SOSİAL
A- A A+

BMT rəsmisi: "Terrorizmlə mübarizədə gənclərin iştirakı vacibdir"

2019-05-04 10:05:40

Bakıda V Dünya Mədəniyyətlərarası Dialoq Forumu çərçivəsində "Gənclərin məşğulluğu və peşə təhsili: ayrı-seçkilik və bərabərsizlik əleyhinə innovativ yanaşmalar" mövzusunda panel keçirilib

ONA-nın məlumatına görə, BMT-nin Terrorla Mübarizə İdarəsinin Aparat rəhbəri Sevil Əlirzayeva bildirib ki, terror təşkilatları internet üzərindən yalan və əsassız məlumatları gənclərə yönəldirlər.

Onun sözlərinə görə, terrorizmə qarşı mübarizədə ənənəvi metodlar effektiv deyil: “Terrorizmlə mübarizədə nəticədə əldə etmək üçün sülh daimi olmalıdır. Terrorizmlə mübarizədə gənclərin iştirakı vacibdir. BMT baş katibinin tapşırığına əsasən, terrorizmə qarşı mübarizədə gənclərin xidmətlərindən istifadə edilir. Gənclər terrorizmlə mübarizədə aparıcı qüvvədir. Gənclər terror təşkilatlarının təsiri altına tez düşə bilirlər. Biz bunu bilirik. Gəncləri perspektivli cəmiyyətlərə inteqrasiyaya etdiyimiz təqdirdə, onlar terror təhlükəsindən kənarda qala bilirlər. BMT baş katibi də üzv dövlətlərin gənclərini bu məsələdə aktiv olmağa çağırır”.

Azərbaycan Gənclər Fondunun icraçı direktoru Fərid Cəfərov qeyd edib ki, azərbaycanlı gənclər ekstremizmə qarşı çox dözümlüdürlər: “Azərbaycan çox yaxın tarixdə terrordan əziyyət çəkib, ekstremizmlə üzləşib. Azərbaycan müstəqilliyini bərpa etdikdən sonra qonşu Ermənistan bizə təcavüz etdi. Digər tərəfdən, Azərbaycanda tolerantlıq çox ciddi dəyərdir. Dünyanın müxtəlif yerlərində dəhşətli hadisələr baş verir. Azərbaycanda isə həm dini, həm də etnik tolerantlıq hökm sürür”.

F.Cəfərov panel iştirakçılarının diqqətinə çatdırıb ki, Azərbaycanda dövlət tərəfindən gənclərə böyük dəstək göstərilir: “Azərbaycan Gənclər Fondu 4000-dən çox gəncin layihəsinə dəstək verib. Onu da qeyd edim ki, Azərbaycan Gənclər Fondunun səlahiyyətləri artırılıb. Bu isə gənclərin xaricdə təhsillə bağlı layihələrinə dəstək verilməsinə səbəb olacaq”.

BMT-nin Sivilizasiyalar Alyansı üzrə ali nümayəndəsinin Kabinet rəhbəri və sözçüsü Nihal Saad vurğulayıb ki, gənclər terrorizmə qarşı mübarizədə BMT-nin əsas tərəfdaşıdır: “Gün keçdikcə, ekstremizm halları artır. Bunu inkar etmək olmaz. Elə buna görə də biz gəncləri daha tez, daha erkən olaraq ekstremizmin zərərləri barədə məlumatlandırmalıyıq”.


Kateqoriya : SOSİAL Baxış sayı : 348

QHT və MEDİA

2019-11-21 06:50:06

QHT və MEDİA
“Jewish Journal” azərbaycanlı məcburi kö...
“Jewish Journal” azərbaycanlı məcburi kö...

Amerikanın “Jewish Journal” nəşri Xocalı qırğınının möcüzə nəticəsində sağ qa...

2019-11-20 19:55:53

QHT və MEDİA
YAP Pirallahı rayon təşkilatının təşkil...
YAP Pirallahı rayon təşkilatının təşkil...

Neft Daşları qəsəbəsində keçirilən tədbirdə Yeni Azərbaycan Partiyası Pirall...

CƏMİYYƏT

2019-11-21 21:30:38

CƏMİYYƏT
Faşist cəlladı Qaregin Njdenin heykəlini...
Faşist cəlladı Qaregin Njdenin heykəlini...

Hələ 2018-ci ilin martın 26-da Gürcüstanın Slavyan Xalqları Konqresinin sədr...

2019-11-19 09:25:12

CƏMİYYƏT
Sərt qayalar üzərində inşa edilmiş Diri ...
Sərt qayalar üzərində inşa edilmiş Diri ...

Qobustanda yerləşən Diri baba türbəsi Şirvan-Abşeron memarlıq üslubunda inşa ...

İQTİSADİ

2019-11-18 18:35:15

İQTİSADİ
2019-cu ilin 9 ayı ərzində avtomobil yo...
2019-cu ilin 9 ayı ərzində avtomobil yo...

-Agentlik yol infrastrukturunun inkişafı ilə bağlı işlərin kompleks şəkildə...

2019-11-18 08:35:03

İQTİSADİ
Vaşinqtonda “Əsrin müqaviləsi”nə dair fo...
Vaşinqtonda “Əsrin müqaviləsi”nə dair fo...

Noyabrın 21-də Vaşinqtonda Xəzər Siyasət Mərkəzinin təşkilatçılığı ilə “Əsrin...