərlik baxımdan xalqımız üçün böyük önəmi vardır.

1941-1945-ci illərdə – İkinci Dünya müharibəsində həlak olanlara ALLAH rəhmət etsin, qalanlara isə uzun ömür, cansağlığı versin.

SƏRRAF ORUC,

Azərbaycan Respublikası “Beynəlmiləlçi Əlil Döyüşçülər”Fondunun prezidenti,

Əfqanstan və Qarabağ müharibəsinin iştirakçısı


Kateqoriya : QHT və MEDİA Baxış sayı : 441

QHT və MEDİA

2019-08-16 12:55:45

QHT və MEDİA
Sərhəd Mühafizəsinin 100-cü ildönümü...
Sərhəd Mühafizəsinin 100-cü ildönümü...

"Report" xəbər verir ki, Azərbaycan Sərhəd Mühafizəsinin 100-cü ildö­nümü mün...

2019-08-16 09:10:38

QHT və MEDİA
Dağlıq Qarabağ bölgəsinin azərbaycanlı i...
Dağlıq Qarabağ bölgəsinin azərbaycanlı i...

Azərbaycan Respublikası Dağlıq Qarabağ bölgəsinin azərbaycanlı icması Ermənis...

CƏMİYYƏT

2019-08-17 11:20:15

CƏMİYYƏT
Dünyanı fəth edən ecazkar səs
Dünyanı fəth edən ecazkar səs

Hər bir bəşər övladının ölümündən sonrakı vaxt axarında böyük bir boşluq yara...

2019-08-14 16:15:54

CƏMİYYƏT
Nəsimi haqqında “Son gecə” filmi çəkilib...
Nəsimi haqqında “Son gecə” filmi çəkilib...

AzTV-nin Sosial media və ictimaiyyətlə əlaqələr şöbəsindən Modern.az-a verilə...

İQTİSADİ

2019-08-18 08:05:57

İQTİSADİ
Xəzər İqtisadi Forumu: perspektivli yeni...
Xəzər İqtisadi Forumu: perspektivli yeni...

2018-ci ildə Xəzərin hüquqi statusu ilə bağlı sənədlər qəbul ediləndən sonra ...

2019-08-13 08:40:17

İQTİSADİ
İkinci Xəzər İqtisadi Forumu keçiriləcək...
İkinci Xəzər İqtisadi Forumu keçiriləcək...

İkinci Xəzər İqtisadi Forumu 2020-ci ildə Həştərxanda keçiriləcək. Trend-in m...