SOSİAL
A- A A+

"Jewish Journal": Ermənilər Dağlıq Qarabağda qısa müddət ərzində yaşadıqlarına dair sübutları məhv edir

2019-05-05 08:50:12

"Dağlıq Qarabağ Bölgəsinin Azərbaycanlı İcması" İctimai Birliyinin İdarə Heyətinin üzvü Dürdanə Ağayevanın ötən gün ABŞ-ın tanınmış "Jewish Journal" nəşrində işğal altında olan ərazilərimizdə mədəni irsimizin dağıdılmasına və ermənilərin Qarabağa köçürülmələrini saxtalaşdırmaq cəhdlərinə həsr edilən məqaləsi dərc olunub.

Fact-info.az “Trend”ə istinadən xəbər verir ki, məqalədə müəllif Azərbaycanın Dağlıq Qarabağ bölgəsi və ətraf rayonların Ermənistan hərbi birləşmələri tərəfindən işğal edilməsi, BMT TŞ-nın qətnamələrinə ermənilərin məhəl qoymaması, erməni qəsbkarlarının dinc azərbaycanlılara qarşı yürütdüyü etnik təmizləmə siyasəti və mədəni abidələrimizə qarşı törətdiyi vandalizim aktlarından bəhs edir. 1992-ci ildə Xocalı soyqırımı zamanı 8 gün erməni əsirliyində qalan Dürdanə Ağayeva özü və qardaşının işgəncə düşərgələrində qəddarlıq və təhqirlərə məruz qaldığını vurğulayıb.

Yazıda həmçinin erməni işğalı altında olan torpaqlarımızda azərbaycanlılara məxsus mədəni irsimizin dağıdılması faktları təqdim edilib. Qarabağın Azərbaycanın poeziya, musiqi və mədəniyyət beşiyi hesab olunduğu vurğulanıb. Ermənilərin işğal olunmuş ərazilərimizdə törətdiyi vandalizm aktları nəticəsində maddi və mədəni sərvətimizin, çoxsaylı tarixi abidə, muzey, qalereya eksponatlarının məhv edildiyi bildirilib.

Dürdanə Ağayevə daha sonra bu faktların əcnəbi jurnalıstlər tərəfindən təsdiqləndiyini qeyd edib. Vurğulayıb ki, isveçrəli jurnalist Andre Vidmer işğal altında olan Ağdama gedərək mədəni irzimizin dağıdılması faktlarına şahid olub və bunu öz məqalələrində qeyd edib. Müəllif Britaniyalı jurnalist Tomas de Vaal və onun həmyerlisi Corc Miçelin Ağdamı Qafqazın Xirosiması adlandırmasını da məqaləsində vurğulayıb.

İşğal altında olan ərazilərimizdə dağıdılan mədəni irsimizin 2005-2010-cu illərdə ATƏT-in faktaraşdırıcı missiyasının hesabatlarında dərc olunduğu qeyd olunub. 1978-ci ildə ermənilərin Qarabağa köçürülməsinin 150 illiyinə dair abidə ucaldılmasına və sonradan həmin abidənin ermənilər tərəfindən dağıdılmasına diqqət çəkən müəllif qeyd edib ki, bu fakt ermənilərin Qarabağa köçürülməsini gizlətməyə çalışmasının təsdiqidir.

"Dağlıq Qarabağ Bölgəsinin Azərbaycanlı İcması"nın İdarə Heyətinin üzvü dünya ictimaiyyətini erməni vəhşiliklərinə biganə qalmamağa çağırıb.


Kateqoriya : SOSİAL Baxış sayı : 628

QHT və MEDİA

2020-06-03 09:15:29

QHT və MEDİA
Şura qrant müsabiqəsi elan edir
Şura qrant müsabiqəsi elan edir

Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dö...

2020-06-02 07:55:01

QHT və MEDİA
“La Vanguardia”: Azərbaycan işğal olunmu...
“La Vanguardia”: Azərbaycan işğal olunmu...

İspaniyanın populyar “La Vanguardia” qəzeti Azərbaycanın Müdafiə naziri Zakir...

CƏMİYYƏT

2020-06-03 08:40:48

CƏMİYYƏT
Azərbaycan Ordusu - 102
Azərbaycan Ordusu - 102

“Danışıqlar öz yerində, ancaq indi dünyada siz də yaxşı görürsünüz ki, güc a...

2020-06-01 07:40:01

CƏMİYYƏT
Türkdilli dövlətlər arasında strateji əm...
Türkdilli dövlətlər arasında strateji əm...

“Türkdilli ölkələr arasında çoxtərəfli formatda əlaqələrin qurulmasına ötən ə...

İQTİSADİ

2020-05-29 09:30:52

İQTİSADİ
Azərbaycan postpandemiya dövründə biznes...
Azərbaycan postpandemiya dövründə biznes...

Dünyanın aparıcı şirkətlərinin Azərbaycana marağı artmaqdadır. Hətta pandemiy...

2020-05-15 10:35:56

İQTİSADİ
Azərbaycan Qafqazdan keçən Avrasiya nəql...
Azərbaycan Qafqazdan keçən Avrasiya nəql...

Azərbaycan Qafqaz regionundan keçən Avrasiya nəqliyyat marşrutlarının inkişaf...