SOSİAL
A- A A+

Milli qəhrəman Albert Aqarunovun şərəfli ömür yolu

2019-05-02 07:40:17

Müdafiə Nazirliyi, Mədəniyyət Nazirliyi, Veteran Tankçılar Birliyi və Dağ yəhudiləri Dini İcmasının birgə təşkilatçılığı ilə Beynəlxalq Muğam Mərkəzində Azərbaycanın Milli qəhrəmanı Albert Aqarunovun 50 illik yubileyinə həsr olunmuş anım tədbiri keçirilib

Tədbir iştirakçıları Beynəlxalq Muğam Mərkəzinin foyesində “Qarabağa qayıdış ümidi ilə” adlı rəsm sərgisi ilə tanış olublar.

Hərbi orkestrin müşayiəti ilə dövlət himni səsləndirildikdən sonra ümummilli lider Heydər Əliyevin və Azərbaycanın suverenliyi, ərazi bütövlüyü uğrunda canından keçən şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad olunub.

Anım mərasimində çıxış edənlər torpaqlarımızın azadlığı uğrunda canından keçmiş Albert kimi oğulların adının xalqımızın qəlbində əbədi yaşayacağını qeyd edərək onların qəhrəmanlıqlarının əbədiləşdirilməsi istiqamətində mühüm addımlar atıldığını bildiriblər. Natiqlər İsrail və Azərbaycan xalqlarının tarixi dostluğundan danışaraq Qarabağ, Şuşa uğrunda şəhid olmuş Albert Aqarunovun qısa, lakin şərəfli ömür yolunun gənc nəslə örnək olduğunu bildiriblər.

Sonra Milli qəhrəman A.Aqarunova həsr edilən sənədli film nümayiş olunub.

Xatirə tədbiri Həzi Aslanov adına Azərbaycan Ordusunun İdeoloji İş və Mədəniyyət Mərkəzinin yaradıcı kollektivinin və Şuşa şəhər Mədəniyyət Mərkəzinin “Şuşanın dağları” ansamblının ifasında vətənpərvərlik mahnıları ilə sona çatıb.


Kateqoriya : SOSİAL Baxış sayı : 200

QHT və MEDİA

2019-05-24 09:00:29

QHT və MEDİA
Gürcüstan Patriarxlığından sərhəd açıqla...
Gürcüstan Patriarxlığından sərhəd açıqla...

Fact-info.az “Report”a istinadən xəbər verir ki, bunu Patriarxlığın Mətbuat x...

2019-05-23 16:40:50

QHT və MEDİA
“Son iclas” filmi qənclər tərəfindən bö...
“Son iclas” filmi qənclər tərəfindən bö...

Qeyd edək ki, “Son iclas” bədii-sənədli filmi Azərbaycan Xalq Cümhuriyyətini...

CƏMİYYƏT

2019-05-26 22:05:41

CƏMİYYƏT
Siyasətə əxlaqi dəyərlər gətirən və tari...
Siyasətə əxlaqi dəyərlər gətirən və tari...

Xalq Cümhuriyyətində təmsil olunan insanların bu qədər millətsevər olması ...

2019-05-25 06:40:50

CƏMİYYƏT
Oleq Kuznetsov Tarix İnstitutunun fəxri ...
Oleq Kuznetsov Tarix İnstitutunun fəxri ...

nstitutdan verilən məlumata görə, O.Kuznetsov bu fəxri ada Azərbaycan və Rusi...

İQTİSADİ

2019-05-22 23:10:52

İQTİSADİ
ABŞ Konqresində Trans-Xəzər regionu ilə ...
ABŞ Konqresində Trans-Xəzər regionu ilə ...

Brifinqdə Azərbaycan, Əfqanıstan, Türkiyə, Gürcüstan və Özbəkistanın ABŞ-dakı...

2019-05-17 09:05:12

İQTİSADİ
Mamuka Baxtadze: Transxəzər Beynəlxalq N...
Mamuka Baxtadze: Transxəzər Beynəlxalq N...

Bu gün Qazaxıstan, Çin, Azərbaycan, Türkiyə və Gürcüstanın iştirakçısı olduğu...