SİYASƏT
A- A A+

Qrats Universitetində “Sərhəd zolaqlarının məskunlaşdırılması və Cənubi Qafqazda etnik münaqişə” kitabının təqdimatı olub

2019-05-07 08:55:44

Mayın 6-da Karl Frans adına Qrats Universitetində Azərbaycanın Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzi İdarə Heyətinin sədri Fərid Şəfiyevin “Sərhəd zolaqlarının məskunlaşdırılması və Cənubi Qafqazda etnik münaqişə” kitabının təqdimat mərasimi keçirilib.

Azərbaycanın Avstriyadakı səfirliyi, Qrats Universiteti və Müharibə nəticələrinin araşdırılması üzrə Ludviq Boltsmann İnstitutunun birgə təşkil etdiyi tədbirdə universitetin tələbə və müəllimləri, beynəlxalq münasibətlər üzrə ekspertlər, Azərbaycanın Avstriyadakı səfirliyinin əməkdaşları iştirak ediblər.

Müharibə nəticələrinin araşdırılması üzrə Ludviq Boltsmann İnstitutunun rəhbəri, Qrats Universitetinin Tarix İnstitutunun professoru Barbara Şteltsl-Marks təqdimatda açılış nitqi ilə çıxış edib. Qeyd edilən kitabın universitetdə təqdim edilməsini təqdirəlayiq hal hesab edən Ştelts-Marks bu kitabın Cənubi Qafqaz və Azərbaycan, xüsusilə regiondakı münaqişələr haqqında daha dolğun təsəvvür yaradacağını bildirib.

Azərbaycan səfirliyinin müşaviri Rövşən Sadıqbəyli Cənubi Qafqaz regionuna göstərilən marağa görə təşəkkür edərək, bu regionun tarixən böyük imperiyaların maraqlarının toqquşduğu və sivilizasiyaların qovuşduğu məkan olduğunu, regiondakı mövcud münaqişələr kontekstində bu kimi tədbirlərin keçirilməsinin əhəmiyyətini qeyd edib. Həmçinin bu gün Cənubi Qafqaz regionunun, xüsusilə Azərbaycanın alternativ enerji mənbələri və ticarət baxımından Orta Asiya və Şərqə çıxış, eləcə də Şərqlə Qərb arasında mühüm körpü rolu oynadığını diqqətə çatdıraraq, bu regionun hazırda öz geostrateji mövqeyi və iqtisadi potensialı ilə yenidən diqqət mərkəzində dayandığını vurğulayıb.

Ludviq Boltsmann İnstitutunun elmi əməkdaşı, tədbirin moderatoru Kristof Benedikter təqdimatda bildirib ki, çar Rusiyası Cənubi Qafqazı işğal edərkən burada əhalinin böyük əksəriyyəti müsəlman (Azərbaycan) əhalidən ibarət idi. İmperiyanın ucqar sərhədlərini möhkəmləndirmək məqsədilə sistematik olaraq Cənubi Qafqaza qeyri-avtoxton əhalinin köçürülməsi strategiyası həyata keçirilib və bu məsələdə çar Rusiyası və Sovet İttifaqı arasında ciddi fərqlər olmayıb. Əhalinin siyahıyaalmasına dair statistik göstəricilərdə demoqrafik dəyişikliklər bu strategiyanın müntəzəm şəkildə həyata keçirildiyinə dəlalət edir.

Fərid Şəfiyev çıxışında bildirib ki, bu kitabda Cənubi Qafqaz regionunda məskunlaşdırma siyasəti və onun doğurduğu nəticələr ön planda dayanır. Cənubi Qafqaz regionu çar Rusiyası tərəfindən işğal edildikdən sonra burada, xüsusilə də Azərbaycanda məqsədyönlü məskunlaşdırma siyasəti həyata keçirilib. Yeni əraziləri işğal edən rus çarları yerli əhaliyə güvənməyərək, daim bu ərazilərdə xristianlardan təşkil olunan sadiq təbəələri məskunlaşdırmağa çalışıblar. Bu siyasət nəticəsində alman (1817-1821), erməni (1828-1831) və rus (1830-1840) mənşəli əhali müxtəlif ərazilərdən imperiyanın ucqar regionu sayılan Cənubi Qafqaza köçürülüb. Bu köçürülmə siyasəti və demoqrafik dəyişikliklər də, öz növbəsində, gələcəkdə bir sıra etnik münaqişələrin bünövrəsini qoyub və ya müxtəlif problemlərin tərkib hissəsinə çevrilib. Regionun yeni demoqrafik dizaynı sadiq və qeyri-itaətkar hesab edilən müsəlman əhalinin sıxışdırılaraq, imperiyanın sərhəd bölgələrində xristian əhalinin sayının süni şəkildə artırılması sonralar böyük problemlərə yol açıb. 1828-ci ildə İrəvan xanlığında erməni əhalinin sayı 20 faiz təşkil etməsinə baxmayaraq, bir neçə onillik sonra onların sayı süni şəkildə 80 faizə çatdırılıb.

Qeyd edilib ki, bu siyasət Sovet İttifaqı dövründə də davam etdirilib. 1941-ci ildə İkinci dünya müharibəsi fonunda Azərbaycandakı alman əhali ittifaqın başqa ərazilərinə köçürülüb, 1946-1949-cu illərdə dünyanın müxtəlif yerlərindən ermənilər sovet Ermənistanına köçürülüb, 1948-1953-cü illərdə isə kənd təsərrüfatının inkişafına dəstək bəhanəsi ilə Ermənistanda yaşayan azərbaycanlı əhali Azərbaycana deportasiya edilib. 1988-ci ildə Ermənistanda yaşayan 250 min azərbaycanlının qovulması ilə Ermənistan monoetnik dövlətə çevrilib. Bununla da Ermənistanda “Bir millət – bir mədəniyyət – bir dövlət” devizi altında həyata keçirilən siyasət uğurla başa çatdırılıb.

Təqdimatın sonunda bildirilib ki, iki yüz il ərzində çar Rusiyası və Sovet İttifaqı tərəfindən həyata keçirilən manipulyativ siyasət Cənubi Qafqazda milli, dini, mədəni və demoqrafik tərkibinə ciddi təsir göstərib, regionun təbii etnik mənzərəsini pozaraq, etnik münaqişələrə yol açıb.

Təqdimatda universitetlərin tələbə və müəllim heyəti, habelə Avstriyanın müxtəlif beyin mərkəzlərinin nümayəndələri iştirak ediblər. Qeyd edək ki, Kanadanın nüfuzlu akademik nəşriyyatı olan “McGill – Queen’s University Press” tərəfindən dərc olunmuş kitabın indiyədək Kanada və Çexiyada təqdimat mərasimləri keçirilib.

Səfər zamanı Fərid Şəfiyev Ludviq Boltsmann İnstitutunun rəhbərliyi ilə görüş keçirib, qurumlar arasında gələcəkdə həyata keçiriləcək mümkün əməkdaşlıq perspektivləri barədə fikir mübadiləsi aparıb.


Kateqoriya : SİYASƏT Baxış sayı : 354

QHT və MEDİA

2019-09-19 08:35:00

QHT və MEDİA
Ülvi Mehdiyev: “Vətən sərhəddən başlayır...
Ülvi Mehdiyev: “Vətən sərhəddən başlayır...

"Könüllülük hərəkatının fəaliyyəti dövründə 600-ə yaxın layihə həyata keçiril...

2019-09-18 07:35:57

QHT və MEDİA
“Paşinyan Cənubi Qafqazı müharibəyə apar...
“Paşinyan Cənubi Qafqazı müharibəyə apar...

“Nikol Paşinyanın növbəti bəyanatı onu göstərir ki, artıq məsələ aydındır və ...

CƏMİYYƏT

2019-09-17 08:20:20

CƏMİYYƏT
Türkiyənin Təkaltı dağının zirvəsində Az...
Türkiyənin Təkaltı dağının zirvəsində Az...

Türkiyənin Tuzluca rayonunda yerləşən Təkaltı dağına doğru Azərbaycan-Türkiyə...

2019-09-15 05:55:09

CƏMİYYƏT
“Unudulmayan tarix”i dünyaya xatırladan ...
“Unudulmayan tarix”i dünyaya xatırladan ...

Doğrudur,bir zamanlar bu faciələri xalqımızın qan yaddaşından silməyə çalışa...

İQTİSADİ

2019-09-18 07:25:49

İQTİSADİ
Hikmət Hacıyev: "Azərbaycan türkmən qazı...
Hikmət Hacıyev: "Azərbaycan türkmən qazı...

Türkmən qazının idxalatçıları və ya Aşqabad tərəfindən təşəbbüs olarsa, Azərb...

2019-09-16 09:20:33

İQTİSADİ
“Yeni Əsrin müqaviləsi”nin imzalanmasınd...
“Yeni Əsrin müqaviləsi”nin imzalanmasınd...

Xəzər dənizinin Azərbaycan sektorundakı “Azəri”, “Çıraq” yataqlarının və “Gün...