SİYASƏT
A- A A+

Pakistan parlamentinin sədr müavini: Pakistan Dağlıq Qarabağ məsələsində hər zaman Azərbaycanın mövqeyini dəstəkləyir

2019-05-02 21:05:51

Pakistan Ermənistan-Azərbaycan Dağlıq Qarabağ məsələsində hər zaman Azərbaycanın mövqeyini dəstəkləyir.

Bunu Pakistan parlamentinin sədr müavini Qasım Xan Suri V Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu çərçivəsində nazirlərin görüşü zaman deyib.

O qeyd edib ki, Dağlıq Qarabağ münaqişəsi Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həll olunmalıdır: “BMT Təhlükəsizlik Şurası Ermənistan qoşunlarının Azərbaycan ərazisindən qeyd-şərtsiz çıxarılması ilə bağlı qətnamələr qəbul edib. Bu qətnamələr yerinə yetirilməli və Ermənistan qoşunları Azərbaycan ərazilərindən çıxarılmalıdır”.

Parlament sədrinin müavini əlavə edib ki, ermənilər tərəfindən Xocalıda törədilənlər soyqırımdır.

Qeyd edək ki, Heydər Əliyev Mərkəzində “Ayrı-seçkilik, qeyri-bərabərlik və zorakı münaqişəyə qarşı fəaliyyət naminə dialoq quraq” şüarı altında V Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu işə başlayıb.

İki gün davam edəcək Forum Azərbaycan hökumətinin təşkilatçılığı, UNESCO, BMT-nin Sivilizasiyalar Alyansı, Dünya Turizm Təşkilatı, Avropa Şurası və ISESCO-nun tərəfdaşlığı ilə keçirilir. Tədbirdə 100-dən çox ölkənin və 30-dan çox beynəlxalq təşkilatın yüksəksəviyyəli rəsmiləri iştirak edirlər.


Kateqoriya : SİYASƏT Baxış sayı : 563

QHT və MEDİA

2020-03-29 18:55:57

QHT və MEDİA
Səfir: Saxta “erməni soyqırımı” mövzusun...
Səfir: Saxta “erməni soyqırımı” mövzusun...

Erməni millətçi dairələrinin Azərbaycan xalqına qarşı törətdikləri soyqırımı ...

2020-03-29 09:30:18

QHT və MEDİA
Azərbaycan Respublikasının Birinci vitse...
Azərbaycan Respublikasının Birinci vitse...

Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyeva rəsmi “I...

CƏMİYYƏT

2020-03-21 10:05:33

CƏMİYYƏT
TRT Hacı Zeynalabdin Tağıyevə həsr edilm...
TRT Hacı Zeynalabdin Tağıyevə həsr edilm...

Türkiyənin “TRT AVAZ” televiziya kanalında yayımlanan “Köklərin izində” sənəd...

2020-03-19 10:20:52

CƏMİYYƏT
Azərbaycan musiqi tarixinin korifeyi
Azərbaycan musiqi tarixinin korifeyi

Ömrünü xalq musiqisinin təbliğinə həsr edənləri xalq heç vaxt yaddan çıxarmır...

İQTİSADİ

2020-03-23 12:10:28

İQTİSADİ
Könül Nurullayeva: Azərbaycan Prezidenti...
Könül Nurullayeva: Azərbaycan Prezidenti...

Fevralın 9-da Milli Məclisə keçirilən seçkilər Azərbaycanda demokratik dəyərl...

2020-03-17 11:00:35

İQTİSADİ
Hazırkı vəziyyət Rəqabət Məcəlləsinin qə...
Hazırkı vəziyyət Rəqabət Məcəlləsinin qə...

Artıq iqtisadi strukturlarda baş verən dəyişikliklər Rəqabət Məcəlləsinə qəbu...