MƏDƏNİ
A- A A+

Bakı Forumunun hədəfi mədəniyyətlərarası və dinlərarası dialoqu dəstəkləməkdir

2019-05-03 12:10:11

.

Birləşmiş Millətlər Təşkilatının (BMT) rəsmi saytı bu gün Bakıda işə başlayan “Ayrı-seçkilik, qeyri-bərabərlik və zorakı münaqişəyə qarşı fəaliyyət naminə dialoq quraq” şüarı altında V Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumuna həsr edilmiş məqalə yerləşdirib.

Məqalədə BMT-nin Sivilizasiyalar Alyansı üzrə Ali nümayəndəsi Migel Angel Moratinosun sözlərindən sitat gətirilir. O, Bakı Forumunun vaxtında, məqamında keçirildiyini hesab edir. Bakıya Şri-Lankadan gələn M.Moratinos dərhal forumun açılışından əvvəl mətbuat konfransı keçirib.

Şri-Lankanın bir neçə kilsə və otelində eyni vaxtda baş verən terror aktı nəticəsində həlak olanların xatirəsini anmaq məqsədilə Kolomboya gedən Moratinos deyib: “Şri-Lanka daim insanlara açıq ölkə olub, burada müxtəlif dinlər və mədəniyyətlər mövcud olub və qəflətən orada belə faciə baş verib. Bu faciə sülh şəraitində yaşamağa can atan ölkə üçün böyük zərbə idi”.

Alyansın Ali nümayəndəsi qeyd edib ki, ədavət təzahürləri daim mövcud olub, lakin bu gün “ədavətə qayıdış” prosesi baş verir. Onun sözlərinə görə, ədavət hissi insanlarda öz opponentlərini parçalamaq və məhv etmək cəhdləri əmələ gətirir. Bu gün, bu çətin və qeyri-müəyyən dövrümüzdə mədəniyyətlərarası dialoqun dəqiq strategiyasını yaratmaq xüsusilə zəruridir.

Migel Angel Moratinos mövcud problemlərin hərbi, maliyyə və siyasi vasitələrlə həll edilməsi barədə təsəvvürləri bayağılıq adlandırıb. Onun fikrincə, belə hallarda sosial-mədəni yanaşma tətbiq etmək və bu problemin kökünü axtarmaq lazımdır. Moratinos deyib: “Biz qonşularımızın dünyagörüşünün necə olmasını, belə vəziyyətə gətirib çıxaran, bu və ya digər problemlərin necə yaranmasını və nə ilə sona yetəcəyini başa düşməyincə, hansısa uzunmüddətli həll yollarını tapmaq çətin olacaq”.

O, Roma Papası Fransisk ilə Ali imam Əl-Acar arasındakı “baş vermiş qarşıdurmaları adlayaraq, qardaşlıq, qarşılıqlı anlaşma və gələcəyi qurmaq istəyi”nin elan edildiyi birgə tarixi bəyannaməni misal çəkib. “Burada təkcə islam və katolik kilsəsindən söhbət getmir. Onlar daha irəli getmək və dinlərarası dialoqun inkişafı üçün digər məzhəblərin onlara qoşulmalarını təklif edirlər”, - deyə Ali nümayəndə bildirib.

Moratinos hesab edir ki, BMT-nin dəstəyi ilə keçirilən Bakı Forumu bu prosesə əhəmiyyətli töhfə verəcək: “Forum beynəlxalq ictimaiyyətə mühüm siqnal göndərəcək: biz birlikdə yaşaya bilərik, biz bir-birimizə hörmətlə yanaşa bilərik, biz müxtəlif mədəniyyətləri və dinləri anlamağı öyrənməliyik”.


Kateqoriya : MƏDƏNİ Baxış sayı : 373

QHT və MEDİA

2019-09-21 08:30:20

QHT və MEDİA
Ermənistanın işğalçılıq siyasəti ilə bağ...
Ermənistanın işğalçılıq siyasəti ilə bağ...

Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri Hökümət Təşkilatlarına ...

2019-09-20 08:55:01

QHT və MEDİA
Qlobal enerji təhlükəsizliyi problemi və...
Qlobal enerji təhlükəsizliyi problemi və...

Bu, bir həqiqətdir ki, yüksək inkişaf etmiş ölkələrin enerji təhlükəsizliyi s...

CƏMİYYƏT

2019-09-19 18:20:16

CƏMİYYƏT
Azərbaycan Milli Radiosunda nələr gözlən...
Azərbaycan Milli Radiosunda nələr gözlən...

1926-cü ildə təməli qoyulan və ölkəmizdə ilk kütləvi informasiya vasitəsi ol...

2019-09-15 05:55:09

CƏMİYYƏT
“Unudulmayan tarix”i dünyaya xatırladan ...
“Unudulmayan tarix”i dünyaya xatırladan ...

Doğrudur,bir zamanlar bu faciələri xalqımızın qan yaddaşından silməyə çalışa...

İQTİSADİ

2019-09-21 15:25:56

İQTİSADİ
UNEC rektoru Ədalət Muradov: “Milli ali ...
UNEC rektoru Ədalət Muradov: “Milli ali ...

UNEC rektoru, professor Ədalət Muradov çıxışı zamanı mütəxəssis hazırlığında ...

2019-09-19 18:55:57

İQTİSADİ
SOCAR-ın Fontana Qarşı Dağmədənxilasetmə...
SOCAR-ın Fontana Qarşı Dağmədənxilasetmə...

Sentyabrın 19-da “Əsrin müqaviləsi”nin 25-ci ildöbümü və “Neftçilər günü” ərə...